Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-838/2024 21.11.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Salman oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 ASC-nə və daşınar və daşənmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Salman oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 ASC-nə və daşınar və daşənmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Göygöl rayonu Balçılı kəndində yerləşən0,128 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən yaşayış evinə dair "xxxx" MMC-nin 05 dekabr 2023-cü il tarixli, 54/01-1 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə, bu barədə olan çağırış vərəqəsini imzalayıb, qəbul etməsinə baxmayaraq , İddiaçı Salman oğlu məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirməmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X3 işin mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı Salman oğlunun cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 ASC-nə və daşınar və daşənmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “Hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-838/2024
Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-838/2024
21.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver