Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-823/2024 03.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus torpaq sahəsindən haqqı ödənilməklə istifadə etməyinə dair servitut hüququnun tanınması barədə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus torpaq sahəsindən haqqı ödənilməklə istifadə etməyinə dair servitut hüququnun tanınması barədə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Dadlı” restoranından kənd yoluna çıxmaqdan ötrü başqa yolu olmadığından cavabdehə məxsus 125.0 kv.m torpaq sahəsi ilə üst-üstə düşən gedişgəliş üçün istifadə olunan yolun 8.53 kv.m hissəsi beton piltələrlə, 11.31 kv.m hissəsi isə torpaq yolu kimi istifadə olunmaqla, ümümilikdə 19.84 kv.m torpaq sahəsindən haqqı ödənilməklə istifadə etməyindən ötrü servitut hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmə hazırlıq iclasında baxılarkən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan, onun tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddianın geri istənilməsi qəbul edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus torpaq sahəsindən haqqı ödənilməklə istifadə etməyinə dair servitut hüququnun tanınması barədə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə "xxxx"ASC vasitəsi ilə xx.xx.2024-cü il tarixli, əməliyyat İD 494031715, qəbzin nömrəsi 21977, terminal nömrəsi K0206011, büdcə səviyyə kodu 142213, gpp qəbz nömrəsi **********, məhkəmənin hesabına ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Azərbaycan Respublikası Maliyyə Nazirliyi Göygöl Rayon Maliyyə şöbəsi tərəfindən İddiaçı geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-823/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-823/2024
03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver