Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-915/2025 30.09.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə zamin kimi ödədiyi 1651 manat pulun və 37 manat dövlət rüsmunun alınaraq onun xeyrinə verilməsinə dair məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bacısı qızının həyat yoldaşı olmuşdur. Bərdə rayonunda fəaliyyət göstərən Expressbank ASC-nin filialından o, zamin duraraq cavabdehə 4300 manat pul götürüb vermiş, lakin cavabdeh həmin pulu ödəməmişdir. Həmin puldan hazırda 1651 manat qalıb. Onun əmək haqqından tutulmuş və o, məhkəməyə müraciət etmişdir. 2863 manat alınıb verilməsi barədə qətnamə çıxarılmış, lakin qalan 1651 manat ödəyib qurtarmışdır. Göründüyü kimi cavabdeh bilərəkdən və qərəzli olaraq ödəmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh bacısı qızının həyat yoldaşı olmuşdur. O, cavabdehə zamin durmuş və cavabdeh tərəfindən götürülmüş kredit borcunu ödəmişdir. Belə ki, cavabdeh borcunu ödəmədiyindən bank məhkəməyə müraciət etmiş və icra şöbəsində olarkən onun əmək haqqından borc tutulmuşdur. Əvvəl bir dəfə məhkəməyə borcun yarısını ödədikdən sonra müraciət etmiş, hazırda isə borcu tam şəkildə ödədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əvvəlki məhkəmə qətnaməsi hazırda icra şöbəsinin icraatındadır və qətnamədən şikayət verilməmişdir. Cavabdeh həmin borcunu da ödəməmişdir. Məhkəmdən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə doğulmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə RİH-nin Bərdə Şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2682-saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 3547.31 (üç min beş yüz qırx yeddi manat otuz bir qəpik) manat əsas, 563.41 (beş yüz altmış üç manat qırx bir qəpik) manat faiz borcu, cəmi 4110.72 (dörd min yüz on manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 61.51 (altmış bir manat əlli bir qəpik) manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Göygöl Rayon Məhkəməsinin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh 2815 manat pul və ödənilmiş 48,15 manat dövlət rüsumu tutulаrаq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan “Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 14-2-2-11/2-820/2025 nömrəli məktubdan görünür ki, Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-463/2023 nömrəli və Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 108972/10 nömrəli icra sənədinə əsasən borclu X2 əmək haqqından 4172.23 manat borca görə hər ay 50 % tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi və ümumi borcun 7 %-i icra ödənişi 292.11 manat pul tutularaq Bərdə rayon icra və probasiya şöbəsinin hesabına ödənilməsi barədə icra sənədinin icrası ilə əlaqədar olaraq X2 əmək haqqından 31,03.2024-cü il tarixinədək olan tutulmalar aşağıda qeyd edilən məbləğlər və tarixlər üzrə tutulmuşdur. 2023-cü ilin sentyabr (580 azn), oktyabr (630 azn), noyabr (588 azn), dekabr (404 azn), 2024-cü ilin yanvar (463 azn), fevral (413 azn), mart (530 azn) və aprel (415 azn) ayları (cəmi: 4023.00 azn) üzrə pul tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə və 2024-cü ilin may ayında 293 azn Bərdə rayon icra və probasiya şöbəsinin depozit hesabına ödənilmişdir. Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 108972/10 saylı icra sənədinə əsasən borc (4023.00 manat) və icra ödənişi (7% 292.11 manat) borclu X2 əmək haqqından tutularaq tam yekunlaşmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, cavabdeh Calalov X1 ASC-nin Bərdə filialında kredit götürərkən İddiaçı ona zamin olmuşdur. Lakin Cavabdeh kredit borcunu ödəmədiyindən Ekspressbank ASC məhkəməyə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 2(066)-463/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 3547.31 (üç min beş yüz qırx yeddi manat otuz bir qəpik) manat əsas, 563.41 (beş yüz altmış üç manat qırx bir qəpik) manat faiz borcu olmaqla cəmi 4110.72 (dörd min yüz on manat yetmiş iki qəpik) manat məbləğində borc və ödənilmiş 61.51 (altmış bir manat əlli bir qəpik) manat dövlət rüsumu tutulаrаq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə borc Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən İddiaçı əmək haqqısının 50 faizinə yönəldilmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Göygöl Rayon Məhkəməsinin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh 2815 manat pul və ödənilmiş 48,15 manat dövlət rüsumu tutulаrаq İddiaçı ödənilməsi qət edilmişdir. “Azəriqaz” İB-nin Tərtər Regional qaz istismarı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 14-2-2-11/2-820/2025 nömrəli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli 108972/10 saylı icra sənədinə əsasən X2 əmək haqqından icra sənədinə əsasən 4023.00 manat və 292.11 manat icra ödənişi tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı əmək haqqından tutulmuş 4023 manat borcun və 292.11 manat icra ödənişinin cəmi olan 4315.11 manat pulun 2815 manat hissəsi məhkəmənin 2(066)-206/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təmin edildiyindən, hazırkı iddia tələbi qismən təmin edilməklə Cavabdeh 1500.11 manat pul tutularaq İddiaçı verilməlidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalı, 1500,11 (bir min beş yüz manat on bir qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 37 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddələrinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500,11 (bir min beş yüz manat, on bir qəpik) manat pul məbləği və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-915/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-915/2025
30.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver