Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1119/2021 21.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı oğlunun iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona vurulmuş 700 manat zərər, mənəvi və maddi ziyana görə 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Xudat şəhəri 3 saylı orta məktəbində Çağırış Qabağki Hazırlıq fənni üzrə hərbi müəllim işləyir. Yay aylarına tətil vaxtı taksi fəaliyyəti ilə məşğul olur. Avqust ayı idi cavabdeh ona yaxınlaşaraq onu Qusar rayonuna aparmasını xahiş etdi. Cavabdeh ona təklif etdi ki, tanışı onun borcunu gətirsin onun da pulunu verəcək. Bir azdan cavabdeh ondan xahiş etdi ki, mobil telefonunu ona versin ki, borclu olan şəxsə zəng vurub harda olduqlarını bildirsin. O, da telefonunu cavabdehə vermişdir. Cavabdeh onun telefonu ilə danışa-danışa olduqları yerdən ayrılmış və həmin yeri tərk etmişdir. Həmin an o, başa düşmüşdür ki, cavabdeh onu aldadaraq əmlakını talamışdır. O, da Qusar rayon Polis Şöbəsinə şikayət etmişdir. PŞ-də axtarış işi açılaraq xx.xx.2020-ci il tarixdə cavabdehi axtarış ilə şöbəyə gətirdilər və orada məlum oldu ki, o, həqiqitən də onun mobil telefonunu oğurlamışdır. Lakin məbləğ az olduğundan cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və ona bildirmişlər ki, mülki iş olduğu üçün məhkəməyə müraciət etsin. Mobil telefonunun qiyməti 630 manat, taksi fəaliyyətinə görə 20 manat, maddi və mənəvi zərərə görə 300 manat, Qusar rayon Polis Şöbəsinə dəfələrlə getdiyinə görə 50 manat zərər vurmuşdur. Ona görə məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh 300 manat mobil telefonun dəyərinə görə və 100 manat Qusar rayonuna dəfələrlə getdiyinə görə yalnız maddi zərərin ödənilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 238-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunur ki, İddiaçı şikayəti əsasında Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qeyd olunan qərarın məzmunundan görünür ki, Qusar RPŞ-də aparılmış araşdırma zamanı Cavabdeh törətdiyi əməli etiraf etmiş və İddiaçı mobil telefonunu talayaraq satdığını etiraf etmişdir. Qeyd olunan qərarın məzmunundan görünür ki, Cavabdeh İddiaçı taladlğı mobil telefon “X2 8 PRO” markalıdır və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən orta bazar qiyməti 300 manat təşkil edir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı Xaçmaz rayonunda qeydiyyatda olmaqla yaşayır, Cavabdeh barəsində isə araşdırma Qusar RPŞ-də aparılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının polis şöbəsində aparılan araşdırma ilə bağlı dəfələrlə Qusar rayonuna getməsi faktı öz əksini tapır və bununla bağlı onun xərclədiyi yol xərcləri cavabdehdən tutulmalıdır. Azərbycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiyinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət iddia tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin ediləndir. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən “Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir”. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən «Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220, 227, 233, 238, 252, 357 - 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh maddi ziyana görə 400 manat pulun alınaraq İddiaçı verilsin. Cavabdehə izah edilsin ki, qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə vermək hüququna malikdir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1119/2021
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(067)-1119/2021
21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver