Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-88/2023 29.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaçı3, onların vəkili X7 və Cavabdeh1 iştirakı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbinə dair mülki işə 29 mart 2023-cü il tarixdə Göygöl Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin, vərəsəlik şəhadətnaməsi əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə maneənin aradan qaldırılması və miras qalmış torpaq sahəsi və fərdi yaşayış evi üzərində payların müəyyən edilməsi tələbinə dair məhkəmədə iddia qaldıraraq iş üzrə iddiaçı olaraq onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin, bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyat nömrəsi 150702200, 02 aprel 2007-ci il tarixli çıxarışın, Cavabdeh1 adına qeydə alınmış ******* nömrəli və ******* qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın və Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli olan, xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə və X1 paylı mülkiyyət hüququ üzrə 0,12 ha torpaq sahəsinin üzərində vərəsə olaraq paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi X10 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə o, iddiaçılar tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin alqı-satqı müqabviləsinin, çıxarışın etibarsız hesab edilməsi və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair Göygöl Rayon Məhkəməsinə müraciət etmələrini, hazırda iddia tələbi üzrə iddia tələbinin həcmini dəqiqləşdirərək onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli şəhadətnamənin etibarsız hesab edilməsinə və bu şəhadətnamə əsasında X2 adına verilmiş mülkiyyət hüququna dair qeydiyyatın, çıxarışın və Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsinə, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə görə iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və azaltmağa haqlıdır. Qeyd olunanlara görə məhkəmə iddiaçıların nümayəndəsinin iddia həcminin artırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, Göy-Göl rayonu, Quşqara kəndində yerləşən və JN-001F, Kod:50806018 nömrəli şəhadətnaməyə əsasən torpaq sahəsi iddiaçıların və Şərabanu Cəfərovanın paylı mülkiyyətinə verilmişdir. Şərabanu Cəfərova vəfat etdikdən sonra Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cəfərova Şərabanuya münasibətdə hissədə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınaraq 0.12 ha torpaq sahəsinə və miras qalmış fərdi yaşayış evinə dair adına çıxarış alınmışdır. Hansı ki, həmin torpaq sahəsi iddiaçıların paylı mülkiyyətində olmuşdur. Qeyd olunan torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ pozulmuşdur. Hazırda tərəflərindən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə və alqı-satqı müqavilələrini o, cümlədən Cavabdeh1 adına və Şərabanu Cəfərovanın adına olan çıxarışları məhkəmə qaydasında mübahisələndirirlər. Hal-hazırda Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi və iddiaçıların mülkiyyətində olan torpaq sahəsi iş üzrə cavabdehlər tərəfindən zəbt olunaraq torpaq sahəsində qanunsuz olaraq orada əkdikləri ağaclar kəsilməklə orada tikinti işləri aparılır. Bu baxımdan torpaq sahəsindən cavabdehlər tərəfindən zəbt edilməsi və istifadə edilməsi iddiaçıların mülkiyyət hüququnu pozur. Qeyd olunan torpaq sahəsi üzərində Cavabdeh1 tərəfindən Şarabanı Cəfərovanın adına qanunsuz qeydə alındırmaqla, Cavabdeh1 digər Cavabdeh2 satmışdır. Hansı ki, qeyd olunan 0.12 ha torpaq sahəsi üzərində iddiaçıların paylı mülkiyyət hüquqları vardır. Bu baxımdan mülkiyyətlərində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi, edilən maneənin aradan qaldırılması və Şarabanı Cəfərovadan miras qalmış torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında ərizəni müdafiə edərək göstərdi ki, Şarabanu qayınanasıdır. Şarabanunun adına ev keçəndə onların razılıqları olmamışdır. Torpaq sahəsi onların iştirakı olmadan satılmışdır. Cavabdeh qanunsuz vərəsəlik haqqında şəhadətnamə alaraq torpağın bir hissəsini satmışdır. Bunların heç birindən xəbərləri olmamışdır. Göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 və İddiaçı3 İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili X10 izahatında iddianı müdafiə etdiyini, iddiaçıların xəbəri və məlumatı olmadan Cavabdeh1 vərəsəlik haqqında şəhadətnamə alaraq 0.12 ha torpaq sahəsini və evi öz adına keçirməsini, Həmin torpaqda iki evin yerləşməsini, iddiaçıların yenidən çıxarış almaq istəyəndə onlara Cavabdeh1 torpağı öz adına keçirməsinin məlum olmasını, ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etməməsini, belə ki, torpaq sahəsinin anasının adına olmasını, anasının sağlığında torpaqların bölünməsini, mülkün də anasına məxsus olmasını, anasının 16 il əvvəl rəhmətə getməsini, anası Ş.Cəfərovanın vərəsəsinin özünün olmasını, bu səbəbdən də öz adına keçirməsini, torpağı öz adına keçirəndə bacılarının da razılığı olmasını, 0,12 ha torpaq sahəsinin 0.04 hektarını özünə götürməsini, Cavabdeh2 İddiaçı1 kürəkəni olmasını, həmin torpağın 0.03 hektarını Cavabdeh2 satmalarını, Cavabdeh2da öz adına olan torpağı başqa adama satmasını, odur ki, iddianın əsassız olmasına görə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin və nümayəndənin izahatını dinləyib və iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan JN-001F saylı, KOD 50806018 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə» nin surətindən görünür ki, keçmiş Xanlar (indiki Göygöl) rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,12 ha torpaq sahəsi Xanlar (indiki Göygöl) rayonu Quşqara kənd sakini Cəfərova Şərabanının, İddiaçı1, İddiaçı4 Əbülfət qızının, İddiaçı3 Əbülfət qızının və İddiaçı2 Əbülfət oğlunun mülkiyyətinə verilmişdir. İşdə olan Xanlar (Göygöl) rayon Dövlət notariat kontorunun xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, 23 mart 2005-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1dur və şəhadətnamə verilən miras əmlak Xanlar rayonu Quşqara kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı yaşayış evi, ümumi sahəsi 161.6 kvm, əsas sahəsi 67.0 kvm, köməkçi sahə 94.6 kvm, 1 mərəbəli 1 otaqlı yaşayış evi ümumi sahəsi 32.4 kvm, əsas yaşayış sahəsi 32.4 kvm, köməkçi sahə 94.6 kvm, açıq eyvan 36.9 kvm, açıq eyvan 37.7 kvm, hamam 16.6 kvm, zirzəmi 1 mərtəbəli ümumi sahəsi 82.3 kvm-dən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Quşqara kəndində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Quşqara kəndində olan 0,12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 99.4 kv.m yaşayış, 94.6 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 64 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 32.4 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Göygöl rayon Dövlət notariat kontorunun 06 oktyabr 2008-ci il tarixli, 4Ə-3-574 reyestr nömrəli, AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Cavabdeh1 özünə məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən 0.03 ha torpaq sahəsini xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh2 50000 (əlli min) manata satmışdır. İşdə olan 20 avqust 1980-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı1 nikahları 20 avqust 1980-ci ildə bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. İşdə olan Xanlar rayon Quşqara kənd icra nümayəndəliyi tərəfindən verilmiş 25 mart 2005-ci il tarixli, AZ-İ 088576 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 23 mart 2005-ci il tarixdə vəfat etmişdir. İşdə olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19 oktyabr 1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 17 oktyabr 1992-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Göygöl rayon İcra Hakimiyyəti Göygöl rayon Dövlət Arxivinin 24 yanvar 2023-cü il tarixli İddiaçı1 ünvanlanmış Arxiv arayışından görünür ki, Xanlar rayon Quşqara kəndinin 1991-1995-ci illərə aid 07 nömrəli təsərrüfatbaşına kitabın 534 nömrəli şəxsi hesab vərəqində vətəndaş Cəfərova Şərabanının ailə tərkibi qızı X9, gəlini İddiaçı1, nəvəsi İddiaçı4, nəvəsi İddiaçı3, nəvəsi İddiaçı2, nəvəsi X6, nəvəsi X4r. 2001-2005-ci illərə aid 02 nömrəli təsərrüfatbaşına kitabın 103 nömrəli şəxsi hesab vərəqində mart 2005-ci ildə vəfat edən Cəfərova Şərabanının ailə tərkibi gəlini İddiaçı1, nəvəsi İddiaçı4, nəvəsi İddiaçı3 və nəvəsi İddiaçı2dur. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı bütün diqətəlayiq hallara aydınlıq gətirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, Xanlar rayon Aqrar İsalahat Komissiyasının 26 dekabr 2001-ci il tarixli 17 saylı qərarı ilə Xanlar (Göygöl) rayonunun Quşqara kəndində 0,12 ha torpaq sahəsi ayrılaraq Cəfərova Şərabanıya, İddiaçı1, İddiaçı4 Əbülfət qızına, İddiaçı3 və İddiaçı2 Əbülfət oğluna verilmişdir. Ş.Cəfərovanın vəfatından sonra Cavabdeh1 tərəfindən notariat kontorundan vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edilərək iddiaçıların və Ş.Cəfərovanın paylı mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən mülkə dair Ş.Cəfərovanın adına MH seriyalı ******* nömrəli, 02 aprel 2007-ci il tarixli çıxarış, bundan sonra isə özünün adına MH seriyalı, ******* nömrəli, 13 sentyabr 2007-ci il tarixli və MH seriyalı, ******* nömrəli, 03 fevral 2009-cu il tarixli çıxarışlar alınmış və 0.12 ha torpaq sahəsinin 0.03 hektarı 06 oktyabr 2008-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən cavabdeh H.Əliyev tərəfindən digər Cavabdeh2 satılmışdır. Həmçinin qeyd olunan 0.12 ha torpaq sahəsi və sözügedən torpaq sahəsində yerləşən mülk cavabdehlər tərəfindən zəbt edilmişdir. Belə olan halda iddiaçılar həmin iddia ilə məhkəməyə müraciət etimək məcburiyyətində qalmışlar. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa bunun nəticəsində hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 157.1 maddəsinin tələbinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2 maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual-Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN- 001F, KOD 50806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X2 adına verilmiş qeydiyyat nömrəsi 150702200, xx.xx.2007-ci il tarixli çıxarış, Cavabdeh1 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, xx.xx.2007-ci il tarixli və qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilsin. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Göygöl rayonunun Quşqara kəndində yerləşən (JN-001F, KOD 50806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə) 0,12 ha torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş xx.xx.2007ci il tarixli qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə, bu şəhadətnamə əsasında X2 adına verilmiş qeydiyyat nömrəsi 150702200, xx.xx.2007-ci il tarixli çıxarış, Cavabdeh1 adına qeydə alınmış qeydiyyat nömrəsi 150706714, xx.xx.2007-ci il tarixli və qeydiyyat nömrəsi **********, xx.xx.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-88/2023
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-88/2023
29.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver