Məhkəmə qərarları › İş №2(066)-860/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-860/2025

19.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-860/2025 19.06.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 öhdəlikdən irəli gələn 15000 (on beş min) manat pul məbləğinin müştərək qaydada tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər, mülki iş 2(066)-860/2025 sayla qeydiyyata alınmışdır. Həmçinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-095A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətində olan, Göygöl rayon Çaylı kəndində yerləşən 0.07 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən cavabdeh İddiaçı2 çıxarılması, eyni zamanda da dövlət rüsumuna görə ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, mülki iş 2(066)-812/2025 sayla qeydiyyata alınmışdır. Hər iki mülki iş Göygöl Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlunun icraatına qəbul edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə Göygöl Rayon Məhkəməsinin icraatında olan 2(066)-860/2025 saylı və 2(066)-812/2025 saylı mülki işlərin bir-biri ilə əlaqələri işlər olması səbəbindən bir icraatda baxılmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 hər iki mülki işin bir icraatda birləşdirilib baxılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı «evdən çıxarılma» tələbinə dair 2(066)-812/2025 saylı mülki iş Göygöl Rayon Məhkəməsinin icraatındadır və hazırkı 2(066)-860/2025 saylı mülki iş üzrə eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli iddia tələbləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə, icraatda olan 2(066)-860/2025 saylı və 2(066)-812/2025 saylı mülki işlərin eyni tərəflər arasında mübahisə predmetinə dair bir-biri ilə əlaqəli tələblər olmasını, məhkəmənin bir mübahisə predmeti üzrə vahid qərar qəbul edilməsinin təmin etmək üçün həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Göygöl Rayon Məhkəməsinin icraatında olan, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia üzrə 2(066)-860/2025 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı «evdən çıxarılma» tələbinə dair 2(066)-812/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki iş üzrə icraat 2(066)-812/2025 nömrə altında davam etdirilsin və məhkəmə hazırlıq iclası 21 iyun 2025-ci il tarixdə, saat 15:30-da Göygöl Rayon Məhkəməsinin inzibati binasında keçirilsin. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar