Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1285/2020 12.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könıl Vasif qızının, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evindən payların müəyyən edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Xaçmaz şəhəri ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X8 bağışlanmasına dair xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X6 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında X3 xx xxxx 2013-cü il tarixdə aldıqları 4 sot torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri Cavabdeh və İddiaçı olmaqla hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhəri ünvanında yerləşən 0,04 hahəyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X8 bağışlanmasına dair xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X6 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında X3 xx xxxx 2013-cü il tarixdə aldıqları 4 sot torpaq sahəsinin və həmin torpaqs ahəsində inşa edilmiş evin hüquqi sahibləri Cavabdeh və İddiaçı olmaqla hərbirinin 1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahi şetmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Xaçmaz rayon 1 saylı Notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X34 nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Xaçmaz rayon 1 saylı Notariat ofisinin və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X34 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, hal-hazırda rəsmi nikahda olduğu Cavabdehilə xx xxxxxx 2013-cü ildə nişanlanmış, nikahları isə xx xxxxxx 2013-cü il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahlarından xx xxxx 2014-cü ildə Aylin adlı bir nəfər uşaqları anadan olmuşdur. O, 6 aydan artıq nişanlı qaldığı müddətdə cavabdeh və cavabdehin valideynləri ona dəfələrlə bildirmişlər ki, hər ikisi, yəni cavabdeh və o, Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzində işlədiklərinə görə Xaçmaz rayonunun Qoçaqlı kəndindən Xaçmaz şəhərinə işə gəlib-getmələri çətin olacaqdır. O da cavabdehə Xaçmaz şəhərində torpaq sahəsi almaları və həmin torpaq sahəsində gələcəkdə fərdi yaşayış evi tikdirmək fikrini bildirmişdir. Cavabdeh onun fikriilə razılaşmış və söhbət əsnasında Xaçmaz şəhəri, Elnur Hacıyev küçəsində 6500 manata 4 sot torpaq sahəsi satıldığını, lakin onun 2500 manat pulunun olduğunu bildirmişdir. O, cavabdehlə həmin torpaq sahəsini almaq barədə razılaşmış və torpaq sahəsinin alqı-satqısına 1 gün qalmış ünvan 2 ünvanında yaşayan və heyvandarlıqla məşğul olan dayısı X7 2000 manat, Xaçmaz rayonunun Şıxlar kəndində yaşayan atasının əmisi qızı X10 1000 manat pul alıb, üstünə özüdə 1000 manat əlavə edərək cəmi 4000 manat pulu sözü gedən 4 sot torpaq sahəsinin alınması üçün cavabdehə vermişdir. Cavabdehlə ünvan 1-də yaşayan X3 6500 manata Xaçmaz şəhəri, Elmar Hacıyev küçəsindəki 4 sot torpaq sahəsini gələcəkdə fərdi yaşayış evi tikdirmək məqsədilə xx xxxx 2013-cü il tarixdə rəsmiləşdirilmiş AN-İseriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında almışlar. O, həmin vaxt cavabdehə aldıqları 4 sot torpaq sahəsinin hüquqi sahibinin hər ikisi olacağını bildirmişdir. Cavabdeh isə ona bildirmişdir ki, onlar qısa müddət ərzində ailə quracaqlar və həmin torpaq sahəsinin hansının mülkiyyətində olmasının əhəmiyyəti yoxdur. O da cavabdehə inanaraq mübahisəli torpaq sahəsinin sənədləşdirilməsi işinə əhəmiyyət verməmişdir. Cavabdeh isə onun etibarından sui-istifadə edərək gələcəkdə öz məqsədlərinə nail olmaq üçün torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. O və cavabdeh Xaçmaz rayonunun Qoçaqlı kəndindən işə gəlib-getmələrində nəqliyyat sıradan problemləri olduğu üçün cavabdeh və valideynləri ona dəfələrlə məsləhət vermişlər ki, Xaçmaz şəhərində aldıqları torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikdirsinlər. O da cavabdehin və cavabdehin valideynlərinin məsləhətlərini müsbət qiymətləndirərək atası X15 vasitəs ilə Xaçmaz rayonunda daş hörgüsü ustası kimi tanınan X17, onunla bərabər işləyən X11 və X23 ilə mübahisəli torpaqsahəsində 4 otaqdan idarət fərdi yaşayış evini 3500 manata tikəcəkləri barədə 2015-ci ilin iyun ayında razılığa gəlmiş, 2015-ci ilin oktyabr ayında yaşayış evinin tikintisi başa çatmış və evi təhvil alarkən 3500 manat məbləği usta və fəhlələrə ödəniş etmişdir. Bu barədə usta və fəhlələ notariat qaydasında təsdiq olunmuş ərizələrini vermişlər. Həmin torpaq sahəsində tikilmiş yaşayış evini təmir etdirmək məqsədilə o, «Accessbank»-dan xx xxxxxx 2017-ciiltarixdə 4000 manat, xx xxxxxx 2018-ci ilt arixdə 5000 manat və Azərbaycan Beynəlxalq Bankından isə 7000 manat məbləğində olmaqla cəmi 20500 manat məbləğində nağd pul kreditləri götürmüş və tikdirdikləri 4 otaqdan ibarət yaşayış evini orta səviyyədə təmir etdirmişlər. Cavabdeh məqsədlərinə nail olmaq üçün 6 ildən artıq onunla bərabər istifadələrində və sahibliklərində olan sözü gedən torpaq sahəsini daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında xx xxxx 2019-cu il tarixdə anası X8 ondan xəbərsiz gizli yolla hədiyyə etmişdir. Həmin bağışlama müqaviləsi əsasında cavabdehin anası İddiaçı həmin torpaq sahəsi üçün adına RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi alaraq torpaq sahəsinin tam hüquqi sahibi olmuşdur. İddia ərizəsinə əlavə etdiyi sənədlərə əsasən hesab edir ki, mübahisəli torpaq sahəsinin bağışlanmasına dair müqavilə və həmin müqavilə əsasında X6 adına işlənmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi etibarsız hesab edilməli, cavabdeh və o, hər birinə ½ hissədə payları olmaqla 4 sot torpaq sahəsinin hüquqi sahibləri olmalıdırlar. Göstərilənlərə əsasən iddiasının hazırki həcmdə təmin edilməsini, Xaçmaz şəhəri ünvanında yerləşən 0,04 hahəyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X8 bağışlanmasına dair xx xxxx 2019cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X6 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, ünvan 1 ünvanında X3 xx xxxx 2013-cü il tarixdə aldıqları 4 sot torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş evin hüquqi sahibləri Cavabdeh və İddiaçı olmaqla hər birinin1/2 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın hazırki həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxx 2014-cü ildə Aylin adlı bir nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə evləndikdən sonra Xaçmaz rayonunun Qoçaqlı kəndində valideynlərinə məxsus evdə yaşamışlar, sonradan isə Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzində işlədiklərindən Xaçmaz şəhəri ərazisində kirayə ev tutaraq Xaçmaz şəhərində yaşamışlar. Sonradan ailə münasibətiləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaq iddiaçının himayəsində qaldığından məhkəmə qətnaməsi əsasında onun üzərinə aliment kəsilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 120 manat alimenti ödəyir. O, məhkəmədə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Halhazırda mülki iş məhkəmənin icraatındadır. İddia tələbini əsassız hesab edir. Belə ki, o, iddiaçı ilə rəsmi nikahada daxil olmazdan əvvəl xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhəri ərazisində X12 adlı şəxsdən hazırda mübahisələndirilən 0,04 hahəyətyanı torpaq sahəsini 6500 manata satın almışdır. Həmin torpaq sahəsi xx xxxx 2013-cü il tarixdə satın alsa da torpaq sahəsinə dair xx xxxx 2018-ci il tarixdə adına ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Sonradan o, həmin torpaq sahəsini xx xxxx 2019-cu il tarixdə anası X8 notarial qaydada 4Ə-459 qeydiyyat nömrəli müqavilə əsasında bağışlamışdır. Bundan sonra anası Elnara Kərimova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Torpaq sahəsini anasına bağışladıqdan sonra anası və atası həmin torpaq sahəsində öz vəsaitləri hesabına 2019-2020-ci illərdə fərdi yaşayış evi tikmişlər. Tikinti 2020-ci ildə başa çatmışdır. Yaşayış evinin tikintisi başa çatdıqdan sonra evə ünvan verilmiş və ünvan 5 7 saylı ünvanda yerləşən 0,04 hatorpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi anası X16 adına xx xxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydə alınmışdır. Hal-hazırdada mübahisəli həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi anası X16 mülkiyyətindədir. Mübahisəli torpaq sahəsini o, iddiaçı ilə rəsmi nikaha daxil olmazdan əvvəl əldə etdiyindən həmin torpaq sahəsini anasına bağışlayarkən notarius tərəfindən iddiaçının razılığının alınmasına ehtiyac duyulmamışdır, torpaq sahəsində fərdi yaşayış evini o, torpaq sahəsini bağışlama etdikdən sonra anası və atası öz vəsaitləri hesabına inşa etdirmişlər. İddiaçı və o, mübahisəli evdə heç vaxt yaşamamışlar. Mübahisəli torpaq sahəsinin və evin iddiaçıya heç bir aidiyyatı yoxdur, həmin əmlaklar onun iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar deyildir. İddiaçının mübahisəli torpaq sahəsinin alınmasında pul verməsi və həmin torpaq sahəsində yerləşən mübahisəli evin tikilməsinə də vəsait xərcləməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Mübahisəli torpaq sahəsini atasının və anasının maddi köməkliyi ilə almışdır, bu səbəbdən də torpaq sahəsini sonradan anasına bağışlamışdır, mübahisəli evi isə bütövlükdə atası Sərdar və anası Elnara tikmişlər. Ona görə də iddianın əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 göstərdi ki, İddiaçı onun keçmiş gəlini, Cavabdeh isə doğma oğludur. X45 İddiaçı xx xxxxxx 2013cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxx 2014-cü ildə Aylin adlı bir nəfər uşaqları anadan olmuşdur. Sərdarla Ədilə evləndikdən sonra Xaçmaz rayonunun Qoçaqlı kəndində onlara məxsus evdə yaşamışlar, sonradan isə Fövqəladə Hallar Nazirliyinin şimal regional mərkəzində işlədiklərindən Xaçmaz şəhəri ərazisində kirayə ev tutaraq Xaçmaz şəhərində yaşamışlar. Sonradan ailə münasibətiləri pozulduğundan faktiki olaraq ayrılmışlar. Ayrıldıqdan sonra uşaq iddiaçının himayəsində qaldığından məhkəmə qətnaməsi əsasında oğlunun üzərinə aliment kəsilmişdir. Oğlu hazırda məhkəmədə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Hal-hazırda mülki iş məhkəmənin icraatındadır. X54 İddiaçı ilə rəsmi nikaha daxil olmazdan əvvəl xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhəri ərazisində X12 adlı şəxsdən oğlu hazırda mübahisələndirilən 0,04 hahəyətyanı torpaq sahəsini 6500 manata satın almışdır. Həmin torpaq sahəsini xx xxxx 2013-cü il tarixdə satın alsa da torpaq sahəsinə dair xx xxxx 2018-ci il tarixdə adına ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Həmin torpaq sahəsini xx xxxx 2019-cu il tarixdə oğlu ona notarial bağışlamışdır. Bundan sonra o, həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adına xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Torpaq sahəsini ona bağışladıqdan sonra o və əri Sərdar həmin torpaq sahəsində öz vəsaitləri hesabına 2019- 2020-ci illər də fərdi yaşayış evi tikmişlər. Tikintini 2020-ci ildə başa çatdırmışlar. Yaşayış evinin tikintisi başa çatdıqdan sonra evə ünvan verilmiş və ünvan 5 7 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adına xx xxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydə alınmışdır. Hal-hazırda da mübahisəli həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi onun mülkiyyətindədir. Torpaq sahəsində fərdi yaşayış evini oğlu Ayaz torpaq sahəsini ona bağışlama etdikdən sonra əri Sərdar ilə öz vəsaitləri hesabına inşa etdirmişlər. İddiaçı və oğlu mübahisəli evdə heç vaxt yaşamamışlar. Mübahisəli torpaq sahəsinin və evin iddiaçıya heç bir aidiyyatı yoxdur, həmin əmlaklar oğlu Ayazın iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri əmlaklar deyildir. İddiaçının mübahisəli torpaq sahəsinin alınmasında pul verməsi və həmin torpaq sahəsində yerləşən mübahisəli evin tikilməsinə də vəsait xərcləməsi barədə göstərdikləri həqiqətə uyğun deyildir. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi şahid X35 göstərdi ki, iş üzrə Cavabdeh onun dayısı oğludur. 2019-cu ildə dayısı X46 şəhərində aldıqları 4 sot torpaq sahəsində yaşayış evi tikdiyindən ona müraciət edərək tikinti materialları almaq, ustalara zəhmət haqqı vermək və sair xərclər üçün ondan 2000 manat borc pul istəmiş, o da dayısına həmin məbləğdə pulu vermişdir. O, dayısına kömək edərək tikinti materiallarını mağazalardan alaraq «Ford» avtomaşını ilə tikinti aparılan yerə daşımışdır. Dayısı Sərdar və oğlu Ayaz evin tikintisi üçün tikinti materiallarının bir çox hissəsini nisyə almışlar və sonradan isə pulunu ödəmişdir. Evi dayısı Sərdar və arvadı Elnara tikdirmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyidi digər şahid X2 göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh valideynləri Sərdar Kərimov və X40 şəhərində özləri üçün fərdi yaşayış evi tikdirərkən, 2019-cu ildə o, bir dam üstası kimi həmin evin damını fəhləsi ilə birlikdə vurmuşdur. Gördükləri işə görə ona və iki nəfər fəhlələrinə zəhmət haqqını cavabdehin atası Sərdar Kərimov vermişdir. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi digər şahid X31 göstərdi ki, tərəfləri tanıyır. Cavabdeh valideynləri Sərdar Kərimov və X40 şəhərində özləri üçün üçün fərdi yaşayış evi tikdirərkən, 2019-cu il də o, həmin evin damının vurulmasında fəhlə kimi iştirak etmişdir. Gördükləri işə görə ona və ustasına zəhmət haqqını cavabdehin atası Sərdar Kərimov vermişdir. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi digər şahid X49 şahid X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi digər şahid Əliməmmədov Yaşar Rövşən oğlu göstərdi ki, onun istifadəsində «Ford» markalı avtomaşını vardır. Həmin avtomaşınla müxtəlif mağazalardan tikinti matearialları daşımaqla məşğul olur. 2019-cu ildə Cavabdeh atası Sərdar Kərimov ona müraciət edərək Xaçmaz şəhərində tikdiyi yaşayış evi üçün tikinti materiallarını daşımasını xahiş etmişdir. O, Sərdarla gedərək Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən tikinti matriealları mağazalarından tikinti matearialları alaraq Xaçmaz şəhərinə daşımışdır. Onun zəhmət haqqısını və tikinti mateariallarının pulunu Sərdar ödəmişdir. O, mübahisəli evin tikintisi zamanı İddiaçı orada görməmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi digər şahid X26 göstərdi ki, o, fərdi qaydada yaşayış evlərinə suçə kilişi və sair işlərlə məşğul olur. Cavabdeh atası X46 şəhərində yaşayış evi tikdiyindən 2019-cu ildə sonuncunun dəvəti ilə o və atası X22 evində usta kimi işləmişlər, Sərdar lazım olan materialları aldıqdan sonra həmin evdə su xəttinin çəkilməsi və bütün istilik sisteminin quraşdırılması işini görmüşlər. Onlara zəhmət haqqını Sərdar Kərimov ödəmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh tərəfin təqdim etdiyi şahid X43 göstərdi ki, tərəflərdən Cavabdeh və atası Sərdar Kərimovu tanıyır. O, usta kimi tikilmiş fərdi yaşayış evlərində suvaq və beton işlərini görür. 2019-2020-ci illər ərzində Cavabdeh atası Sərdar Kərimovun dəvəti və sifarişi ilə sonuncunun Xaçmaz şəhərində tikdiyi yaşayış evində bütün suvaq və beton işlərini görmüşdür. Bu işlərin müqabilində ona zəhmət haqqını Ayazın atası Sərdar ödəmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi digər şahid X24 göstərdi ki, o, rəngsaz və kafel üzlüyü vurulması işləri üzrə ustadır. Tərəflərdən Cavabdeh onun həmkəndlisidir. Cavabdeh valideynləri 2019-2020-ci illər ərzində Xaçmaz şəhərində özləri üçün fərdi yaşayış evi tikmişlər. Ayazın atası Sərdarın dəvəti və sifarişi ilə o, bir usta kimi Sərdargilin Xaçmaz şəhərində tikdikləri yaşayış evində divarlara üzlüklərin çəkilməsi, rənglənməsi, hamam və sanitarqovşağına kafel üzlüklərinin vurulması işlərini görmüş və bu işlərin müqabilində ona zəhmət haqqını Ayazın atası Sərdar ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən iddiaçı tərəfin təqdim etdiyi şahid X27 göstərdi ki, tərəflərdən İddiaçı onun qohumudur. 2013-cü ilin iyun-iyul aylarında İddiaçı əri Cavabdehla birlikdə nişanlı olduqları vaxtı Xaçmaz şəhərində torpaq sahəsi alarkən pulları çatmadığından Ədilənin xahişinə əsasən o, kömək olaraq Ədiləyə 1000 manat pul vermişdir. Məhkəmə iclasında dindirilən iddiaçı tərəfin təqdim etdiyi digər şahid X4 göstərdi ki, tərəflərdən İddiaçı onun qohumudur. Bir qohum kimi Ədilə ilə əri Ayazın toy mərasimlərində iştirak etmişdir. Ədilə ilə Ayaz evləndikdən sonra birlikdə Xaçmaz şəhərində fərdi yaşayış evi tikmişlər. Yaşayış evi tikilən vaxtı o, ustalara yemək hazırlanmasında Ədiləgilə köməklik etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X13 göstərdi ki, tərəflərdən İddiaçı ilə uzaq qohumluq münasibətləri vardır. İddiaçı ilə əri Cavabdeh Xaçmaz şəhərində yaşayış evi tikdirdikləri zaman kubik işində fəhləlik etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçı tərəfin təqdim etdiyidi digər şahid X19 göstərdi ki, tərəflərdən İddiaçı onun bacısı qızıdır. 2013-cü ilin iyul ayında bacısı qızı İddiaçı Xaçmaz şəhərində torpaq sahəsi almaq üçün ondan 2000 manat borc pul istəmiş və o da etiraz etməyərək həmin məbləğdə pulu Ədiləyə vermişdir. Lakin sonradan Ədilədən həmin pulu istəməmiş, pulu ona pay olaraq vermişdir. Sonra bildirmişdir ki, Ədilə ilə əri Ayaz Xaçmaz şəhərində torpaq sahəsi alaraq 2015-ci ildə aldıqları torpaq sahəsində yaşayış evi tikmişlər. Məhkəmə iclasında dindirilən iddiaçı tərəfin təqdim etdiyidi digər şahid X20 göstərdi ki, tərəfləri tanıyır. Həqiqətən 2015-ci ildə İddiaçı ilə əri Cavabdeh Xaçmaz şəhərində fərdi yaşayış evi tikmişlər. Tikilinin bünövrəsi atılarkən o, iddiaçının dayısı Elmanın dəvəti ilə həmin işdə fəhlə kimi işləmişdir. Ona zəhmət haqqını iddiaçının dayısı Elman vermişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X21 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X25 göstərdi ki, İddiaçı onun bacısı qızıdır. Həqiqətən İddiaçı ilə əri Cavabdeh Xaçmaz şəhərində aldıqları torpaq sahəsində 2015-ci ildə fərdi yaşayış evi tikmişlər. Tikinti işləri başlayarkən o, onlara köməklik göstərmiş, fəhlələrdə və iştirat edərək evin bütöv rəsinin atılması işini görmüşdür. Fəhlələrin zəhmət haqqını bacısı qızı Ədilə ödəmişdir. Məhkəmə tərəflərin, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonunun Qoçaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Xaçmaz rayonunun Qoçaqlı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli, AZ-İseriyalı, 890540 nömrəli nikah haqqında şəhaətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2013-cu il tarixli rəsmi nikaha daxil olmaqla evlənmişdir. İş materiallarında olan xx xxxx 2014-cü il tarixli, AZ-İİİseriyalı, 351001 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2014-cü il tarixdə Aylin adlı bir nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan xx xxxx 2013-cü il tarixdə Xaçmaz rayon 1 saylı Notariat Kontorunda 4Ə-1265 reyestr nömrəsi ilə qeydə alınmaqla təsdiq edilmiş alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 2013-cü il tarixdə X12 adlı şəxsdən Xaçmaz şəhəri ərazisində 6500 manata 0,04 ha həyətyanı torpaq sahəsi satın almışdır. İş materiallarında olan xx xxxxxx 2018-ci ilt arixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri ərazisində Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında 0,04 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 4Ə-459 reyestr nömrəli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz şəhəri ərazisində yerləşən mülkiyyətinə aid 0,04 hahəyətyanı torpaq sahəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 xx xxxx 2019-cu il tarixdə bağışlamışdır. İş materiallarında olan xx xxxx 2019-cuiltarixli, ********** qeydiyyat nömrəli, **********93 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri ərazisində 0,04 hahəyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 adına qeydə alınmışdır. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********93-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 saylı ünvanda 0,04 hahəyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 adına qeydə alınmışdır. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 adına işlənmiş xx xxxx 2020-ci il tarixli, **********93-10301 reyest rnömrəli, 8538 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, ünvan 4 saylı ünvanda 0,04 hahəyətyanı torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 59,9 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 ümumi sahəsi olan fərdi yaşayış evi mövcuddur və həmin yaşayış evinin tikintisi 2020-ci ildə başa çatmışdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx xxxx 2014-cü ildə Aylin adlı bir nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundun onlar faktiki olaraq ayrılmışlar, cavabdeh məhkəmədə iddiaçıya qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olmazdan əvvəl xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhər iərazisində X12 adlı şəxsdən Xaçmaz rayon 1 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş xx xxxx 2013-cü il tarixli, 4Ə-1265 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mübahisələndirilən 0,04 ha həyətyanı torpaq sahəsini 6500 manata satın almış, torpaq sahəsini xx xxxx 2013-cü il tarixdə satın alsada həmin torpaq sahəsini xx xxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi əsasında xüsusi mülkiyyəti kimi adına rəsmiləşdirmişdir. Sonradan cavabdeh həmin torpaq sahəsini xx xxxx 2019-cu il tarixdə nikaha daxil olanadək əldə etdiyi şəxsi əmlakı kimi müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan anası X8 notarial qaydada xx xxxx 2019-cu il tarixli, 4Ə-459 reyestr nömrəli müqavilə əsasında bağışlamışdır. Bundan sonra üçüncü şəxs Elnara Kərimova həmin torpaq sahəsinə mülkiyyət hüququna dair adına xx xxxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi almışdır. Həmin torpaq sahəsində 2020-ci ildə tikintisi başa çatmış fərdi yaşayış evi tikilmiş, sonradan oraya ünvan verilmiş və beləliklə mübahisəli əmlakların mövcud olduğu ünvan 5 7 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi X16 adına xx xxxxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında qeydə alınmışdır. Hal-hazırda da mübahisəli həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş yaşayış evi müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin recimi onların əmlakının qanuni recimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə məhkəmə araşdırması zamanı iş materialları ilə İddiaçı ilə Cavabdeh xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə evləndikləri, ailə münasibətləri pozulduğundun onların faktiki olaraq ayrıldıqları, cavabdehin iddiaçı ilə rəsmi nikaha daxil olanadək xx xxxx 2013-cü il tarixdə Xaçmaz şəhəri ərazisində alqı-satqı yolu ilə mübahisələndirilən 0,04 ha həyətyanı torpaq sahəsini satın alması, cavabdeh torpaq sahəsini xx xxxx 2013-cü il tarixdə satın alsa da həmin torpaq sahəsini xx xxxx 2018-ci il tarixdə xüsusi mülkiyyəti kimi adına rəsmiləşdirməsi, sonradan həmin torpaq sahəsini xx xxxx 2019-cu il tarixdə nikaha daxil olanadək əldə şəxsi əmlakı kimi Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan anası X8 bağışlaması, bundan sonra müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı bağışlama müqaviləsi əsasında həmin torpaq sahəsini xüsusi mülkiyyəti kimi adına rəsmiləşdirməsi, qeyd olunan torpaq sahəsində 2020-ci ildə tikintisi başa çatmış fərdi yaşayış evinin tikilməsi, sonradan oraya ünvan verilmməklə mübahisəli əmlakların mövcud olduğu ünvan 5 7 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 59 kv.m köməkçi sahəsi, 80,8 kv.m yaşayış sahəsi, 140,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı, hal-hazırda da mübahisəli həyətyanı torpaq sahəsinin və üzərində inşa edilmiş yaşayış evinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 xüsusi mülkiyyətində olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zaman mübahisələndirilən torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçı ilə nikaha daxil olmazdan əvvəl əldə olunmuş əmlak olması, sonradan cavabdehin həmin torpaq sahəsini adına rəsmiləşdirərək öz xüsusi mülkiyyətinə aid əmlak kimi anasına bağışlaması, bağışlamadan sonra həmin torpaq sahəsi və torpaq sahəsində tikilmiş evin müstəqil tələb irəli sürməyən üçüncü şəxsin adına qeydə alınması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddələrinin tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi, hazırda ünvan 4 saylı ünvanda yerləşən 0,04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi iddiaçının cavabdehlə nikah müddətində əldə etdikləri əmlak hesab edilə bilməz və mübahisələndirilən əmakların nikah müddətində əldə olunmuş əmlak kimi tərəflər arasında bölünməsi qanuna ziddir. Belə olduğu halda məhkəmə hesab edir ki, ünvan 4 saylı ünvanında yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən X8 bağışlanmasına dair xx xxxx 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və həmin müqavilə əsasında X6 adına verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi üçün əsas yoxdur. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı Cavabdeh qarşı «Bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evindən payların müəyyən edilməsi tələbi»nə dair iddiası təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Bağışlama müqaviləsinin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, torpaq sahəsindən və torpaq sahəsinin üzərində inşa edilmiş yaşayış evindən payların müəyyən edilməsi tələbi»nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1285/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1285/2020
12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver