Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-87/2025 11.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi (atası) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ələsgər oğlundan ona borclu olduğu 2615 manat yəni ona borclu olduğu pulun cavabdehdən alınaraq, ona qaytarılması, ödənilməsi barədə və məhkəmə üçün ödədiyi 47 manat məbləğində dövlət rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin payız aylarında tanışı Cavabdeh kəsilmiş toyuq məhsulları, yəni hissələrini satmış, həmin məhsulları 2 dəfəyə cavabdehə vermiş, 2315 manatlıq və 2024-cü ilin 4-cü ayında isə 300 manatlıq olmaqla ona toyuq məhsullarının hissələrini satmışdır. Cavabdeh ona söz vermişdir ki, bir neçə ay içərisində pullarını ödəyəcəkdir. O da etibar etmiş, çünki əvvəllərdə ondan nisyə almış və pulunu ödədiyinə görə ona məhsul vermişdir. Cavabdehə ona məxsus dondurma soyuducusunu da satmış və onun pulunu da mənimsəmişdir. Yəni 2315 manat pulun 800 manatı soyuducu üçün hesablanmış və cavabdehlə bu barədə sözlü şəkildə razılaşmışlar. Cavabdehin onunla vatsapla son danışığından görünür ki, o, məhsulların və soyuducunun pulunu ödəmək istəmir. Ona görədə o, məcburiyyət qarşısında qalıb iddia verməli olmuş və hesab edir ki, iddia tam həcmdə təmin olunacaqdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verərək göstərdi ki, o, ona dəymiş zərəri bir dəfəlik istəyir. Cavabdeh sərçə bazarı adlanan yerdə işləməklə, toyuq məhsullarının satışı ilə məşğul olmuş və o da həmin yerə toyuq məhsulları vermişdir. Cavabdeh ondan toyuq məhsullarını nisyə almaqla bir neçə dəfə pulunu ödəmiş və bundan sonra ondan bir neçə dəfə məhsulu nisyə satmasını bildirərək ondan nisyə toyuq məhsulları almışdır. O borcunu istədikdə isə cavabdeh ona pensiyaya qədər nisyə verməsini, pensiya keçdikdə yığıb borcunu qaytaracağını bildirmiş, lakin bundan uzun müddət keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. O, cavabdehə 1815 manat dəyərində toyuq və onun hissələrini nisyə satmışdır. Onun tələbində göstərmiş olduğu qalan pul yəni 800 manat cavabdehə vermiş olduğu soyuducunun dəyəridir. O cavabdehə 1815 manatdan çox nisyə mal satmış lakin cavabdeh borcundan ödəmiş və 1815 manat borcu qalmışdır. Onların arasında nisyə alqısatqı 2023-cü ilin payız aylarından başlamışdır. Soyuducunun dəyəri 1100 manat olmaqla, ayda 100 manat ödəmək şərti ilə cavabdehə satmışdır. Soyuducudan ilkin ödəniş 100 manat və sonra isə 2 dəfə 100 manat ödəniş etmişdir. Soyuducunun verilməsi ilə bağlı sübutu yoxdur. Əgər cavabdehə soyuducu verilməsə idi onlar həmin toyuq məhsullarını saxlaya bilməzdi. O toyuq məhsulu verdiyi dükanlara soyuducu da verir. Lakin soyuducular onun şəxsi əmlakı olmasından müqavilə bağlamadan vermişdir. Cavabdeh tərəf məhkəmədən kənar ona soyuducu məsələsini yoluna qoyacaqlarını bildirsələr də məhkəmədə isə belə məsələ olmamış kimi danışırlar. Toyuq məhsullarını cavabdehə verməsi və cavabdehin təhvil alaraq qaimələri imza etməsinə dair sübutu yoxdur. İddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (atası) Nümayəndə iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, soyuducudan onun məlumatı yoxdur. Lakin onun oğlunun ona bildirdiyinə görə iddiaçıya 1600 manat borcu olmasını etiraf edir. Həmin borc toyuq və toyuq hissələrinə görə yaranmışdır. İddiaçı polis nəfərində 1600 manat borclu olduqlarını demişdir. Onun oğlu soyuducu almasını qəbul etmir. Belə ki, həmin soyuducunun nə ilə almasının sübuta yetirilməsini istəyir. Oğlunun 1600 manat borcu hissə-hissə olmaqla toyuq hissələrinin alışına görə yaranmışdır. Onun oğlu ziyana düşmüşdür. O özü iddiaçıya normal mal verməsini dedikdə iddiaçı ona xarab malı xarab qiymətinə verməsini bildirmişdir. Oğlu hazırda Bakı şəhərində fəhlə işləməsi səbəbindən məhkəmə iclasına gələ bilmir. Oğlunun iki az yaşlı uşağı var. İddiaçı onlara toyuq hissələrini hissə-hissə vermiş, bu səbəbdən 1600 manat pulun onlardan hissə-hissə qaytarılmasını xahiş edir. İddianı 1600 manat hissəsində qəbul edirlər. Məhkəmə, tərəflərin izahatını dinləyib, eləcə də təqdim edilmiş sübutları tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Gəncə şəhər Kəpəz rayonu Ü.Hacıbəyov küçəsi bina 12, mənzil 35-də yaşayır. İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən qərardan görünür ki, İddiaçı xx.xx.1987-ci il tarixdə anadan olmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə edilmiş vəkil X3 tərəfindən Göygöl Rayon Polis Şöbəsinə ünvanlamış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı etdiyi şikayət üzrə borclu olan Cavabdeh adlı şəxsin izahatının surətinin və polis sahə müvəkkili tərəfindən qəbul edilmiş rəsmi cavabın ona göndərilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Göygöl RPŞ-nə təqdim etdiyi ərizəsində təxminən 1 il əvvəl Cavabdeh ilə aralarında ev quşlarıyla alış-veriş olduğunu, nəticədə Əmrahın ona 2615 manat borcu qaldığını göstərib, həmin pulun alınmasında ona köməklik edilməsini xahiş etmişdir. Göygöl Rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışda İddiaçı ərizə Göygöl RPŞnə müraciət edərək, 1 il əvvəl Cavabdeh ilə aralarında ev quşlarının ətinin satışı ilə əlaqədar alış-veriş olduğunu, bir müddətdən sonra Əmrahın ona 2615 manat borcu qaldığını, belə ki, Əmrahın ondan toyuq ətinin saxlanılması üçün 1160 manat dəyərində vitrin soyuducusu görürdüyünü və əlavə olaraq 1600 manat toyuq ətindən borcu olduğunu, dəfələrlə istəməsinə baxmayaraq bu günədək onun pulunu vermədiyini göstərib. Ona kəməklik edilməsini xahiş etməsi göstərilmişdir. Cavabdeh Göygöl RPŞ-nə verdiyi izahatında təxminən 1 ildən artıqdır ki, Vüqarla aralarında ev quşlarının alış verişi olmuşdur. Son vaxtlar onun verdiyi toyuq ətləri yararsız olduğu üçün aldığı malların pulunu verə bilməmişdir. Hazırda Vüqara 1600 manat borcu qalıb. Söz verir ki, yaxın vaxtlarda hissə-hissə ödəyəcək. Vüqarın özünə də deyib ki, borcunu hissə-hissə ödəyəcək. Lakin Vüqar onunla razılaşmayıb pulunu tam ödəməsini istəməsini göstərmişdir. Gəncə şəhəri 5-ci mikrorayon, bina 12,mənzil 35-də yaşayan İddiaçı Göygöl RPŞnə ünvanlanmış müraciəti ilə bağlı aparılmış araşdırmanın nəticəsi haqqında arayışda İddiaçı mülki iddia qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən oldu ki, İddiaçı Cavabdeh toyuq və toyuq hissələrini nisyə satması, nəticədə cavabdehin iddiaçıya 1600 manat alınmış məhsulun dəyərindən borcunun olması öz təsdiqini tapır. İddiaçı Cavabdeh 1815 manat dəyərində toyuq və toyuq məhsullarının hissəsini və 800 manat dəyərində soyuducunu nisyə verməsi ilə bağlı dəlillərinə münasibət bildirirək məhkəmə qeyd edir ki, iddiaçının qeyd edilən dəlili heç bir sübutla öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı olan hazırki borcu 1600 manat təşkil etməsi qənaətinə gəlir. Həmin məbləğ cavabdehdən alınıb iddaçıya ödənilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə iclasında müəyyən olunmuş hallar əsas götürülməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin təmin edilən hissəsi nəzərə alınaraq 36 (otuz altı) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində borc pul və 36 (otuz altı) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-87/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-87/2025
11.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver