Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1048/2022 29.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinin Uzun-oba İƏD-nə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və onların əsasında verilmiş Çıxarışların ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və Çıxarışın verilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 11 dekabr 2002-ci il tarixli Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 5 saylı protokolunun gündəliyinə daxil olmayan və islahat komissiyası adından tərtib edilmiş Xaçmaz rayonu, Uzunoba kənd sakini Cavabdeh1 adına verilmiş JN-057A, 30223018 kodlu kitabda 54 və 55 nömrələrlə qeyd olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1, adına verilmiş xx.xx.2013-cü il tarixli, **********7 Qeydiyyat nömrəli, **********88-10301 nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli **********8810301 nömrəli və xx.xx.2020-ci tarixli, **********1 qeydiyyat nömrəli çıxarışların və 09 mart 2017-ci il tarixli 208/2017 saylı vərəsəlik işinin, 03 fevral 2015-ci il tarixli 490/2014 saylı vərəsəlik işinin, eləcə də 23 iyun 2014-cü il tarixli 281/2014 saylı vərəsəlik işləri üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Xaçmaz rayonu Uzunoba kənd ZDS İcraiyyə Komitəsinin 1960-1962-ci illərə aid 04 saylı təsərrüfat başı Kitabında 75 №-li təsərrüfatın başçısı atası mərhum X2 mülkiyyət hüquqlarının (057A; kod: 30223018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş torpaq) tanınması və 5 saylı Xaçmaz Ərazi İdarəsində 0,28 ha, faktiki 0,30 ha torpaq və inşa edilmiş üzərində 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi barədə qətnamənin çıxarılması, sənədlərin saxtaldaşdırılaraq atasına məxsus əmlakın dələduzluq yolu ilə mənimsəyərək öz mülkiyyətinə keçirmiş Cavabdeh1 Səfərbək oğlunun və digər vəzifəli şəxslərin əməllərində cinayət tərkibi olduğundan onların dairəsinin müəyyənləşdirilərək barələrində cinayət məsuliyyətinin müəyyən edilməsi üçün xüsusi qərar çıxararaq prokurorluq orqanına göndərilməsi barədə xüsusi qərardad qəbul edilməsini, iddia ərizəsi üzrə ödənilmiş 100 manat dövlət rüsumu "xxxx" MMC tərəfindən göstərilmiş hüquqi xidmətlərə görə ödənilmiş 300 manat, eləcə də vəkil xidmətlərinə görə ödənilmiş 100 manat. ümumilikdə 500 manat pulun Cavabdeh1 alınıb ona verilməsi barədə qərar qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil Milli Arxiv İdarəsinin Xaçmaz rayon Dövlət Arxivinin "xxxx" MMC-nin baş direktoru Tahir Qurbanova ünvanlanmış xx.xx.2022-ci il tarixli 213 saylı məktubuna əlavə olunmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli iclasının 5 saylı protokolunu və torpaq payı almayan subyektlərin siyahısının təsdiq olunmuş surətlərini sübut kimi məhkəməyə təqdim etdi və həmin sənədlərin iş materiallarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 bildirmişdir ki, hesab edirki, iddiaçının iddiası ümumiyyətlə əsassızdır. İddiaçının hazırkı tələbi üzrə isə araşdırma inzibati məhkəmədə aparılmalıdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinin Uzun-oba İƏD-nə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, nümayəndələri heç bir üzrlü səbəb göstərmədən məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə cavabdehlər DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Xaçmaz rayon İcra Hakimiyyətinin Uzun-oba İƏD-nin nümayəndələrinin iştirakları olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı iddia tələbini fiziki şəxs Cavabdeh1 ilə yanaşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinə və Xaçmaz rayon İcra Hakimiyyətinin Uzunoba İnzibati Ərazi Dairəsinə qarşı qaldırmış və cavabdehlərə qarşı yönələn iddia tələblərinin mahiyyəti Xaçmaz rayon Aqrar İslahat Komissiyasının adından tərtib edilmiş Xaçmaz rayonu, Uzunoba kənd sakini Cavabdeh1 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və bunun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışların etibarsız hesab edilməsindən, habelə vərəsəlik işləri üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsindən, 5 saylı Xaçmaz Ərazi İdarəsində 0,28 ha, faktiki 0,30 ha torpaq və üzərində inşa edilmiş 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi barədə qətnamənin çıxarılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci maddəsinə görə xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə xüsusilə qeyd edir ki, sözügedən Qərarın 6.1-ci bəndinə görə torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X1 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla birləşdirilə və onlara birgə baxıla bilməz. İddia ərizəsinin məzmunundan və tələbindən göründüyü kimi, iddiaçının ərizədə mübahisələndirdiyi məsələ məhz dövlətin mülkiyyətində olan torpağın inzibati orqan tərəfindən fiziki şəxsin mülkiyyətinə verilməsi ilə bağlıdır və belə olan halda, iddia ərizəsi inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddia tələbin qalan hissəsi ilə bağlı isə məhkəmə hesab edir ki, vərəsəlik işləri üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə dair iddia tələbi müvafiq notariat ofisinə qarşı verilməli olduğu halda, iddiaçı tərəfindən prosessual qanunvericiliyin tələblərinə əməl olunmayıb və müvafiq notariat ofisi cavabdeh qismində göstərilməyib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Həmin Qərarın 16.3-cü bəndinə əsasən “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Plenumun qeyd olunan qərarından da göründüyü kimi mülki mühakimə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının göstərişinə uyğun olaraq iddiaçının ərizədə mübahisələndirdiyi məsələ dövlətin mülkiyyətində olan torpağın inzibati orqan tərəfindən fiziki şəxsin mülkiyyətinə verilməsi ilə bağlı olduğundan, habelə Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldığına və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdiyinə görə, iddiaçının əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməli olduqda, belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb edilməli və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinin Uzun-oba İƏD-nə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsi, mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş 100 manat (Qəbz №-si 861154471, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1048/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1048/2022
29.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver