Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-831/2024 04.09.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X6 iclas katibliyi, iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızının, nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızının, Cavabdeh qarşı «Qeyrirəsmi nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi tələbinə dair» iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızının, Cavabdeh qarşı «Qeyrirəsmi nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə ailəli olduqları dövürdə "xxxx" ASC-nin Gəncə filalı ilə bağladıqları 28 sentyabr 2021-ci il tarixli, GTKR1401983A206 nömrəli kredit müqaviləsi əsasında onun adına 24 ay müddətinə, illik 18% olmaqla 3000 (üç min) manat və "xxxx" ASC-nin ona məxsus “Bir Kart” vasitəsi ilə ümumilikdə 2700 (iki min yeddi yüz) manat olmaqla, 24 ay müddətinə, illik 18% olmaqla 5700 (beş min yeddi yüz) manat məbləğində əsas borc və 2050 (iki min əlli) manat faiz borcu olmaqla cəmi 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində krediti keçmiş əri Cavabdeh ilə ər-arvad olaraq birgə qeyri-rəsmi nikah dövründə əldə etdikləri pul vəsaiti olmasına görə adına götürülmüş kreditin yarısını, yəni 3875 (üç min səkkiz yüz yetmiş beş) manatının Cavabdeh onun xeyrinə alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızının, nümayəndəsi X3 iddianı müdafiə edərək, izahat verərək bildirdi ki, iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı 2016-cı il tarixdə el adəti ilə Cavabdeh ilə evlənmişlər. Onlar evləndikdən sonra iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı Cavabdeh valideyinlərinin evində yaşamışlar. Sonra isə aralarındakı narazılıqlara görə ayrılmışlar. 03 noyabr 2023-cü il tarixdə isə iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızını evdən qovmuşlar. Onlar birgə qeyrirəsmi nikahda olduqları dövürdə iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı "xxxx" ASC-nin Gəncə filalı ilə bağlanmış 28 sentyabr 2021-ci il tarixli, GTKR1401983A206 nömrəli kredit müqaviləsi əsasında onun adına 24 ay müddətinə, illik 18% olmaqla 3000 (üç min) manat kredit götürmüş, 28 sentyabr 2021-ci il tarixli, BRED4210219A127 nömrəli kredit müqaviləsi əsasında isə "xxxx" ASC-i Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızına “Birkart” ödəniş kartı vermiş, həmin kartla bağlı bank bərpa olunan kredit xətti ayırır, müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir. Həmin müqavilələr üzrə iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızın 24 ay müddətinə, illik 18% olmaqla 3000 (üç min) manat və "xxxx" ASCnin ona məxsus “Bir Kart” vasitəsi ilə ümumilikdə 2700 (iki min yeddi yüz) manat olmaqla, 24 ay müddətinə, illik 18% olmaqla 5700 (beş min yeddi yüz) manat məbləğində əsas borc və 2050 (iki min əlli) manat faiz borcu olmaqla cəmi 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində krediti götürüb, ailəsinə sərv etmişdir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh nümayəndəsi X7 iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, onun oğlu Cavabdeh iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı ilə 2016-cı il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər. Onlar evləndikdən sonra ona məxsus olan evdə yaşamışlar. Ancaq sonra aralarındakı narazılıqlara görə ayrılmışlar. İddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı qeyd edilən kredit müqavilələrini bağlayarkən onlar bir yerdə yaşamamışlar. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1998-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş X5 "xxxx" ASC-nin Gəncə filalı ilə bağlanmış 28 sentyabr 2021-ci il tarixli, GTKR1401983A206 nömrəli kredit müqaviləsindən məlum olur ki, X2 24 ay müddətinə, illik 18% olmaqla 2900 (iki min doqquz yüz) manat kredit verilmişdir. Mülki işə əlavə edilmiş X5 "xxxx" ASC-nin Gəncə filalı ilə bağlanmış 28 sentyabr 2021-ci il tarixli, BRED4210219A127 nömrəli kredit müqaviləsindən məlum olur ki, "xxxx" ASC-i X2 “Birkart” ödəniş kartı vermiş, həmin kartla bağlı bank bərpa olunan kredit xətti ayırır, müvafiq hesablar açır, müştəri isə həmin kredit xəttindən istifadə edir. Mülki işə əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan məlum olur ki, X5 29 sentyabr 2021-ci il tarixdən başlayaraq müxtəlif məbləğlərdə məxaric etmişdir. Beləliklə məhkəmə iclasında aydın oldu ki, iddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı və Cavabdeh 2016-cı il tarixdə faktiki nikah münasibətinə girməklə evlənmişlər və aralarındakı narazılıqlara görə ayrılmışlar. İddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızı birgə yaşadıqları dövürdə kerdit müqavilələri əsasında pul götürməsini və ailəsinə xərcləməsini və buna görə də 7750 (yeddi min yeddi yüz əlli) manat məbləğində kredit borcu yaranmasını bildirmiş olsa da, həmin borcun birgə yaşadıqları dövürdə yaranmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etmədi. Həmçinin məhkəmə iclasında aydın oldu ki, onlar heç vaxtı rəsmi nikah münasibətinə girməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir, 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli Qərarının 1.1-ci maddəsində qeyd edilir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr). Həmin Qərarının 1.2-ci maddəsində qeyd edilir ki, ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində gostərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cu bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM-in) 14.2-ci maddəssinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə Q Ə T E T D İ: İddiaçı Məmmədova (Hüseynova) Şəfəq Şəmsəddin qızının, Cavabdeh qarşı «Qeyrirəsmi nikah dövründə əldə olunmuş kredit borcunun bölünməsi tələbinə» dair iddiası əsassız olduğundan təmin edilməsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirməklə Göygöl Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, qəbul edildiyi gündən bir аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir. Hakim: Mübariz Məmmədov.
Məhkəmə qərarları › İş №2(066)-831/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-831/2024
04.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver