Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-858/2023 11.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Cavabdeh 400 (dörd yüz ) manat borc pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək izahatında göstərdi ki, məcburi köçkün kimi Ağdam rayonu Quzanlı mal fermasında yaşayır. Oğlu X1 rayonunda həqiqi hərbi xidmətdədir. Cavabdeh ona Qarabağ müharəbəsi iştirakçısı olduğunu, döyüşçü kimi tanındığını oğlu ilə görüşmək üçün Qubadlı rayonuna gedə bilməsi üçün portaldan qeydiyyatdan keçırə bıləcəyini demiş və bu məqsədlə ondan 400 manat istəmişdir. O, 400 manat pulu cavabdehin kartına göndərmişdir. Bundan sonra oğlunun yanına gedərkən Fizuli rayonu Horadiz postunda polis əməkdaşları portalda qeydiyyatlarının olmadığını bildirib onları geri qaytarmışdır.Cavabdehin hərəkəti barədə DİN-nin 102 qaynar xəttinə müraciət etmiş, PŞ-də araşdırma aparılaraq cavabdeh saxlanılmış və barəsində Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 30 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Cavabdeh bu günə kimi könüllü olaraq onun pulunu qaytarmadığından məhkəmədə həmin iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 400 (dörd yüz ) manat pul məbləğinin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı olan 400 manat borcunu etiraf edir. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib onun barəsində 30 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir . Qeyd olunan qərarın məzmunundan aydın olur ki, Cavabdeh İddiaçı hərbi xidmətdə olan X2 ilə görüşmək üçün Qubadlı rayonuna gedə bilməsi üçün portaldan qeydiyyatdan keçırə bıləcəyini demiş və bu məqsədlə ondan 400 manat almışdır. Cavabdeh İddiaçı X3 Qubadlı rayonuna gedə bilməsi üçün portaldan qeydiyyatdan keçırmək məqsəd ilə 400 manat aldığını etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1097.1ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin maddənin dispozisiya şərtlərindən də göründüyü kimi, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli,Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan AA seriyalı 139094 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı məcburi köçkündür. Məhkəmə hesam edir ki, dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 400 (dörd yüz ) manat məbləğində pul tutulub İddiaçı verilsin və 30 (otuz) manat dövlət rüsümü tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-858/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-858/2023
11.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver