Məhkəmə qərarları › İş №2(067)-1010/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1010/2021

09.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1010/2021 09.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əqdin etibarlı hesab edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh arasında ona məxsus olan, keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsinin və Xaçmaz şəhər İƏV nümayəndəsinin xx xxxx 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinin 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqaviləsinin rəsmi şəkildə etibarlı sayılması və həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, o,1952-ci ilin 15 yanvarında Xaçmaz rayonunun Hacılar kəndində anadan olmuşdur. Ailəsi Xaçmaz şəhərinə köçəndən sonra daimi olaraq Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayır. Cavabdeh onun doğma qardaşı oğludur. Onlar eyni zamanda yaşayış yeri üzrə yaxın qonşu olmuşlar. Cavabdeh Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayıb. Cavabdeh 1990-cı ildən başlayaraq bizneslə məşğul olurdu.Bu səbəbdən tez-tez Rusiya Federasiyasına gedib gəlirdi. 1990-cu il sonlarında onun anası və qardaşları da Rusiyaya köçdülər. Bu səbəbdən cavabdehin Rusiya Federasiyasına gedib gəlməsi intensiv xarakter aldı. Məhz buna görə də cavabdeh üçün keçmiş Xaçmaz şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalında aldığı 400 kv.metr həyətyanı torpaq sahəsi və onun hasarı içərisində olan Xaçmaz şəhər İƏV nümayəndəsinin xx.xx.1997-ci il tarixli 61 saylı sərəncamı ilə aldığı 250,0 kv.metr torpaq sahəsi maraqsız oldu. Halbuki cavabdeh həmən torpaq sahəsini hasara almışdır.Həmin vaxtlar o, ata evində yaşayırdı.Cavabdeh ona bildirdi ki, böyük qardaşıları Rusiyada yaşamalı olduqlarına görə ata evində o, yaşamalı olacaq və hələ ki, o, ev tikmək fikrində deyildir və bizneslə məşğul olduğuna görə onun pula ehtiyacı var. Buna görə də aldığı 400 və 250 kv.metr torpaq sahəsini satacağını bildirmişdir. Onlar 2000-ci ilin mart ayının 23də öz aralarında qeyri-rəsmi razılaşmaya gəlmişlər. Cavabdehin həmin tarixdə öz əli ilə yazdığı iltizam var. iltizamda cavabdeh qeyd edib ki, torpaq mülkiyyyətə verildikdən sonra aralarında rəsmi alqı-satqı aparacaqlar. Həm də qeyd etdikləri kimi notariat xərcləri ödəməyə öhdəçilik kimi götürmüşdür. Beləliklə o, cavabdehlə razılaşmaya əsasən ona 2000-ci ildə ölkə ərazisində istifadə olunan pul vahidi ilə 10000000 (on milyon) manat ödəmişdir. Həmin dövrdə bir milyon manat təxminən 230 ABŞ dollarına bərabər idi. Cavabdeh Rusiyanın Sankt-Peterburq şəhərinə gedəndən sonra orada daimi qalmalı oldu. O əvvəlcə Rusiya vətəndaşlığını qəbul etdi. 2012-ci İdən isə İsveç krallığının vətəndaşıdır və orada yaşayır. Cavabdeh bir müddət Azərbaycana gəlməyib. Lakin aralarındakı razılaşmaya görə torpaq sahəsinin aİqı-satqısını notarial qaydada rəsmiləşdirilməsini icra etməli idilər. Qeyd edir ki, bunun bir günahı da onun özündədir ki, o, həmən torpaq sahəsində ev tikməyə başlayıb. Tikdiyi ev faktiki olaraq yaşayış üçün hələ də hazır deyil. Məqsədi bu idi ki,evin tikintisini başa çatdırdıqdan sonra notariat qaydada razılaşmanı həyata keçirsin. Artıq evin sənədləşmə vaxtı çatsa da cavabdeh COVİD-19 pandemiyasl ilə əlaqədar tətbiq olunan karantin tədbirləri ilə əlaqədar olaraq Azərbaycana gələ bilmir. O, istəmir ki, evin sənədləşmə problemi uşaqları üçün qalsın. Onun inşa etdiyi ev 6 otaqdan ibarət olmaqla ümumi sahəsi 280.0 kv.metrdir. O, tikdiyi yeni evə köçmək üçün kommunikasiya xəttlərini (işıq,qaz su və kanalizasiya ) çəkməli və onları öz adına rəsmiləşdirməlidir .Bunun üçün isə evin ona məxsus olmasını təsdiq edən mülkiyyət sənədləri lazımdır. Cavabdehlə aralarında heç bir narazılıqları yoxdur və təbii ki,iddianı qəbul edəcəkdir. Alqı-satqı müqaviləsi üzrə o, alıcı kimi üzərinə düşən vəzifələri tam icra etmişdir, yəni digər tərəf ilə razılaşdırılmış məbləği ona verməklə sonra aldığı torpaq sahələrini qəbul etmişdir.Göstərilənlərlə əlaqədar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı Paşayev X1 Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus olan keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin xx xxxx 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinə dair 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, torpaq sahələrinə dair heç kimin iddiası, tələbi yoxdur. Cavabdeh özü də iddianı qəbul edir. Qeyd olunanlara əsasən iddianın təmin ediməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, iddianı qəbul etməsi və işə onun iştirakı olmadan baxılması haqqında ərizəsini məhkəməyə elektron poçt vasitəsilə göndərmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İş materiallarında olan AZE seriyalı ******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, İddiaçı Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arxiv çıxarışından müəyyən olunur ki, Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayan Cavabdeh fərdi ev tikmək üçün 18ci kvartalda 400 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.1997-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 250 kv.metr torpaq sahəsi Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli iltizamdan müəyyən olunur ki, o, Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin xx xxxx 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən həyətyanı torpaq sahəsinə bitişik 250 kv.metr torpaq sahəsini doğma əmisi Xaçmaz şəhəri, Atatürk küçəsi 25 saylı evdə yaşayan İddiaçı 10000000 (on milyon) manata satmış və pulunu almışdır. Cavabdeh həmin torpaq sahəsi ilə əlaqədar heç bir mülki iddiası və tələbi olmayacağını göstərmişdir. İş materiallarında olan Cavabdeh məhkəməyə elektron poçt vasitəsilə göndərdiyi ərizədən müəyyən olunur ki, o, iddianı qəbul etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin özlərinə məxsus torpaq sahəsini satın almaq barədə sonuncularla razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və tarixdə baş tutmuş əqd etibarlı hesab edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında cavabdehə məxsus olan keçmiş Xaçmaz şəhər XDS icraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 6 saylı qərarı ilə Xaçmaz şəhərinin 18-ci kvartalından verilmiş 400 kv.metr həyətyanı torpaq sahəsi və Xaçmaz şəhər İƏV nümayəndəsinin xx xxxx 1997-ci il tarixli 61 saylı sərəncamı ilə Xaçmaz şəhərinin 21-ci kvartalında yerləşən 250 kv.metr torpaq sahəsinə dair 2000-ci il 23 mart tarixində bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilsin. Bu qətnamə yuxarıda qeyd edilən daşınmaz əmlaklara dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar