Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1110/2021 18.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçılar X2 və İddiaçı2 cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizələrinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçılar X2 və İddiaçı2 cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN 3xx xxx 30212018 saylı şəhadətnamədə səhvən yazılmış X3 ilə İddiaçı2 və X2 ilə X1 eyni şəxs olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizə hüquqi faktın müəyyən edilməsi barədə olsa da xüsusi icraat qaydasında deyil, iddia ərizəsi formasında verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara qeyd edilən nöqsanları aradan qaldırmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu fəslində müəyyən edilmiş qaydada (xüsusi icraat) yenidən məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçılar X2 və İddiaçı2 cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizələri və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara qeyd edilən nöqsanları aradan qaldırmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 30-cu fəslində müəyyən edilmiş qaydada (xüsusi icraat) yenidən məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov. İş № 2(067)-1110/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx xxxx 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu, Tərəflərin iştirakı olmadan İddiaçılar X2 və İddiaçı2 cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizələrinə dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət 14:05-də başladı. Məhkəmə iddiaçılar X2 və İddiaçı2 cavabdeh DƏDRX 5 saylı Ərazi İdarəsinə qarşı hüquqi faktın müəyyən edilməsi barədə iddia ərizələrinin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 14:07-də qurtardı. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1110/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1110/2021
18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver