Məhkəmə qərarları › İş №2(066)-805/2024

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-805/2024

10.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-805/2024 10.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 300 (üç yüz) manat borcun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh bir rayonlu və qonşu kimi tanımışdır. Cavabdeh Göygöl şəhərində çayxana işlətmiş və oda həmin çayxanaya getmişdir. Ona görə də aralarında münasibət yaranmışdır. Cavabdeh 2023-cü ilin təxminən noyabr-dekabr aylarında ondan 200 manat borca pul istəmiş və söz vermişdir ki, əmək haqqını alan kimi ayın axırında qaytaracaqdır. Ona inandığı üçün həmin vaxt ona 200 manat borca pul vermişdir. Sonradan borcunu istədikdə ondan əlavə 100 manatda istəmiş və 300 manat borcunu tam şəkildə qaytaracağını bildirmişdir. O cavadehə əlavə olaraq 100 manat vermiş, cavabdeh əmək haqqı kartını və şəxsiyyət vəsiqəsini ona vermişdir. Bundan bir müddət sonra o cavabdehdən pulunu tələb etsə də cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Hazırda isə müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2023-cü ilin təxminən noyabr-dekabr aylarında o cavabdehə 200 manat borca pul vermişdir. Həmin vaxt o çayçı işlətmişdir və o pulu cavabdehə pulu çayçıda vermişdir. Bundan 6-7 ay sonra cavabdeh ona öz kartını vermiş və 100 manat əlavə pul istəmiş o isə ona inanaraq pulu vermişdir. Cavabdeh ona borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh ona kartını verdikdə kartdan 50-100 çıxaracağını bildirmişdir. Lakin kartda pul olmadığı üçün o çıxara bilməmişdir. Hazırda cavabdehin şəxsiyyət vəsiqəsi və kartı onun evindədir. O Cavabdeh borc pul verməsini və ona 300 manat borcu qalması məhkəməyə təqdim etdiyi cd diskdə olan səs yazısı təsdiq edir. O Cavabdeh kartını bu ilin mart ayında almış və bundan sonra məhkəməyə müraciət etməmişdən əvvəl cavabdehin səsini yazmışdır. O səs yazısını aprel ayında yazmışdır. O dəfələrlə öz anası ilə cavabdehin qapısına getmişdir. 100 manat pulu 2023-cü ilin noyabr ayında, bundan 1-2 ay sonra 50 manat, O cavabdehə 80 manat pul vermiş bundan 30 manatı qaytarılmışdır. Bundan sonra 2024-cü ilin mart ayında 100 manat vermişdir. O ümumuilikdə 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayınadək Cavabdeh 330 manat pul vermiş və hazırda 300 manat borc qalmışdır. Cavabdeh ona kartını borcunun ödənməsi üçün versə də kartına pul yüklənməmişdir. O Cavabdeh məxsus kartdan pul çıxarmamışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. xx.xx.2021-ci il tarixdə o İddiaçı 100 manat borc pul götürmüş və həmin 100 manatın faizi olaraq o iddiaçıya aylıq 10 manat olmaqla, 14 ay faiz ödəmiş, lakin 100 manatı ödəməmişdir. Bundan sonra təxminən xx.xx.2023-cü il tarixdə İddiaçı onun işlətdiyi çayçıya gəlmiş həmin vaxt bayram ərəfəsi olduğundan çayçıda heç kəs olmamış, o İddiaçı 50 manat borc pul istəmiş həmin vaxt Fəqani ona üzərində pul olmadığını sabah gətirib verəcəyini bildirmişdir. Sabah isə Göygöl şəhərində “İnteqral” mağazasının yanında Fəqani gətirib ona pulu maşından uzadaraq vemiş və həmin pula görə o, Fəqaniyə 8 ay aylıq 15 manat fazi olmaqla pul ödəmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı onun evinə gəlmiş və ondan pulunu istəmiş, o İddiaçı pulunun olmadığını bildirmiş və kartını iddiaçıya verərək pul istəmişdir bundan sonra onlar Kapitalbank-ın qarşısına gəlmişlər və iddiaçı onun kartını aparata salaraq aktiv olmasını yoxladıqdan sonra İddiaçı əlini cibinə salmış və ona 100 manat borc pul vermişdir. O iddiaçıdan 250 manat pul almış və bunun 150 manatını faizlə qaytarmış 100 manatını isə qaytarmamışdır. Bundan əlavə İddiaçı onun kartından 20 manat və 15 manat olmaqla 2 dəfə pul çıxarmışdır. Ona məxsus kartı İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehdən 100 manat pul götürərkən vermişdir. Onun kartından Xəqaninin nə vaxt pul çıxarmasını bilmir. 2023-cü ilin mart ayında İddiaçı onun kartını dəyişdirilməsi üçün vermişdir. O İddiaçı pulu artıqlaması ilə qaytarmışdır. O İddiaçı 2023-cü ilin aprel ayında Bayram adlı şəxsin yanında 15 manat və daha sonra 10 manat olmaqla faiz vermişdir. O İddiaçı özünə məxsus kartı verəndə onların yanında heç kəs olmamışdır. Onun ifadəsində qeyd etdiyi faiz pullarını təsdiqləyən sübutu yoxdur. Məhkəmədə tədqiq edilmiş CD diskdə olan səs yazısı ona məxsusdur və həmin səs yazısı iddiaçının məhkəməyə müracitə etməmişdən təxminən bir ay qabaq yazılmışdır. O səs yazısı yazıldıqdan sonra İddiaçı pul ödəməmişdir. Onun sələmə pul alması ilə bağlı heç bir sübutu yoxdur və iddiaçının lisenziya tələb olunan fəaliyyətlə məşğul olması ilə bağlı heç bir dövlət orqanına müraciət etmişdir. O əvvəl iddianın 200 manat hissəsində qəbul etsə də hazırda iddianı 100 manat hissəsində qəbul edir və iddianın qismən təmin edilməsinə etiraz etmir. İş materialların əlavə olunmuş CD-diskə baxış keçirilərkən Cavabdeh iddiaçıya 300 manat məbləğində borcunun olmasını etiraf etməsi məlum olmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə doğulmuşdur. İşdə olan **********672242 saylı Kapital Bank debit kartının sürətindən görünür ki, həmin kart Cavabdeh aiddir. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəyə mülki qanunvericiliyin şifahi borc müqaviləsi ilə əlaqədar müddəaları çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində qeyd olunur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavlə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh 300 manat məbləğində pul borc vermiş və bu zaman aralarında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Daha sonra cavabdeh iddiaçıdan aldığı pulu geri qaytarmadığı üçün, hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 300 (üç yüz) manat borcun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən Cavabdeh iddiaçıdan 250 manat faizə pul almasını və həmin məbləğin 150 manatını faizlə qaytarmasını və 100 manatı borcunu qaytarmadığını, iddianı 100 manat hissəsində qəbul etdiyini və iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə CDdiskə baxış keçirilərkən Cavabdeh iddiaçıya 300 manat məbləğində borcunun olmasını etiraf etməsi məlum olmuşdur. Bununla da, Cavabdeh İddiaçı 300 manat borcu olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi təmin edilməli, Cavabdeh 300 (üç yüz) manat məbləğində borc pul tutularaq, İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 300 (üç yüz) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədirlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar