Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-792/2024 10.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi (bacısı) Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 4046 (dörd min qırx altı) manat kredit borcuna görə, 175,56 (bir yüz yetmiş beş manat əlli altı qəpik) manat icra xidmətinə görə, 64 manat dövlət rüsumuna görə ödədiyi cəmi 4285,6 (dörd min iki yüz səksən beş manat altmış qəpik) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 bacısı Nümayəndə keçmiş qaynanası, Cavabdeh2 isə keçmiş əri olub. X7 Quliyevlə bir yerdə yaşayanda xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına AccessBank QSC-dən 5000 manat kredit götürmüşlər. Qeyd olunan kredit üzrə işlədiyi üçün o, Cavabdeh1 zamin durmuşdur. Həmin krediti də Cavabdeh1 götürərək Cavabdeh2a vermişdir. Cavabdeh2 bacısı Ülkərin əri olduğu üçün o ona görə zamin durmuş, həmçinin pul Saqibə lazım olmuşdur. Cavabdehlər krediti bir neçə ay ödədikdən sonra ödəniş etməmişlər və bank onları məhkəməyə vermişdir. Göygöl rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(066)- 1071/2021 saylı qərarına əsasən kredit borcunun onlardan müştərək qaydada tutulması qərara alınmış və icra olunması üçün Göygöl rayon İcra şöbəsinə göndərilmişdir. Əsas borclu işləmədiyi üçün borcun tutulması onun əmək haqqısına yönəldilmiş və əmək haqqından ümumilikdə 1794 manat tutulmuş, 2252 manat nəğd şəkildə ödəmiş və məcburi icraya görə əmək haqqısından 175.56 manat tutulmuşdur. Qeyd edilən kredit müqaviləsi üzrə o, cavabdehlərə görə 4221 manat ödəmişdir. Hazırda o, cavabdehlərdən pulunu tələb etsə də ona vurduqları ziyanı ödəməkdən imtina edirlər. İddiaçının nümayəndəsi (bacısı) Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o ailəli olduğu vaxt cavabdehlərdən Cavabdeh1 gəlini olmuşdur. Həmin vaxt 5000 manat kredit götürmüşlər. Bacısı İddiaçı qaynanası Cavabdeh1 zamin durmuşdur. Bundan təxminən 5-6 ay sonra o, ailəsindən ayrılmış və cavabdehlər krediti ödəmədiklərindən borc məbləği bacısı İddiaçı əməkhaqqısına yönəldilmişdir. O, 2020-ci ildən ayrılmışdır. Hazırda nümayəndəsi olduğu bacısı İddiaçı həmin pulu cavabdehlərdən tələb edir. Məhkəmə iclasında Cavabdeh1 ifadəsində bildirdi ki, o qeyd olunan kredit müqaviləsi üzrə pulu alıb keçmiş gəlini Nümayəndə vermişdir ki, gəlini isə Bakı şəhərindən paltar gətirib satsın. O, adına kredit götürüb pulu Nümayəndə vermişdir. Kredit onun adına götürülən zaman zamin durmuş şəxslərdən Mehdiyeva Pərvanə onun qızı, İddiaçı isə onun gəlininin bacısı olmuşdur. Onun qızı Pərvanə borc məbləğinə görə və icra xidmətinə pul ödəmişdir və onlar həmin sənədləri məhkəməyə təqdim etmişdir. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İşdə olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildə Xanlar rayonu, Bayramlı kəndində doğulmuşdur. İşdə olan Göygöl Rayon Məhkəməsinin 2(066)-1071/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 06L000005380 saylı kredit xətt müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 40.000 (qırx min) abş dolları məbləğində kredit xətti açılmış, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla, cəmi 5000 (beş min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmiş, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 006S**********01 nömrəli, X3 arasında bağlanmış 006S**********02 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor "xxxx" QSC qarşısında borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli 06L000005380 nömrəli kredit müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-1071/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, İddiaçı və X1 müştərək qaydada 3995,19 manat əsas kredit borcu, 833.82 manat faiz borcu, 187 manat cərimə borcu, cəmi 5016,01 manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 0384 nömrəli məktubdan görünür ki, Cavabdeh1 xx.xx.2019-cü il tarixdə 5000 (beş min) manat kredit təsdiq edilmiş, İddiaçı kredit üzrə zamin qismində çıxış etmiş. Hazırda həmin kredit üzrə onun zamin kimi öhdəliyi yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı "xxxx" QSCnin Gəncə filialına kredit müqaviləsi üzrə Cavabdeh1 hesabına 2252 manat ödəmişdir. İşdə olan S.Hüseynov adına Mollacəlilli kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 48 nömrəli arayışdan görünür ki, İddiaçı S.Hüseynov adına Mollacəlilli kənd tam orta məktəbində müəllim işləyir. İşdə olan Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-29-31/2-288/2024 nömrəli arayışdan görünür ki, Göygöl rayon, Mollacəlilli kənd tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində çalışan İddiaçı əmək haqqısından may 2022-ci il tarixdən iyul 2023-cü il tarixədək Göygöl Rayon Məhkəməsi tərəfindən verilmiş 2(066)-1071/2021 nömrəli icra sənədinə əsasən 1798.78 (bir min yeddi yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat "xxxx" ASC-nin AZ28ACAB******************** nömrəli hesabına, 175.56 (bir yüz yetmiş beş manat əlli altı qəpik) manat Göygöl Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 06L000005380 saylı kredit xətt müqaviləsinə əsasən, cavabdehə 120 ay müddətinə 40.000 (qırx min) abş dolları məbləğində kredit xətti açılmış, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 006R********** nömrəli kredit razılaşmasına əsasən aylıq faiz dərəcəsi 2.0833% olmaqla, cəmi 5000 (beş min) manat məbləğində kredit 24 ay müddətinə ödəmək şərti ilə borcluya verilmiş, "xxxx" QSC ilə İddiaçı arasında bağlanmış 006S**********01 nömrəli, X3 arasında bağlanmış 006S**********02 nömrəli zaminlik müqavilələrinə əsasən zaminlər kreditor "xxxx" QSC qarşısında borclu Cavabdeh1 xx.xx.2013-cü il tarixli 06L000005380 nömrəli kredit müqaviləsi və həmin kredit xətti müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərlərinə götürmüşlər. Göygöl Rayon Məhkəməsinin 2(066)-1071/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, İddiaçı və X1 müştərək qaydada 3995,19 manat əsas kredit borcu, 833.82 manat faiz borcu, 187 manat cərimə borcu, cəmi 5016,01 manat və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, "xxxx" QSCnin xeyrinə ödənilməsi qət edilmiş, kredit götürən borclu Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, onun kredit borcundan zamin İddiaçı kreditor banka 2252 (iki min iki yüz əlli iki) manat pul nəğd qaydada, onun əmək haqqısından 1798.78 (bir min yeddi yüz doxsan səkkiz manat yetmiş səkkiz qəpik) manat "xxxx" ASC-nin AZ28ACAB******************** nömrəli hesabına, 175.56 (bir yüz yetmiş beş manat əlli altı qəpik) manat Göygöl Rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına ödənilməklə cəmi cəmi 4226,34 (dörd min iki yüz iyirmi altı manat otuz dörd qəpik) manat pulu ödəmiş. Lakin Cavabdeh1 qeyd olunan məbləğlərdəki pulları İddiaçı qaytarmamışdır. İddiaçı cavabdehlərdən 4046 (dörd min qırx altı) manat kredit borcuna görə, 175,56 (bir yüz yetmiş beş manat əlli altı qəpik) manat icra xidmətinə görə ödədiyi cəmi 4221,56 manat məbləğində pulu tələb etmişdir. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh2 İddiaçı qarşısında heç bir öhdəliyinin olması və ona borcu olması müəyyən olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı kreditora və icra xidmətinə görə ödədiyi məbləğdə pulu Cavabdeh1 tələb etməkdə haqlıdır. Lakin Cavabdeh2 iddiaçıya qarşı heç bir öhdəliyi yaranmadığından ona münasibətdə iddia tələbi rədd edilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, 4221,56 (dörd min iki yüz iyirmi bir manat əlli altı qəpik) manat məbləğində pul Cavabdeh1 alınaraq İddiaçı verilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 63,40 (altmış üç manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 4221,56 (dörd min iki yüz iyirmi bir manat əlli altı qəpik) manat borc məbləği və 63,40 (altmış üç manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 4284,96 (dörd min iki yüz səksən dörd manat doxsan altı qəpik) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-792/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-792/2024
10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver