Məhkəmə qərarları › İş №2(066)-79/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-79/2024

29.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-79/2024 29.02.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Davud oğlundan 980 (doqquz yüz səksən) manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Davud oğlunu iddiaçı ilə ünvan 1 ünvanında yaşayan X2 tanış etmiş və zamin durmuşdur. Cavabdeh iddiaçıdan borc olaraq 05 iyul 2022-ci il tarixdə 450 manat pul almış həmin ayın 25-30 arası maaşını alanda 50 manat hörmət edərək 500 manat qaytaracağına söz vermişdir. Cavabdeh Göygöl rayon su və kanalizasiya ASC-də təmizləyici qurğuda işlədiyini demişdir. Kapital Bankın aylıq maaş kartınıda iddiaçıda girov qoymuşdur. Cavabdeh dediyi gündən də bir neçə gün keçməyinə baxmayaraq borcunu qaytarmamışdır. Turab Rzayev cavabdehin yaşadığı evi tanıdığı üçün iddiaçı ilə birlikdə evlərinə getmişlər. Cavabdeh evdə olmadığı üçün bir neçə gündən sonra iddiaçı cavabdehin evinə gedərək xanımı ilə söhbət etmişdir. Cavabdeh iddiaçıya bir neçə dəfə zəng edərək borcunu ödəyəcəyinə söz vermişdir. Cavabdehin iddiaçıya 2022-ci ilin 6 ayı hər aya faiz borcu 50 manat olmaqla 300 manat, 450 manat əsas borc olmaqla 750 manat borcu yaranmışdır. 2023-cü ilin hər ay 50 manat faiz borcu olaraq 350 manat borcu yarandığına görə cəmi 1100 manat təşkil etmişdir. Bu borcdan cavabdeh özü 2023cü ilin mart ayında iddiaçıya 70 manat Turab Rzayev vasitəsi ilə 2023-cü ilin iyul ayında 50 manat, borcundan cəmi 120 manat ödəyərək iddiaçıya 980 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh ona olan borcundan bir dəfə 50 manat, bir dəfə də 70 manat pul qaytarmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Bundan başqa, Cavabdeh məhkəmə ərizə göndərərk iddianı qəbul etmədiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçını və həmçinin şahidi dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı, ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə doğulmuşdur. Kapital Bank ASC-nin 11 dekabr 2023-cü il tarixli, 2023/111/14433 nömrəli məktunundan görünür ki, Cavabdeh istifadəsində olan plastik karta dair bankomatla aparılmış əməliyyata dair görüntülərin saxlanma müddəti bitdiyindən təqdim olumması mümkün olmamışdır. Kapital Bank ASC-nin ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə 57 manat əməliyyat məbləği kimi qeyd edilmişdir. Məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X2 ifаdəsində göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh onun arvadının bibisi oğludur. Roman onun yanına gələr pula ehtiyyacı olduğunu bildirmişdir. O, iddiaçı İslam babanı tanıdığı üçün Romanı onun yanına aparmışdır. İslam da onun yanında Romana təxminən 450 manat borc pul vermişdir. Pulu alan zaman Roman öz kartını İslama girov olaraq vermişdir. Sonradan eşitmişdim ki, kart işləməyib. Roman bir dəfə onun vasitəsi ilə aldığı borcdan 50 manat qaytarmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Davud oğlunu iddiaçı ilə ünvan 1 ünvanında yaşayan X2 tanış etmiş və zamin durmuşdur. Cavabdeh iddiaçıdan borc olaraq 05 iyul 2022-ci il tarixdə 450 manat pul almış həmin ayın 25-30 arası maaşını alanda 50 manat hörmət edərək 500 manat qaytaracağına söz vermişdir. Cavabdeh Göygöl rayon su və kanalizasiya ASC-də təmizləyici qurğuda işlədiyini demişdir. Kapital Bankın aylıq maaş kartınıda iddiaçıda girov qoymuşdur. Cavabdeh dediyi gündən də bir neçə gün keçməyinə baxmayaraq borcunu qaytarmamışdır. Turab Rzayev cavabdehin yaşadığı evi tanıdığı üçün iddiaçı ilə birlikdə evlərinə getmişlər. Cavabdeh evdə olmadığı üçün bir neçə gündən sonra iddiaçı cavabdehin evinə gedərək xanımı ilə söhbət etmişdir. Cavabdeh iddiaçıya bir neçə dəfə zəng edərək borcunu ödəyəcəyinə söz vermişdir. Cavabdehin iddiaçıya 2022-ci ilin 6 ayı hər aya faiz borcu 50 manat olmaqla 300 manat, 450 manat əsas borc olmaqla 750 manat borcu yaranmışdır. 2023-cü ilin hər ay 50 manat faiz borcu olaraq 350 manat borcu yarandığına görə cəmi 1100 manat təşkil etmişdir. Bu borcdan cavabdeh özü 2023-cü ilin mart ayında iddiaçıya 70 manat Turab Rzayev vasitəsi ilə 2023-cü ilin iyul ayında 50 manat, borcundan cəmi 120 manat ödəyərək iddiaçıya 980 manat borcu qalmışdır. Cavabdeh iddiaçıya olan borcunu etiraf edir. Bu səbəbə görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehə verməsinin sübut edilməsidir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan cəmi 450 manat borc alması iş materialları ilə tam sübut olunur. Belə ki, məhkəmə iclаsındа şаhid qismində dindirilmiş X2 ifаdəsində göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh onun arvadının bibisi oğludur. Roman onun yanına gələr pula ehtiyyacı olduğunu bildirmişdir. O, iddiaçı İslam babanı tanıdığı üçün Romanı onun yanına aparmışdır. İslam da onun yanında Romana təxminən 450 manat borc pul vermişdir. Pulu alan zaman Roman öz kartını İslama girov olaraq vermişdir. Sonradan eşitmişdim ki, kart işləməyib. Roman bir dəfə onun vasitəsi ilə aldığı borcdan 50 manat qaytarmışdır. Bundan başqa, Cavabdeh məxsus bank kartı da iddiaçıda olmuşdur. Bu hal özü də iddiaçı tərəfindən cavabdehə borc pul verilməsi ilə bağlı məhkəmədə daxili inam yaratmışdır. Məhkəmə alınmış borcun hansı hissədə geri qaytarılması ilə bağlı qeyd edir ki, iddiaçı və şahid ifadələrində cavabdeh tərəfindən 50 və 70 manat olmaqla iddiaçıya iki dəfə pul qatardığı bildirmişdir. Bundan başqa, iddiaçı özü iddia ərizəsində göstərmişdir ki, o, 05 iyul 2022-ci il tarixdə cavabdehə borc pul vermiş və cavabdeh özünə məxsus Kapital Bankdan olan maaş kartını ona girov qoymuşdur. Bu səbəbdən məhkəmə tərəfindən cavabdehə məxsus maaş kartından nə qədər pul çıxarılması ilə Kapital Bankda sorğu verilmişdir. Kapital Bank ASC-nin 11 dekabr 2023-cü il tarixli, 2023/111/14433 nömrəli məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, Cavabdeh kartından xx.xx.2022-ci il tarixdə 57 manat pul çıxarılmışdır. Bundan başqa həmin məktubda qeyd edilmişdir ki, Cavabdeh plastik karta dair bankomatla aparılmış əməliyyata dair görüntülərin saxlanma müddəti bitdiyindən təqdim olumması mümkün olmamışdır. Göründüyü kimi, cavabdehin bank kartı iddiaçıya girov qoyulduqdan 13 gün sonra sonra həmin kartdan 57 manat pul çıxarılmışdır. Lakin pulun kim tərəfindən çıxarılması ilə bağlı müddət keçdiyindən görüntülər silinmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin kartını 05 iyul 2022-ci il tarixdə girov götürdüyünü etiraf etdiyindən, əksi sübut olunmayana qədər kartdan da 57 manat pulun iddiaçı tərəfindən çıxarılmış hesab edilməlidir. Beləliklə məhkəmə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən götürülmüş puldan 70 (iddiaçıya qaytarıb) + 50 (şahid vasitəsi ilə qqaytarılıb) + 57 (kartdan çıxarılıb) manat olmaqla, cəmi 177 manat pul iddiaçıya geri qaytarılmışdır. Qanunvericiliyin sübutetmə yükü ilə bağlı yuxarıda göstərilən mövqeyindən görünür ki, tələb edilən qalan pulun iddiaçıya qaytarıldığını sübut etmək vəzifəsi bir qayda olaraq cavabdehin üzərinə düşür. Hazırkı işdən isə görünür ki, cavabdehin qalan borcunu qaytardığını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borcun tam olaraq qaytarılmış olmasını əsaslı hesab etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən 273 manat borc alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında heç bir müqavilə münasibəti olmamışdır. Belə olan halda cavabdehdən hər hansı faiz borcu tutulması yolverilməzdir.Bundan başqa, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələri). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Buna baxmayaraq iddiaçı faiz borcuyla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 273 (iki yüz yetmiş üç) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov İş № 2(066)-79/2024 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 29 fevral 2024-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 273 (iki yüz yetmiş üç) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar