Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-93/2023 13.03.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 500 manat pulun eyni zamanda 30 manat dövlət rüsumunun, 30 manatda iddia ərizəsinin tətbiqi üçün ödədiyi pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim olmuşdur. Həmin ərizədə məhkəmədə Cavabdeh Bayram oğluna qarşı pul tələbinə dair iddia qaldırmasını, sonradan ona iddia ərizəsində cavabdehin ata adının düzgün göstərilməməsinin məlum olmasını və iddia ərizəsinin tətbiqi üçün tələb etdiyim 30 manatın əsassız olmasını, odur ki, İddia tələbinə texniki səhv yazılmış Cavabdeh Bayram oğlunun Cavabdeh olmasının nəzərə alaraq Cavabdeh oğlundan 500 manat pulun və 30 manat ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi hissəsində baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçının ərizəsini məqsədəuyğun hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Həmin ərizədə o, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini, cavabdehin hal-hazırda harada olduğu barədə məlumatı olmamasını və mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, cavabdehin onu aldadaraq 400 manat pulunu ələ keçirməsini, belə ki, cavabdehin 2005-ci ildə Göygöl rayon Çaykənd kəndi ərazisində yerləşən 0.15 ha torpaq sahəsini satmaq istəməsini onu bildirməsini, həmin vaxt cavabdehlə öz aralarında torpağı 400 manata razılaşmalarını və cavabdehə özünün 400 manat verməsini, bundan sonra 17 il ərzində sözügedən torpağı özünün əkib becərməsini, sonradan torpağı özünün adına keçirməsini xahiş etsə də, cavabdehin imtina etməsini, dəfələrlə cavabdehin arxasınca Çaykənd kəndinə getməsini və 100 manat taksilərə xərcləməsini, ümumilikdə 500 manat cavabdehin ona borcu olmasını, odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Göygöl rayon Polis şöbəsinin Sarısu Bölməsinin 14 avqust 2022-ci il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun şikayəti əsasında müraciəti araşdırılmış və müraciətdə qeyd edilən xüsusatlar məhkəmə predmeti olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi ona tövsiyə edilmişdir. İş materiallarında olan Cavabdeh Göygöl rayon X1 bölməsində verdiyi izahatdan görünür ki, tərəflər arasında 0.15 ha torpaq sahəsinə dair razılaşma olmuş və Cavabdeh İddiaçı borcu olmasını etiraf etmiş və həmin pulu İddiaçı yaxın zamanda qaytaracağını söz vermişdir. Məhkəmə iclasında müəyyən olur ki, iddiaçı Cavabdeh ilə öz aralarında razılaşaraq Cavabdeh məxsus 0.15 ha torpaq sahəsini iddiaçı 400 manat cavabdehə verərək satın almış və uzun illər həmin torpağı əkib becərmişdir. İddiaçı sözügedən torpağı öz adına rəsmiləşdirməyi və yaxud verdiyi 400 manatı Cavabdeh tələb etsə də, heç bir nəticəsi olmamış və cavabdeh indiyə kimi iddiaçıya heç bir ödəniş etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 500 manat məbləğində maddi ziyan yetirilmişdir. Hazırda cavabdehin 500 manat borcu vardır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 500 manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 530 (beş yüz otuz) manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutulmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 500 (beş yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə 530 (beş yüz otuz) manat alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-93/2023
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-93/2023
13.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver