Məhkəmə qərarları › İş №2(067)-1102/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1102/2021

26.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1102/2021 26.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və X2 qarşı payın müəyyən edilərək naturada ayrılması tələbinə dair mülki işə 26 aprel 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.766 ha torpaq sahəsinə verilmiş Daşınmaz əmlakın reyestr **********59 nömrəli çıxarışına əsasən onun payına çatan 0.22 ha torpaq sahəsinin ona düşən payın müəyyən edilərək naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, cavabdehlər onun doğma bacıları, qızı və atasıdır. Onlara JN- 309 KOD 30225018 dövlət aktında islahatlar zamanı torpaq sahəsi 8 nəfərin ailə üzvlərinin adına 1.766 ha torpaq sahəsi verilmişdir. O, cavabdehlərə neçə dəfə təklif etmişdir ki, həmin sözügedən torpaq sahələrini özləri ayırsınlar və bölgü aparsınlar, lakin cavabdehlərdən bir neçəsi ona razılıq vermişdir ki, həmən torpaq sahəsini ayırsınlar. O, AR ƏMDK yanında DƏDRX-nin Xaçmaz rayon 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir ki, həmin sözügedən torpaq sahəsini ayırıb onlara çıxarış verilsin. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən baxılmış və bildirilmişdir ki, AR ƏMDK yanında DƏDRX Xaçmaz rayon 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ona və ailə üzvlərinə məxsus **********59 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında çıxarış DT və XK-si tərəfindən verilmiş JN 309 KOD 30225018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən işlənilib hazırlanmışdır. Həmin dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluğları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Bunula bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Reyestr Xidmətinin işçiləri ona bildirmişdirlər ki, cavabdehiər olmadan onlar həmin sözügedən torpaq sahələrində ölçü apara bilməzlər. Ona görə də o, qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. O, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Müslimova (Niftəliyeva) Gülşən Müslim qızına, X8, Cavabdeh5 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Müslimova (Niftəliyeva) Gülşən Müslim qızının, X4, Cavabdeh5 və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın Xaçmaz rayon 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********59 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında çıxarışından müəyyən olunur ki, İddiaçı, Cavabdeh1, X3, Müslimova (Niftəliyeva) Gülşən Müslim qızının, X5, Cavabdeh5 və X1 ümumi birgə mülkiyyətinə Xaçmaz rayonunun Yalama kəndindən 1.766 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissəsinin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Azərbaycan Respublikası MM-nin 220.1.-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin məcəllənin 220.2.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3.-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə işin hallarını araşdırıb, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları qeryd edir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddia tələbi X10 və X9 adlı şəxslərə qarşı yönəldilsə də, iddia ərizəsinə əlavə edilmiş sənədlərdə Cavabdeh4 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmiş, həmçinin, AR ƏMDK yanında DƏDRX-nın Xaçmaz rayon 5 saylı Xaçmaz Ərazi İdarəsinin **********59 reyestr nömrəli çıxarışlarda X11 və X6 adı göstərilmişdir. Bu baxımdan iddia ərizəsinin Cavabdeh2 və X7 münasibətdə iddiaya cavab verməli olan şəxslərə yönəldilib-yönəldilməməsi müəyyən edilmir. Bununla yanaşı iddiaçı tərəfindən digər cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsinin naturada bölünməsinə razılıqlarını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə alır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh5 və X2 qarşı payın müəyyən edilərək naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar