Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-95/2024 18.01.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi və İddiaçının iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 850 (səkkiz yüz əlli) manat pulun, vəkil xidməti üçün ödədiyi 51 (əlli bir) manat pulun və 31 (otuz bir) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İş üzrə İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim olunmuşdur. Həmin ərizədə göstərmişdir ki, Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin hal-hazırda harada olduğu barədə məlumatı yoxdur. Odur ki, mülki işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 238.1-ci maddəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbi barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası MPM-in 238.4-cü maddəsində göstərilir ki, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qızı Aynurəyə cehizlik mebel dəsti düzəltmək üçün mebel ustası Cavabdeh müraciət etmişdir. İddiaçının yaşadığı yuxarıda qeyd etdiyi unvanda təxminən 2022-ci ilin mart ayının əvvələrində cavabdehlə görüşüb razılığa gəlmişlər ki, qızının toyuna qədər, yəni mart ayının axırınadək sifarış verdiyi mebel dəstini hazırlayacaqdır. Cavabdeh sifarişi 4500 manata deyilən vaxta kimi yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. İddiaçı həmin söhbət vaxtı ona 200 manat beh vermişdir. Bundan 2-3 gün sonra qızı Aynurə ilə ona əlavə olaraq 1300 manat da pul göndərmişdir. Qızı pulu Gəncə şəhəri Mərkəzi xəstəxananın qarşısında cavabdehə vermişdir. Lakin cavabdeh deyilən vaxtda sifarişi yerinə yetirməmişdir. Qızının toyu olandan sonra iddiaçı cavabdehdən verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Cavabdeh ona xeyli müddət keçəndən sonra iki dəfəyə 450 manat pul qaytarmışdır. Dəfələrlə pulun qalan hissəsini tələb etsə də cavabdeh pulu qaytarmamışdır. İddiaçı məcbur olub xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng etmişdir. Cavabdeh Polis şöbəsində izahat verərkən göstərmişdir ki, imkanı olmadığı üçün pulu tam qaytara bilmir, iddiaçıya behdən 450 manat pul qaytarıb, qalan 1050 manat pulu isə hər ay 100 manat verməklə qaytaracaqdır. Amma həmin vaxtdan bu günə qədər cavabdeh iddiaçıya iki ay 100 manat olmaqla, cəmi 200 manat pul qaytarmışdır. İddiaçının müraciəti ilə əlaqədar Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin 27 mart 2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarında göstərilmişdir ki, mülki işlə əlaqədar məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, cavabdehə 1500 manat pul verməsini, cavabdehin pulun müəyyən hissəsini, yəni 450 manat qaytarmasını, sonuncu dəfə Polisə müraciət etdikdən sonra isə cavabdehin 200 manatda qaytarmasını, hazıda cavabdehin 850 manat borcu qalmasını və onu da qaytarmaqdan imtina etməsini bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan cinayət işi başlanmasının rədd edilməsi haqqında 27 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, o, Valehdən qızına çehizlik yataq dəsti və qonaq otağı mebeli yığmaq üçün 4300 manata razılaşmışlar. İddiaçı ona 200 manat yaşadıqları evdə, 1300 manat isə Gəncə Mərkəzi xəstəxanasının yanında beh vermişdir. Cavabdeh bildirmişdir ki, xx.xx.2022-ci ildə mebel tam hazır olacaqdır. Deyilən vaxta cavabdeh mebeli çatdırıb hazırlaya bilməmiş və buna görə də, Valehə iki gün gecikdirəcəyini demişdir. O, da Velehin işinin bir qismini görmüş, bundan sonra Valeh ona mebeli daha istəmədiyini, ona mebelə görə verdiyi 1500 manat behi geri qaytarmasını demişdir. O, da Valehə künclük divan hazır olmasını, hara deyirsə göndərməsini demişdir. Lakin Valeh istəməmiş, o, da Valehǝ imkan verməsini, həmin divanı başqa şəxsə satıb pulunu verməsini demişdir. Lakin Valeh razılaşmadığına görə həmin verdiyi 1500 manat behden 450 manatını cavabdeh iddiaçıya qatarmışdır. Halhazırda imkanı olmadığına görə 1050 manatı isə hər ay yüz manat verməklə iddiaçıya qaytaracaqdır. Qeyd etdiyi kimi Valeh ona mebel düzəltmək üçün 1500 manat pul vermiş, lakin mebeli iki gün gecdirdiyinə görə Valeh sifarişdən imtina etmiş, buna görə də aldığı 1500 manat behin 450 manatını qaytarmış, 1050 manat pulu isə hər ay 100 manat qaytaracaqdır. Məhkəmə iclasında iddiaçının izahatından və iş materiallarından müəyyən olunur ki, iddiaçı 2022-ci ildə Cavabdehla öz aralarında razılığa gələrək iddiaçı qızının toyuna qədər cavabdehə mebel dəsti hazırlamasını sifariş etmişdir. Bundan sonra iddiaçı 200 manat cavabdehə beh vermiş və əlavə olaraq qızı Aynurə ilə 1300 manat da pul göndərmişdir. Sonra cavabdeh sifarişi gecikdirdiyi üçün tərəflərin aralarında olan razılaşma pozulmuş və iddiaçı cavabdehə verdiyi 1500 manatı ondan tələb etmişdir. Cavabdeh həmin puldan 450 manat İddiaçı qaytarmışdır. Sonra iddiaçı Polis şöbəsinə müraciət etmiş, şöbədən ona mülki işlə əlaqədar məhkəməyə müraciət etməsi izah edilmişdir. İddiaçı Polis şöbəsinə müraciət edəndən sonra cavabdeh iddiaçıya cəmi 200 manat da vermişdir. Hazırda cavabdehin 850 manat borcu qalmışdır. İddiaçı 850 manat pulu ondan tələb etsə də, cavabdeh qalan borcunu iddiaçıya qaytarmaqdan imtina etmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı 850 manat məbləğində maddi ziyan yetirilmişdir. Hazırda cavabdehin iddiaçıya 850 manat borcu vardır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul, vəkil xidməti üçün ödənilmiş 51 (əlli bir) manat və 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutulmalıdır. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 850 (səkkiz yüz əlli) manat pul, vəkil xidməti üçün ödənilmiş 51 (əlli bir) manat və 31 (otuz bir) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra, 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Göygöl Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamənin ləğv etmə müddəti bitdikdən sonra, tərəflər 1 (bir) ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Hakim Qələmdar Abbasov
Məhkəmə qərarları › İş №2(066)-95/2024
Göygöl Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(066)-95/2024
18.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver