Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-825/2023 05.09.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və cavabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və cavabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 1 ünvanında yerləşən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan, ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid sahəsi 35.3 kv.m olan zirzəminin cavabdehin zəbtindən azad edilməsi, cavabdeh tərəfindən ona məxsus mənzilə aid bağlanmış giriş qapısının açılması və mənzilə aid pilləkənin cavabdein öz hesabına bərpa olunması, eyni zamanda cavabdehlə aralarında olan və cavabdeh tərəfindən sökülən barının cavabdehin öz hesabına bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında ümumi sahəsi 54.5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evi xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçının qanuni müllkiyyətindədir. Həmin əmlak məhkəmənin qərarı əsasında cavabdehlə iddiaçının birgə mülkiyyətində olan əmlakdan bölünərək onun mülkiyyətinə verilib və 1995-ci ildən də iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan mülkü zəbt olunmuş, iddiaçıya məxsus evdə cavabdeh tərəfindən özbaşına əlavə tikinti işləri aparılmış, ona məxsus aid tikililər, evə giriş qapısı bağlanmış, evə giriş pilləkəni sökülmüş, həmçinin cavabdeh tərəfindən aralarında olan barı sökülmüşdür. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya məxsus evin zirzəmisi də bütünlüklə zəbt olunmuşdur. İddiaçı hazırda öz mülıkiyyətindən istifadə edə bilmir, cavabdeh isə öz qanunsuz hərəkətlərini davam etdirir. İddiaçı bu səbəbə görə də məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı uzun illərdir mübahisəli evdə yaşamır. Mübahisəli ev onların arasında bölünmüşdür. Lakin o, evdən tam olaraq istifadə edə bilmir. Belə ki, bəzi yerlərin baxlı olması onun istifadəsinə mane olur. Ümumiyyətlə iddiaçının həmin evə ehtiyyacı yoxdur. Bu səbəbdən o, doğrudan da iddia ərizəsində qeyd edilmiş qapını və ara divarı giriş-çıxışa maneə törədir deyə sökmüşdür. Həmçinin o, pilləkənləri də sökmüş və zirzəmiyə su dolduğu üçün oranı da bağlamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə Azərbaycan Respublikası Xanlar (ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xanlar (ünvan 4 ünvanında olan 1 (bir) otaq yaşayış otağı sahəsi 26.6 kv.m köməkçi sahəsi 27.9 kv.m ümumi sahəsi 54.5 kv.m olan fərdi yaşayış fondu X1 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Torpağın mülkliyyətə verilməsinə dair JN-1344A, KOD 50801004 nömrəli şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrar islahat komissiyasının 07 fevral 2003-cü il tarixli, 01 saylı qərarı Xanlar (Göygöl) şəhər sakini Cavabdeh mülkiyyətinə 0,06 hektar torpaq sahəsi fərdi yaşayış evinin tiktintisi üçün mülıkiyyətinə verilmişdir. Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mümarlıq və Tikinti şöbəsinin 5-47- 8/2-15-533/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1995-ci il tarixli, 7-1603 saylı qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan İ.Məmmədov küçəsi 06a saylı ünvana baxış keçirilərkən Cavabdeh ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadıqları və bölünmüş hissədən istifadə etdikləri aşkar olunmuş, İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evinə giriş qapısı, Cavabdeh tərəfindən (özünün dediyinə görə) təxminən 2006-2007-ci illərdə bağlanaraq ümumi otağın digər yerindən açılmış, İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evi ilə Cavabdeh İ.Məmmədov küçəsi 06 saylı ünvanda yaşadığı evin arasında (ümumi otağın arakəsməsi) 1995-ci ildə İddiaçı adına texniki pasport hazırlanarkən arakəsmə hasar (döşəmədə yeri göstərilsədə) tikilmədiyindən texniki pasportda sözügedən hasar göstərilməmişdir. Cavabdeh arakəsmə hasarın tikilmədiyini iddia edir. İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evinə giriş pilləkəni 2006-2007-ci illərdə evə giriş qapısı bağlandığı üçün Cavabdeh tərəfindən (özünün dedyinə görə) sökülmüşdür. Cavabdeh İ.Məmmədov küçəsi 06 saylı ünvanda, özünün dediyinə görə təxminən 2006-2007-ci illərdə sahəsi 120,0 kvm tövlə, 15,2 kvm hamam inşa etdirmiş, sahəsi 65,8 kvm çardaq quraşdırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və cavabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, ünvan 2 ünvanında ümumi sahəsi 54.5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evi xx.xx.1995-ci il tarixli, 7- 1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçının qanuni müllkiyyətindədir. Həmin əmlak məhkəmənin qərarı əsasında cavabdehlə iddiaçının birgə mülkiyyətində olan əmlakdan bölünərək onun mülkiyyətinə verilib və 1995-ci ildən də iddiaçının mülkiyyətindədir. Buna baxmayaraq cavabdeh tərəfindən iddiaçının qeyd olunan mülkü zəbt olunmuş, iddiaçıya məxsus evdə cavabdeh tərəfindən özbaşına əlavə tikinti işləri aparılmış, ona məxsus aid tikililər, evə giriş qapısı bağlanmış, evə giriş pilləkəni sökülmüş, həmçinin cavabdeh tərəfindən aralarında olan barı sökülmüşdür. Bundan başqa cavabdeh tərəfindən iddiaçıya məxsus evin zirzəmisi də bütünlüklə zəbt olunmuşdur. İddiaçı hazırda öz mülıkiyyətindən istifadə edə bilmir, cavabdeh isə öz qanunsuz hərəkətlərini davam etdirir. İddiaçı bu səbəbə görə də məhkəməyə müraciət etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-nin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə, mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Həmin hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşdən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən xx.xx.1995-ci il tarixli, 7- 1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında mülkiyyətində olan, ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid sahəsi 35.3 kv.m olan zirzəminin cavabdehin zəbtindən azad edilməsi, cavabdeh tərəfindən ona məxsus mənzilə aid bağlanmış giriş qapısının açılması və mənzilə aid pilləkənin cavabdehin öz hesabına bərpa olunması, eyni zamanda cavabdehlə aralarında olan və cavabdeh tərəfindən sökülən barının cavabdehin öz hesabına bərpa edilməsini tələb edir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyətində olan, ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evinin və həmin evə aid sahəsi 35.3 kv.m olan zirzəmi Cavabdeh tərəfindən zəbt edilmiş, mənzilə aid giriş qapısı bağlanmış, ara divar və pilləkən sökülmüşdür. Məhkəmə bu cür nəticəyə gələrkən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mümarlıq və Tikinti şöbəsinin 5-47-8/2-15-533/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli rəyini nəzərə almışdır. Belə ki, MPM-nin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırki iş üzrə Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mümarlıq və Tikinti şöbəsinin 5-47-8/2-15-533/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.1995-ci il tarixli, 7-1603 saylı qeydiyyat vəsiqəsi və fərdi yaşayış fonduna daxil olan texniki pasportuna əsasən İddiaçı mülkiyyətində olan İ.Məmmədov küçəsi 06a saylı ünvana baxış keçirilərkən Cavabdeh ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşadıqları və bölünmüş hissədən istifadə etdikləri aşkar olunmuş, İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evinə giriş qapısı, Cavabdeh tərəfindən (özünün dediyinə görə) təxminən 2006-2007-ci illərdə bağlanaraq ümumi otağın digər yerindən açılmış, İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evi ilə Cavabdeh İ.Məmmədov küçəsi 06 saylı ünvanda yaşadığı evin arasında (ümumi otağın arakəsməsi) 1995-ci ildə İddiaçı adına texniki pasport hazırlanarkən arakəsmə hasar (döşəmədə yeri göstərilsədə) tikilmədiyindən texniki pasportda sözügedən hasar göstərilməmişdir. Cavabdeh arakəsmə hasarın tikilmədiyini iddia edir. İddiaçı İ.Məmmədov küçəsi 06a saylı ünvanda yerləşən A literli yaşayış evinə giriş pilləkəni 2006-2007-ci illərdə evə giriş qapısı bağlandığı üçün Cavabdeh tərəfindən (özünün dedyinə görə) sökülmüşdür. Cavabdeh İ.Məmmədov küçəsi 06 saylı ünvanda, özünün dediyinə görə təxminən 2006-2007-ci illərdə sahəsi 120,0 kvm tövlə, 15,2 kvm hamam inşa etdirmiş, sahəsi 65,8 kvm çardaq quraşdırmışdır. Məhkəmə müvafiq rəylə razılaşaraq qeyd edir ki, ilk növbədə həmin rəy Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri-baş memar V.Hacıyev tərəfindən tədqiqat obyektinə baxış keçirilərək və aparılmış araşdırma nəticəsində hazırlanmışdır. Rəydən görünür ki, İddiaçı məxsus (xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi) 35.3 kv.m olan zirzəmi Cavabdeh tərəfindən zəbt edilmiş, mənzilə aid giriş qapısı bağlanmış və pilləkən sökülmüşdür. Həmin rəydə və texniki pasportdan da görünür ki, arakəsmə hasar (ara divar) nəzərdə tutulmuş və eyni zamanda yeri də göstərilmişdir. Bundan başqa, məhkəmənin əvvəlki iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı uzun illərdir mübahisəli evdə yaşamır. Mübahisəli ev onların arasında bölünmüşdür. Lakin o, evdən tam olaraq istifadə edə bilmir. Belə ki, bəzi yerlərin baxlı olması onun istifadəsinə mane olur. Ümumiyyətlə iddiaçının həmin evə ehtiyyacı yoxdur. Bu səbəbdən o, doğrudan da iddia ərizəsində qeyd edilmiş qapını və ara divarı giriş-çıxışa maneə törədir deyə sökmüşdür. Həmçinin o, pilləkənləri də sökmüş və zirzəmiyə su dolduğu üçün oranı da bağlamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli və müvafiq rəyə uyğun olaraq Cavabdeh xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evini və həmin evə aid sahəsi 35.3 kv.m olan zirzəmini zəbt etməsi, mənzilə aid giriş qapısını bağlaması və mənzilə aid pilləkəni sökməsi müəyyən edildiyindən, həmin zirzəmi zəbtdən azad edilməli, cavabdehin öz hesabına mənzilə aid giriş qapısının açılması, divarın və pilləkənin bərpa olunması təmin edilməlidir. Məhkəmə tərəflərin nəzərinə bir daha çatdırır ki, torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, üzərlərinə düşən hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” işdə Məhkəmə həmçinin göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya mülkiyyət hüququ əsasında məxsus mübahisəli əmlakdan istifadə etməsi iddiaçıların sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehin qanunsuz müdaxiləsi nəticəsində iddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur. Bu konteksdə məhkəmə hesab edir ki, iddianın təmin olunması qanuni və ədalətli olmaqla, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğundur. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə İddiaçı məxsus ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad edilsin, mənzilə aid giriş qapısı açılsın, mənzilə aid sökülmüş divar və pilləkən cavabdehin öz vəsaiti hesabına bərpa edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov. İş № 2(066)-825/2023 AZƏRBAYCAN RESPUBLİKASİNİN ADİNDAN QƏTNAMƏDƏNÇİXARİŞ Göygöl Rayon Məhkəməsi 05 sentyabr 2023-cü il Göygöl şəhəri. Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X2 iclas kаtibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan yaşayış evinin və yardımçı tikililərin zəbtdən azad edilməsi, evə giriş qapısının açılması, pilləkənin bərpa edilməsi, aralarında olan və cavabdeh tərəfindən sökülən hörgünün cavabdehin öz hesabına bərpa edilməsi tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.1995-ci il tarixli, 7-1603 nömrəli qeydiyyat vəsiqəsi üzrə İddiaçı məxsus ümumi sahəsi 54,5 kv.m olan (26.6 kv.m yaşayış otağı, 27.9 kv.m isə yardımçı sahə) 1 otaqlı yaşayış evi və həmin evə aid zirzəmi zəbtdən azad edilsin, mənzilə aid giriş qapısı açılsın, mənzilə aid sökülmüş divar və pilləkən cavabdehin öz vəsaiti hesabına bərpa edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Əyyub Kərimov.
Məhkəmə qərarları › İş №2(066)-825/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-825/2023
05.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver