Məhkəmə qərarları › İş №2(066)-873/2025

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-873/2025

22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-873/2025 22.07.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 10 saylı X2 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “Dövlət meşə fondu sahələrindən turizm-rekreasiya məqsədi üçün qanunsuz istifadə edilməsi, özbaşına tikilmiş tikililərin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı 10 saylı X2 Mərkəzi Cavabdeh qarşı “Dövlət meşə fondu sahələrindən turizm-rekreasiya məqsədi üçün qanunsuz istifadə edilməsi, özbaşına tikilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yaşayan Cavabdeh Hacıkənd meşəbəyliyinın 1 -ci kvartalı ərazisində özbaşına tikdirdiyi 4.0x3.Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları açıq 2 ədəd söhbətgahın. 6.0x3.Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları açıq 3 ədəd söhbətgahın. 5.0x3.Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları açıq 4 ədəd söhbətgahın, 8 0x3.Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları açıq 1 ədəd söhbətgahın, 15.0x5.Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları plastik lambrınlə bağlanmış 1 ədəd talvarın, 17.0x10 Om ölçüdə dəmir dirəklər üzərində düzəldilmiş yanları açıq 1 ədəd talvarın. 1 6x1 8m ölçüdə daş tikili 2 ədəd sanitar qovşağının 3.0x4.Om ölçüdə 1 ədəd dəmir butkanın və 6 0x2 6m ölçüdə mətbəx kimi istifadə olunan 1 ədəd dəmir butkanın sökülməsi və ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə məhkəmədə hazırlıq iclasında baxılarkən iddiaçının nümayəndəsi Nümayəndəməhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən ərizəçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 10 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “Dövlət meşə fondu sahələrindən turizm-rekreasiya məqsədi üçün qanunsuz istifadə edilməsi, özbaşına tikilmiş tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar