Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-96/2025 06.03.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı X3, vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X5 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 8400 (səkkiz min dörd yüz) manatın və dövlət büdcəsinə ödənilmiş 109.40 (yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddət əvvəl tanımışdır. Belə ki, Cavabdeh anası ilə onun ailəvi münasibətləri olmuşdur. 2023-cü ilin may ayında Cavabdeh anası Əlvanə ona müraciət edərək oğluna mal-qara almaq üçün pul lazım olduğunu bildirərək ondan 8400 manat borc pul istəmişdir. O da, həmin ailəni uzun müddətdir ki, tanıdığına görə onun təklifi ilə razılaşıb 11 may 2023-cü ildə 8400 manat pulu hazırkı iş üzrə Cavabdeh bir dəfəyə vermişdir. Pulu verərkən sonuncuya özünün də, pula ehtiyacı olduğunu, ev təmir etdirmək üçün kredit götürdüyünü bildirmişdir. Cavabdeh isə ona cavabında narahat olmamağını, uzağı iki ay ərzində onun pulunu qaytaracağını bildirmişdir. O, Cavabdeh və ailəsini uzun müddətdir tanıdığı üçün ona etibar etmiş və onun sözünə inanmışdır. Ancaq aradan keçən müddət ərzində dəfələrlə sonuncudan pulunu tələb etsə də, hər hansı bir müsbət nəticə əldə etməyi mümkün olmamışdır. Hər dəfə müraciət etdikdə ondan vaxt verməsini ən qısa müddətdə ona pulunu qaytaracağını bildirmişdir. Ancaq yenə də, müsbət nəticə əldə edə bilmədiyindən aidiyyatı üzrə şikayət ərizəsi ilə Göygöl rayon Polis şöbəsinə müraciət etmişdir. Hazırkı xüsusatlarla bağlı polis şöbəsində də araşdırma aparılmışdır. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2023cü il tarixdə 8400 manat pulu Gəncə şəhərində Gülüstan qəsəbəsində cavabdehin bacısının evində onun qızı Şahid1 cavabdehin bacısı və anasının iştirakı ilə Cavabdeh vermişdir. Həmin pul onun pulu olmuş, lakin o yox qızı Şahid1 vermişdir. O, evinin təmiri ilə bağlı kredit götürmüş, Cavabdeh hərbidə işləmiş və hərbidə komandirini söydüyünə görə onu hərbidən çıxarmışlar, Cavabdeh anası ona bir fermada heyvanlar olmasını və heyvanların hamısının 13000 manata satmasını bildirmiş, ondan borc verməsini xahiş etmiş və pulu avqust ayında qaytaracağını bildirmiş, o isə pulu vermişdir. Bundan sonra onlar gedib 87 ədəd xırda heyvan (qoyun,keçi) almışdır. Cavabdeh anası ondan aldığı pulu avqust ayında, malina bağını satıb verəcəyini bildirmişdir. Lakin onlar pulu verməmişlər, bu səbəbdən o onların evlərinə getdikdə dava olmuş, Cavabdeh onu vurduğundan 15 gün həbs edilmişdir. Cavabdeh 23 noyabrda onunla danışaraq, heyvanları satıb onun pulunu verəcəyini bildirmiş, lakin pulu verməmişdir. Əlavə olaraq bildirdi ki, 8400 manat pulu qızı Şahid1 Gəncə şəhərində Gülüstan qəsəbəsində cavabdehin bacısının evində vermişdir. Cavabdeh evdə arvadı uşaqı ola-ola qız istəmək üçün gəlmişlər və onların tanışlığı burdan yaranmışdır. O, polisə müraciət etdikdə, polis ona pulun Gəncə şəhərində verilməsini bildirmiş və X4 verilməsini bildirmişlər. 300 manat pulu bank kartı vasitəsi ilə vermişdir. 2023-cü ilin may ayında Sənanın bacısının evində 5200 manat pulu qızı Şahid1 həmin gün vermişdir. Daha sonra cavabdehin anası Əlvanə onunla telefonla danışaraq, ona heyvanları 13000 manata vermələrini demiş və təzdən adına kredit götürərək 2700 manat pul vermiş, 300 manat kartdan çıxarmış, daha sonra isə oğlunun yıxılmasını və qolunun çıxmasını bildirirək 200 manat pul almışdır. Cəmi 8400 manat onlardan pul alınmışdır. Həmin pulları onunla danışdıqdan sonra o göndərmişdir. Pulları cavabdehin bacısıgilə göndərmişdir. Cavabdehin bacısının adı hazırda yadından çıxmışdır. İlk dəfə 5200 manat xx.xx.2023-cü il tarixdə cavabdehin bacısıgildə qızı Şahid1 vermişdir. Bundan sonra təxminən 2023-cü ilin 24-25 iyul tarixində cavabdehin bacısının ad günü günü 2700 manat pulu cavabdehin bacısıgilin evində qızı Şahid1 vermişdir. Bundan 6-7 ay sonra 200 manat pulu cavabdehin qolu çıxması səbəbindən cavabdehin ailəsindən kiminsə kartına vurmuş, lakin kimin kartına vurmasını bilmir. İyul ayında pul verdikdən təxminən 2-3 ay sonra 300 manat pulu cavabdehə kredit ödənməsi üçün vermişdir. Lakin həmin məbləği dəqiq nə vaxt verməsini xatırlamır. O pul tələbinə dair iddia ərizəsini Şəkidə yazdırmış, o demiş vəkil isə yazmışdır. Vəkil qırıq-qırıq yazmamaq üçün məbləğləri bütov şəkildə yazmışdır. O polisə müraciət edərkən məbləğin 8100 manat yazılması polis tərəfindən səhf yazılmışdır. Polisdə Şahid1 dindirmişlər. Qeyd olunan pulları qızı Şahid1 cavabdehin bacısı evində vermişdir. Cavabdehin anası avqust ayında 3 nəfərə məxsus bağlarının olmasını və satıb onun pulunu verəcəyini bildirmişdir. Lakin onun pulunu vermədiklərindən o cavabdehə məxsus evə getmiş, evdə heç kəs olmamış, cavabdehin əmisi arvadı bir nəfər qadın çıxmış və o həmin qadına cavabdehin heyvan almasını bildirdikdə həmin qadın heyvanların satılmasını bildirmişdir. O pulunu istədiyini bildirmiş, həmin vaxt cavabdehin anası gəlmiş və onu evə dəvət edərək, evdə söhbət etmələrini təklif etmişdir. Lakin, o niyə onun evinə girməsini bildirmişdir. Daha sonra pul verilən oğlanın anası, guya ki onlara elçi gəlmiş oğlan onları tanıyır. Həmin oğlanın anası onu çağıraraq gəl oturaq maşında söhbət etməsini bildirmiş, həmin vaxt cavabdeh gəlmiş və maşının qapısını qıraraq qadını çəkib çıxarmış və onun ayağına təpiklə vurmuşdur. Bundan sonra onun müraciətinə əsasən cavabdeh 15 gün inzibati həbs edilmişdir. Verdiyi pullarını tələb edir, cəmi 8400 manat pul veribdir. Bacısının yanında Sənana pulu veriblər. Odur ki, cavabdehə vermiş olduğu pulun alınıb ona verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının qızı Şahid1 ilə 2022-ci il tarixində “tiktok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşlar. Şahid1 özünü şəhid ailəsi kimi tanıtmışdır. Sonradan onların şəhid ailəsi olmamasını bilmişdir. O həmin vaxtlar N manat maaşla hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işləmişdir. İddiaçının qızı “tiktok” sosial şəbəkəsində ona evin qazı, işığı olmadığını bildirərək ondan kömək istəmişdir. İddiaçının qızı Şahid1 evlərinin qaz və işıqları kəsildiyi üçün 50 manat məbləğində maddi köməklik göstərmişdir. İddiaçının qızı Şahid1 bir neçə dəfə onların evinə gəlmiş, evlərində 1-2 günlük qalmışdır. Şahid1 onların evinə gəlib gedəndə onların evindən maddi yardım kimi müəyyən tədarüklər də aparmışdır. Şahid1 ona 1 dəfə də olsun pul verməmiş, o, iddiaçı və ya qızından pul almamışdır. Əksinə o, Əliyeva Bəsdinin qızı Şahid1 şəhid ailəsi bilib onlara kömək etmişdir. Odur ki, iddiaçı və qızının söylədiklərinin hamısı yalandır. İddiaçı və qızı ondan əvvəl də bir neçə şəxsi şərləmişlər. İddiaçı özü gəlib onların qapılarına çıxmış, o da şəhid ailəsi bilib onlara köməklik göstərmişdir. Sonradan bilmişdir ki, kömək etdiyi həmin insanlar şər, böhtan atan insanlardır. İddiaçı onunla bağlı polisə şər xarakterli şikayət verib tutduran zaman belə onun hadisə ilə bağlı heç bir əl izi olmamışdır. İddiaçı Əliyeva Bəsdi onların qapısına gəlib mübahisə çıxarmış, sonra da şər ataraq onu 15 sutkalığına tutdurmuşdur. Əlavə olaraq bildirdi ki, iddiaçı X5 onların evinə cəmi 1 dəfə, hadisə olan vaxtı gəlmişdir. Şahid1 2-ci dəfə aparıb evlərinə düşürərkən onun çəkdiyi xərclə Şahid1 gilin evində kabab çəkmişlər. Həmin vaxtı əmisi oğlu Amil onlarla süfrədə oturmuş, lakin sürücü Şahid2 Şahid1 gilin evinə girməmiş, qapıdan çöldə maşında onları gözləmişdir. O, Şahid1 ilə sevgi münasibətində olmamış, sadəcə şəhid ailəsi bilib köməklik göstərmişdir. Şahid1 anası İddiaçı ona demiş ki, Şahid1 onsuz yaşaya bilməz. O, ailəsindən imtina etmədiyi üçün iddiaçı tərəf hazırda ona bütün bu problemləri yaşadır. Odur ki, iddiaçının söylədiyi bütün fikirlərin yalan, şər xarakterlidir, həmin insanların ona pul vermədiyini bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh ilə ilk dəfə “tiktok” sosial şəbəkəsində tanış olmuş, bir-birlərinə telefon nömrələrini vermişlər. 2022-ci ilin avqust ayından, yəni ad günü olan vaxtdan 2022-ci ilin oktyabr ayına kimi telefon vasitəsilə əlaqə saxlamışlar. O, həmçinin Sənanın bacısı Ayşən ilə telefon vasitəsilə əlaqə saxlamış, həmin müddət ərzində nə Cavabdeh nə də bacısı ona Sənanın evli olduğunu bildirmişlər. Daha sonra o, 2022-ci ilin oktyabr ayında Tovuz rayonuna kirvəsi gilə nişana gedən gün Cavabdeh bacısı onu evlərinə dəvət etmiş, Sənanla daha yaxından tanış olmalarını təklif etmişdir. O da nişana getməzdən əvvəl Gəncə şəhərinə getmiş, orada onu Sənan əmisi oğlu Amillə qarşılamışdır. Onlar bir yerdə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Sənanın bacısı gilə getmiş, bacısı onlara süfrə açmış, onlar həmin yerdə bir-biri ilə yaxından tanış olmuşlar. Daha sonra Sənan və Amil evdən çıxıb harasa getmişlər, o da Sənanın bacısı Ayşən ilə albom şəkillərə baxarkən Sənanın şəklinə rast gəlmişlər, həmin ərəfədə Ayşənin balaca uşağı babanın uşaqlarıdır, deyə səslənmişdir. O, baba kimdir, deyə soruşandan sonra uşağın Sənana baba dediyini başa düşmüş və əhvalı pis şəkildə əşyalarını götürüb evdən çıxmışdır. Sənan onu tapa bilməsin deyə oba marketə getmişdir. Sənandan gizlənməyə çalışmış, sonra da taksi sifariş edərək Tovuz rayonuna yola düşmüşdür. Tovuza rayonuna çatanda qohumları onun anasına zəng edərək onun əhvalının yaxşı olmadığını bildirmişlər. O, sonradan Cavabdeh yeznəsindən Sənanın uşağı olub-olmadığını soruşanda yeznəsi ona məsələnin boş şey olduğunu, Sənanın uşağı olsa da arada rəsmi nikah olmadığını ona söyləmişdir. Sənanla 2022-ci ilin oktyabr ayında ayrıldıqdan sonra Sənan və bacısı ona məsələni izah etmişlər, elə bir şey olmadığını, ailənin onlarla qalmadığını ona bildirmişlər. Beləliklə, onların arasında təkrar barışıq olmuş, Sənan və bacısı onu təkrar evlərinə dəvət etmişlər. Sonra Sənanın anası onun anası İddiaçı heyvan almaqları üçün pul istəmişdir. O, 5200 manat pulu 2023-cü ilin may ayında, 2700 manat pulu isə 2023-cü ilin iyun ayında Ayşənin ad günü olan vaxtda onlara vermişdir. Həmçinin 200 manat pulu Sənanın qolu çıxanda vermiş, 300 manat pulu isə Sənan kiminləsə dalaşdığı zaman vermişdir. Həmin pullar onun və anasının pulu olmuşdur. Sənan özünə inam yaratdığı üçün o, həmin pulları qaytarmaq şərtilə Sənana vermişdir. Əlavə olaraq bildirdi ki, onları Sənanın bacısı Ayşən barışdırmış, Sənanın özü və yaxınlarından yeznəsi Samir, əmisi oğlu Amil, Sənanın yaxınlarından taksi şoferi olaraq bir nəfər onların evlərində olmuş, anası onlara qonaqlıq vermişdir. Sənan Kəlbəcərdə olan vaxtı bacısı Ayşən ona zəng edərək qazlarının kəsildiyini bildirmiş, o da Ayşəni öz evlərinə dəvət etmiş, Ayşən uşaqları ilə birlikdə 1 həftə onların evində qalmışdır. O, Sənanla 2023-cü ilin dekabr ayından təkrar ayrılmışdır. Qolu qırılan zaman Sənan onların evinə gedib anası Əliyeva Bəsdiyə borcunu noyabr ayında ödəyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, o, 5200 manat məbləğində pulu may ayında Sənanın bacısının Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən evində vermişdir, pulu verən zaman Sənan, Sənanın anası, bacısı Ayşən və Sənanın əmisi oğlu Amil orada olmuşdur. Sənan Kəlbəcərdə olan zaman dava etmiş, ona işdən çıxacağını bildirmişdir. Sənan pulu Kəlbəcərdən evlərinə gəlməzdən 1 həftə əvvəl ondan istəmişdir. O, 5200 manat pulu Sənana verərkən anası Əliyeva Bəsdiyə bildirmişdir. O, 2700 manat məbləğində pulu iyun ayında Ayşən gilin evində Ayşənin ad günündə vermiş, həmin günü taksi şoferi Mübariz adlı şəxslə Ayşənin ad günü üçün bazarlıq da etmişlər. O, Ayşənin evində cəmi üç dəfə olmuşdur. Sənan aldığı pulları qaytaracağına söz versə də borcundan heç bir ödəniş etməmişdir. O, 2700 manat məbləğində pulu Sənana verərkən yanlarında Sənanın bacısı, anası və əmisi oğlu Amil olmuşdur. Daha sonra 200 manat pulu anası Bəsdi Sənanın qolu zədələndiyi üçün onların kartına köçürmüşdür. Daha sonra 300 manat məbləğində pulu Sənan hərbiçi ilə dalaşdığı üçün Sənanın kartına köçürmüşdür. O, Sənanı Subay bildiyi üçün onunla münasibət qurmuş, sonra ailəli olduğunu bildiyi üçün Sənandan ayrılmışdır. Sənanın bacısı Ayşənin ad gününə Əminə marketə bazarlığa sürücü Şahid2lə getmişdir. O, Topalhəsənli kəndinə, Cavabdeh gilin evlərinə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh onunla qonşudur. Sənan evlidir, iki uşağı var. Sənanın 2-3 il bundan əvvəl malqarası olmuş, 2023-cü ildə Sənanın mal-qarası olmamışdır. Sənan hərbiçi olmuş, 2020-ci ildən sonra həmin işdən çıxmış, sonra heç bir yerdə işləməmişdir. İddiaçı 1 dəfə polis şöbəsində görmüşdür. Şahid1 Göygöl rayonu Topalhəsənli kəndində Sənan gilə gələndə görmüşdür. Şahid1 Sənan gilin evinə 2-3 dəfə olmuşdur. Şahid1 Sənan gilə gələndə Sənanın ailəsi də evdə olmuşdur. Şahid1 ilə bazarlığa getməmişdir. 2 dəfə maşını ilə Sənanla birgə Şahid1 avtovağzaldan götürüb Topalhəsənli kəndinə gətirmiş, sonra da təkrar avtovağzala aparıb yola salmışlar. Şahid1 gilin evinə getmiş, lakin evlərinə girmədən qapılarının çölündə maşında gözləmişdir. Şahid1 Topalhəsənli kəndindən götürüb Şəkiyə evlərinə aparmışlar. Şahid1 və Sənanı marketə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Sənan onun əmisinin oğludur. X1 kəndinə gələndə görmüşdür. Şahid1 Topahəsənli kəndinə Sənan gilin evinə 2-3 dəfə gəlmiş, sonra taksi ilə Şahid1 yola salmışlar. Sənanın bacısı Ayşən əmisi qızı olduğu üçün ara-sıra evlərinə getmiş, lakin Şahid1 həmin evdə görməmişdir. Şahid1 Sənana pul verdiyini görməmişdir. Şahid1 Sənana sevgi münasibəti bəsləmişdir. O, əmisi oğlu Sənan və taksi sürücüsü Mübarək Şahid1 Şəkiyə aparıb evlərinə düşürmüşlər. Onlar Şahid1 şəhid ailəsi bilib köməklik göstərmişlər, sonradan şəhid ailəsi olmadığını öyrənmişlər. Şahid1 hər dəfəsində özü Sənan gilə gəlmiş, onlar da hər dəfəsində onu aparıb Şəkiyə evlərinə düşürmüşlər. Sənan gilin evində Şahid1 görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, Şahid1 2 il bundan əvvəl yəni, o boşanmamışdan əvvəl onların evinə qonaq kimi gəlib-getmişdir. Şahid1 onun ad günündə olmamışdır. Şahid1 2 dəfə onun evində, 2 dəfə də anası gilin evində olmuşdur. Şahid1 onların evində qaldığı vaxtlar olmuşdur. Şahid1 Sənanı sevdiyi üçün hər dəfəsində özü onların evinə gəlmişdir. Hətta Şahid1 anası Əliyeva Bəsdi ona Sənan ailə qurduğu şəxsdən boşanmasını, qızı Şahid1 ilə evlənməsini, boşandıqdan sonra uşaqlarına alimentini də özü ödəyəcəyini demişdir. Sənan Şəkiyə getmiş, lakin iddiaçı ilə haqq-hesabları olmamışdır. Onun ad günündə Şahid1 sürücü Şahid2lə bazarlığa getməmişdir. Bəsdi onları qonaq çağırmış, onlar da qonaq kimi Şəkiyə Bəsdi gilin evlərinə getmişlər. Şahid1 qardaşı Sənanla birgə onun evinə gəlmişdir, Şahid1 anası gilin evinə gedəndə qardaşı Sənanın yoldaşı və uşağını da orada görmüş, o, bununla bağlı heç bir problem yaşamadığını, Sənanın yoldaşını öz bacısı kimi bildiyini bildirmişdir. Şahid1 Sənanı sevdiyini bildirərək, Sənanı yoldaşı və uşağı ilə qəbul etdiyini bildirmişdir. Şahid1 onun evində qaldığı zaman evdə o və 2 uşağı olmuşdur. Əmisi oğlu Amil Şahid1 ilə eyni vaxtda onların evində cəmi 1 dəfə olmuşdur. Onun yanında heç-bir pul söhbəti olmamışdır. Sənan özü hərbidən çıxandan sonra 8000 manata yaxın pulu olmuşdur. Onların həmişə evlərində mal-qaraları olmuşdur. Şahid1 onun qardaşına pul verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, oğlu Sənan saf niyyət göstərərək Şahid1 gili şəhid ailəsi bilib köməklik göstərmişdir. Şahid1 gil onlara açıq-aşkar işıq pulu, qaz pulundan əziyyət çəkdiklərini bildirmişlər. Sonradan Şahid1 onun oğlu Sənanı istədiyini öyrənmişlər. Hətta Şahid1 anası Bəsdi ona oğlu Sənan yoldaşından ayrılıb qızı Şahid1 saxlayacağı halda uşaqlarına aliment pulunu özü verəcəyini vəd etmişdir. Şahid1 onların evində 2-3 dəfə olmuş, həmin vaxtı oğlu Sənanın yoldaşını və uşağını da evlərində görmüş, hətta Şahid1 Sənanın uşaqlarını qəbul etdiyini bildirmiş, Sənandan yoldaşı ilə bərabər onu da saxlamasını istəmişdir. Əliyeva Bəsdi ilə aralarında pul haqq-hesabı olmamışdır. Sənan onun qızını qəbul etmədiyi üçün hazırda bütün bu problemləri onlara yaşadırlar. Əliyeva Bəsdi dava olan günədək onların qapısına gəlməmişdir. Sənan daimi heyvan saxlamamış, 3-5 heyvan alıb sataraq alverçiliklə məşğul olmuşdur. İddiaçı Əliyeva Bəsdidən nə oğlu Sənanın qolunun qırılması ilə bağlı nə də heyvan almaqla bağlı pul istəməmişdir. O heç vaxt Şahid1 gilin evində olmamışdır, əvvəllər Bəsdi ilə görüşməmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili Vəkil cavabdeh və onun gətirdiyi şahidlərin ifadələrinin bir-biri ilə ziddiyyət təşkil etdiyini, cavabdeh ailə qurmaq adıyla aldadaraq iddiaçının pulunu ələ keçirmişdir. Əslində cavabdeh dələduzluq etmişdir. Sübutları kifayət qədərdir. Belə ki, şəxs heyvan almaq adından pul almışdır. Sonra heyvanların şəklinidə çəkib göndərmişdir. Cavabdeh əvvəlcə şəhid ailəsi olduqları üçün köməklik etməsini bildirsə də, sonradan şahidlər ifadə verdikdən sonra iddiaçının qızını onunla evləndirmək istəməsini bildirmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1960-cı ildə Şəki rayonu Çayqaraqoyunlu kəndində anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respbulikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Belə ki, iddiaçı cavabdehə 8400 manat məbləğində borc pul verməsini iddia etsə də məhkəməyə iddia tələbini sübut edəcək dəlilləri təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin bu hallarla bağlı mövqeyi qətidir. Belə ki, həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi iddiaçının qeyd etdiyi kimi cavabdehə pulun verildiyi tarix, məbləğ, həmin pulun harada və kimin iştirakı ilə verilməsinə dəqiqlik gətirə bilməməsi, iş üzrə şahidlərin ifadələrində iddiaçı tərəfindən cavabdehə pul ödənilməsi və ya onların həmin pulun verilməsində hər hansı formada iştirakının müəyyən edilməməsi, iddiaçının qızı Şahid1 ifadəsindən göstərdiyi xüsusatlar şahid ifadələri ilə iddiaçının gətirdiyi dəlillərin üstüstə düşməməsi, tərəflər arasında borc pulla bağlı hər hansı bir əqd-razılaşma olmamasına dəlalət edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla iddiaçı X3 Cavabdeh borca pul verməsi öz təsdiqini tapmamış, iddiaçı tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin məhkəmə baxışı zamanı iddiaçının cavabdehə pul verməsinə dair tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini iddiaçı yerinə yetirə bilməmiş və hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. «Qаvаzov Bolqаrıstаnа qаrşı» iş üzrə 06 mаrt 2008-ci il tаrixli qərаrındа Avropа Məhkəməsi qeyd etmişdir ki, sübutlаr qiymətləndirilərkən, bir qаydа olаrаq əsаslı şübhədən kənаr stаndаrtlаr tətbiq olunur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Mülki Prosessuаl Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessuаl Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessuаl Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bаğlı məsələni müzаkirə edərək, məhkəmə hesаb edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 109.40 (yüz doqquz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdkdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-96/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-96/2025
06.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver