Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1175/2024 30.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz rayon 1 saylı Notariat Ofisində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 8i-8492 nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı və cavabdehlər Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, tərəflər təkrarən məhkəmə hazırlıq iclasına gəlməmişlər və məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1, 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 166, 259.0.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və «X1» Açıq Səhmdar Cəmiyyətinə qarşı icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №2(067)-1175/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1175/2024
30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver