Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-834/2023 10.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında 10 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia qaldıraraq Cavabdeh 2000 (iki min) manat pulun alınıb özünə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, ünvan 1 ünvanında yaşayır. Əvvəllər yaxın münasibətdə olduğu Cavabdeh 27 fevral 2023-cü il tarixdə ondan 2000 manat borc pul istəmiş və tezliklə qaytaracağını ona bildirmişdir. İddiaçı da aralarında olan münasibətə görə atasına məxsus olan 2000 manat pulu evdən götürüb cavabdehə vermişdir. O, bir müddət keçdikdən sonra verdiyi pulu Cavabdeh tələb etsə də, cavabdeh hər dəfə ona müxtəlif bəhanələr gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdehin ona borclu olması “WhatsApp” proqramı vasitəsilə aralarında aparılmış səsli danışıqlarla və yazışmalarla da təsdiq olunur. Həmin səs yazılarında və yazışmalarda ona borcu olmasını cavabdeh özü etiraf edir. Sözügedən səs yazısı olan disk və yazışmalara aid sənədlər iddia ərizəsinə əlavə olunmuşdur. Məlum edir ki, 2 aya yaxındır cavabdehə ondan borc aldığı 2000 manatı özünə qaytarmasına dair xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hətta, cavabdeh onun daha telefon zənginə də cavab vermir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bu dələduzluq yolu ilə tək onun yox, digər şəxslərin də etibarından sui istifadə edib aldatmış və xeyli məbləğdə olan pulları mənimsəmişdir. Ona görə də məcbur olub məhkəmədə iddia qaldırır. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 izahatında göstərdi ki, iddiaçı və cavabdehlə yaxın münasibəti var. 27 fevral 203-cü il tarixdə cavabdehin xahişi ilə onu öz maşınınla iddiaçıdan borc pul almağa aparmışdır. Cavabdeh İddiaçı 2000 manat borc pulu onun yanında almasını və indiyədək həmin pulu ona qaytarmamasını təsdiq edir. Məhkəmə iddiaçının və şahidin izahatını və çıxışını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan Whatsapp proqramı vasitəsilə tərəflər arasındakı yazışmadan və səsli danışıqlar olan SD diskdən müəyyən olunur ki, Cavabdeh İddiaçı 2000 manat borc almasını etiraf etmiş və həmin borcu tezliklə ona qaytaracağını öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Bilriyinin 11 aprel 2023-cü il tarixli arayışndan görünür ki, X1 həqiqətən Göygöl şəhəri Nəriman Nərimanov küçəsi 77 saylı mənzildə yaşayış qeydiyyatındadır və hal-hazırda ünvan 2 ünvanda qeydiyyatsız yaşayır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli vətəndaşın şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1989-cu ildə Xanlar (indiki Göygöl) şəhərində anadan olmuş, Göygöl şəhəri Nəriman Nərimanov küçəsi 77 saylı mənzildə qeydiyyatdadır İşdə olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olur ki, Cavabdeh ilə İddiaçı yaxın münasibətdə olmuşlar. Əvvəllər aralarında olan yaxın münasibətə görə cavabdeh iddiaçıdan 27 fevral 2023-ci ildə 2000 manat borc pul almış və həmin borcu tezliklə iddiaçıya qaytaracağını öz öhdəsinə götürmüşdür. Bu barədə öz iradələrinə uyğun olaraq qarşılıqlı razılaşma əsasında aralarında şifahi müqavilə bağlamışlar. Bir müddət keçdikdən sonra iddiaçı cavabdehdən pulunu istəsə də, cavabdeh müxtəlif bəhanə gətirərək borcunu qaytarmaqdan imtina etmişdir. Tərəflər öz aralarında borca dair mobil telefonda olan Whatsapp proqramı vasitəsi ilə yazılı və səsli danışmışlar. Həmin yazışmalarda və səs yazısında cavabdeh iddiaçıya borclu olmasını dəfələrlə etiraf etmişdir. Cavabdeh 2000 manat məbləğində borcunu qaytarmalı olduğu halda iddiaçıya indiyə qədər heç bir ödəniş etməmişdir. Bununla da cavabdehin iddiaçıya 2000 manat borclu olması məhkəmədə sübuta yetirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə araşdırılması və iş materialları ilə təsdiq edilir ki, həqiqətən Cavabdeh İddiaçı 2000 (iki min) manat məbləğində borc pul almış və həmin puldan halhazıra qədər iddiaçıya heç bir ödəniş etməmişdir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.1 və 76.2 maddələrinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 40 manat iddiaçının özünə aid edilməlidir. Məhkəmə göstərilənlərii nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-834/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-834/2023
10.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver