Məhkəmə qərarları › İş №2(067)-1130/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1130/2021

18.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1130/2021 18.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı Cavabdehnə qarşı icra məmurunun qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru F.Adıgözəlovun xx xxxxxx 2020-ci il tarixli qərarının qanunsuz hesab edilərək, ləğv edilməsini xahiş etmişdir. İddia ərizəndən müəyyən olunur ki, iddiaçı məhkəmə qərarlarının icrası qaydasında icra məmurunun qərarından şikayət verilməli olduğu halda ərizənin forma və məzmununa riayət etməməklə, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və özünü iddiaçı, qərarından şikayət verilən orqanı cavabdeh qismində göstərmişdir.Qanunvericilikdə icra məmurunun qərarının iddia ərizəsi formasında mübahisələndirilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanları aradan qaldırmaqla “İcra haqqında” qanunun tələblərinə müvafiq olaraq məhkəmə qərarlarının icrası qaydasında icra məmurunun qərarından şikayət vermək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdehnə qarşı icra məmurunun qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara qeyd edilən nöqsanları aradan qaldırmaqla “İcra haqqında” qanunun tələblərinə müvafiq olaraq məhkəmə qərarlarının icrası qaydasında icra məmurunun qərarından şikayət vermək hüququnun olduğu izah edilsin. İddia ərizəsi geri qaytarıldığı üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.. İş № 2(067)-1130/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol xx xxxx 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğl,u Tərəflərin iştirakı olmadan İddiaçı Cavabdehnə qarşı icra məmurunun qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi tələbinə dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət 14:08-də başladı. Məhkəmə İddiaçı Cavabdehnə qarşı icra məmurunun qərarının qanunsuz hesab edilərək, ləğv edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 14:10-da qurtardı. Hakim: İİlkin Xəlilo.v

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar