Məhkəmə qərarları › İş №2(066)-974/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-974/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-974/2023 11.10.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məhərrəmov Sadiq Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında 11 oktyabr 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq cavabdehin ondan aldığı 3800 (üç min səkkiz yüz) AZN pulun və ödədiyi 250 (iki yüz əlli) AZN dövlət rüsumunun cavabdehdən alınıb özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında Göygöl rayonu Üçtəpə kəndində yaşayan Cavabdeh yaxşı tanımasını, 20 mart 2019-cu il tarixdə Gərayın ondan borc pul istəməsini, həmin vaxt özündə pul olmasını, onu yaxşı tanıdığına görə ona 3800 (üç min səkkiz yüz) manat borc puıl verməsini, buna görə Gərayın öz xətti ilə 3800 borc pula dair ona qəbz verməsini, cavabdehin tezliklə borcunu qaytaracağını ona bildirməsini, lakin özünün dəfələrlə cavabdehə verdiyi pulu istəsə də, onun müxtəlif bəhanələr gətirərək onu aldatmasını və borcunu indiyə qədər qaytarmamasını, Gərayın yazmış olduğu qəbzin surətinin də iddia ərizəsinə əlavə olunmasını, qəbzin əslini isə təqdim edəcəyini, həmçinin cavabdehə pulu verəndə video çəkiliş də aparmasını, bu səbəbdən məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməsini bildirdi və göstərdiklərinə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh izahatında iddianı qəbul etməməsini, belə ki, iddiada göstərilənlərin əsassız olmasını, iddiaçıdan cəmi 1820 manat borc pul almasını, onuda ödəyib qutarmasını, İddiaçı ondan hər ay 500 manat sələm almasını, özünün ondan əlavə heç bir məbləğdə borc pul almamasını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili X2 izahatında iddianı qəbul etməməsini, belə ki, iddia müddətinin keçməsini, odur ki, iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Dilbər İsayeva izahatında Gərayın həyat yoldaşı olmasını, iddiaçıdan borc pul aldıqdan sonra Naidənin onlara şər və böhtan atmasını, iddiaçının onlardan əlavə pul istəməsini, Cavabdeh iddiaçıdan aldığı pulun hamısını ödəməsini, Nahidə Mirzəyevaya əlavə heç bir borclarının qalmamasını bildirdi. Məhkəmə tərəflərin və şahidlərin izahatını və cıxışını dinləyib, iş materiallarını tədqiq edərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. İş materiallarında olan 20 noyabr 2019-cu il tarixli əl yazmadan görünür ki, Cavabdeh İddiaçı 3800 manat pul almasını qeyd etmişdir. Bununla belə, işdən görünür ki, cavabdehin nünayəndəsi hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit münasibətləri xx.xx.2019-cu ildə bağlanmışdır. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum kredit müqaviləsi üzrə pulun tutulmasına dair iddianın tələb etmə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni borc müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin ərizəsi əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 250 (iki yüz əlli) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı borcun qaytarılması barədə iddiası təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı cavabdehin iddiaçıdan aldığı 3800 (üç min səkkiz yüz) AZN pulun və ödədiyi 250 (iki yüz əlli) AZN dövlət rüsumunun ondan alınıb iddiaçıya ödənilməsinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim:Qələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar