Məhkəmə qərarları › İş №2(066)-922/2024

Göygöl Rayon Məhkəməsi Qərardad — İş №2(066)-922/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № 2(066)-922/2024 02.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlu iddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1, mülkiyyətçi və təsissçi İddiaçı2 Ənfər qızının cavabdehlər Cavabdehnə, "xxxx" ASC-yə qarşı “İcra məmurunun "xxxx" MMC-yə göndərdiyi 14 oktyabr 2014-cü il tarixli məktubun ləğv eilməsi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar "xxxx" MMC-nin direktoru İddiaçı1, mülkiyyətçi və təsissçi İddiaçı2 Ənfər qızının cavabdehlər Cavabdehnə, "xxxx" ASC-yə qarşı “İcra məmurunun "xxxx" MMC-yə göndərdiyi 14 oktyabr 2014-cü il tarixli məktubun ləğv eilməsi”nə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" MMC-yə göndərdiyi hərracın keçirilməsinə dair olan 14 oktyabr 2014-cü il tarixli məktubun ləğv eilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsində baxılmalı olmadığından yolverilməzliyinə görə qəbul etməkdən imtina edilməli, ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən məlum olur ki, iddiaçılar İcra və Probasiya şöbəsinin "xxxx" MMC-yə göndərdiyi hərracın keçirilməsinə dair olan 14 oktyabr 2014-cü il tarixli məktubunu mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan dedikdə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsaən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına və işin hallarına qiymət verən məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarlmaqla, iddiaçıya hüquqi şəxsin yerləşdiyi ərazi üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 153.2.1, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı1, mülkiyyətçi və təsissçi İddiaçı2 Ənfər qızının cavabdehlər Cavabdehnə, "xxxx" ASC-yə qarşı “İcra məmurunun "xxxx" MMC-yə göndərdiyi 14 oktyabr 2014-cü il tarixli məktubun ləğv eilməsi”nə dair iddia ərizəsi və iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Göygöl Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar