Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1302/2024 03.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ”Sevinc-Ş” K.F.T-mn tərkibində olan pay torpağının 0,88 ha sahəsindəki, bağ sahəsinin əmlakına Cavabdeh1 və onun qardaşı Cavabdeh2 Şərafəddin oğlu tərəfindən qəsdən məhv etməyə görə 1540 manat maddi və 10000 manat mənəvi ziyan dəyməsi, həmin ziyanın zərərçəkənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 aprel 2018-ci il tarixdə Xaçmaz RPŞ-yə daxil olmuş ərizəsinə əsasən bildirmişlər ki, Cavabdeh1, Cavabdeh2 və X3 rayonu, Yergüc kəndində, X2 şəhəri, Müşkür küçəsi, ev 2- də, X5 şəhəri, F.Qayıbov küçəsi, ev 17-də, X1 rayonu, Xırdalan şəhəri, məhəllə 27, ev 17, mənzil 14-də qeydiyyatdadırlar. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 05 avqust 2014cü il tarixində Xaçmaz rayonu, Yergüc kəndi ərazisində X6, İddiaçı və Maraqlı şəxs2 məxsus pay torpaq sahələrində yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi zamanı İddiaçı 20 ədəd 3 illik fındıq ağacları yanmış, yanğın nəticəsində İddiaçı 840 manat maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Tədqiqat zamanı izahat alınmış, Maraqlı şəxs1 göstərmişdir ki, yanğın pay torpaq sahəsində baş vermiş, yanğın ona qonşu olan Maraqlı şəxs2 özəl pay torpaq sahəsindən keçmiş, yanğın nəticəsində fındıq kolunun yandığını və 700 manat maddi ziyan dəydiyini bildirmişdir. Tədqiqat zamanı izahat alınmış, Maraqlı şəxs2 göstərmişdir ki, yanğın pay torpaq sahəsində baş vermiş, yanğının mədən baş verdiyini bilmədiyini və yanğın nəticəsində otların yandığını bildirmişdir. Tədqiqat zamanı izahat alınmış, o, İddiaçı göstərmişdir ki, bağ sahəsində fındıq ağacları yanmış, bağ sahəsinin yanmasında həmkəndliləri Şərafəddin və onun qardaşı Cavidin yandırdığını bildirmişdir. Tədqiqat zamanı izahat alınmış Cavabdeh1 Ziyafəddihm göstərmişdir ki, 1990-cı ildə İddiaçı fermar təsərrüfatı olmuş, sonradan dövlət tərəfindən fermer təsərrüfatının pay torpaq sahələri kimi kənd camaatına paylanmış, həmin torpaq sahəsindən ona da verildiyi həmin vaxtdan İddiaçı onunla yola getmədiyini demişdir. Torpaq sahəsinin ona məxsus olmasını və onun barəsində dəfələrlə böhtan xarakterli ərizələr yazdığını, 05 avqust 2014-cü ildə yaşadığı Yergüc kəndində olmadığını, Bakı şəhərində Neft daşlarında işlədiyindən həmin günü işdə olduğunu, 18 avqust 2014-cü il tarixdə yaşadığı kəndə qayıtdığını bildirmişdir. Cavabdeh1 yalan danışmışdır. Heç vaxt 1990-cı ildə «Sevinc S» KFT-nm torpaqlarını dövlət kənd camaatına paylamamışdır. Bu barədə heç bir qərar yoxdur. 05 avqust 2014-cü ildə Cavabdeh1 Yergüc kəndində olmuşdur. Sübut işlərin içində arayış yoxdur. Cavabdeh1 Dövlət Aktından görünür ki, o, Dövlət Aktındakı qonşuların əhatəsində deyil. Onun-bunun torpağına müdaxilə etməklə və təsərrüfata ziyan vurmaqla məşğuldur. Cavabdeh2 həmin vaxt onun sahəsinin içində olmuş, ailəsi ilə birlikdə ot biçmişdir. Sübut 1997-ci ildə «Sevinc Ş» KFT yaranmışdır. 1998-ci ildə bankdan kredit alıb sahədə fındıq bağı salmışdır. Xaçmaz Rayon İcra Hakimiyyətinin yanında Mənzil İstismar İdarəsinin aqronomu X4 21 sentyabr 2014-cü il tarixli rəyindən də görünür ki, Məmmədov, Şərafəddin İddiaçı bağ sahəsində yanğın nəticəsində 840 manat maddi ziyan dəymişdir. Lakin Azərbaycan Respublikasının CM-nin 186-cı maddəsində, yəni əmlakı qəsdən məhv etməyə görə və ya zədələməyə görə, 186.1-ci maddəsində özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqda törədildikdə, cinayət tərkibinin yaranması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Baş Prokuroru xx.xx.2017-ci il 05/7138-02 tarixində DİQ-nun İstintaq Tədqiqat və Əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini baş Ədliyyə müşaviri Nurəli Məmmədov ona rəsmi şəkildə yazmışdır ki, MəCavabdeh1 tərəfindən bağının yandırılması, həyətində su borularının aparılması barədə müraciətinə Respublika Baş Prokurorluğunda baxılmışdır. Müəyyən edilmişdir-ki, həmin faktla bağlı Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində toplanmış material araşdırılması, Xaçmaz R.P.Ş-nm Tədqiqat bölməsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixində Xaçmaz rayon Yergüc kəndi vermiş yanğın hadisəsi zamanı sahədə olan 20 ədəd üç illik fındıq ağac nəticəsində 840 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyinin Baş İstintaq və Tədqiqat İdarəsi xx.xx.2017- ci ildə 0063591-**********8 saylı məktubu ilə rəis Emil Usubov ona yazmışdır ki, onun rəhbərlik etdiyi “Sevinc-Ş” kəndli fermer təsərrüfatının həmkəndlisi Şərafətddin Məmmədov tərəfindən yandırılması və əmlakının oğurlanmasına dair olmuş müraciətinə baxılmışdır. Müəyyən olunmuşdur ki, bağ sahəsinin yanması faktiki üzrə Xaçmaz R.P.Ş-də araşdırma aparılaraq vurulmuş maddi ziyan 1000 manatdan aşağı cinayət tərkibini istisna edən məbləğdə olmasına (köhnə redaksiyada) istisna edilməklə əməldə cinayət tərkibli olmadığına görə 29 sentyabr 2014-cü ildə C.P.M-nin 39.1.2 maddələrinə əsasən cinayət işinin başlanması rədd edərək qərarın surəti ona göndərilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xx.xx.2017-ci il 05/138-02 və xx.xx.2017- ci il, 05/132-02 məktubu ilə ona rəsmi şəkildə yazaraq bildirmişlər ki, MəCavabdeh1 tərəfindən bağının yandırılması, həyətində su borularının aparılması barədə müraciətlərə və Respublika Baş Prokuror luğunda baxılmışdır. Müəyyən olunmuşdur ki, həmin faktla bağlı Azpbaycan,, Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində toplanmış material araşdırması Xaçmaz R.P.Ş-nın Təqdiqat Bölməsinə göndərilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2014ci il tarixdə Xaçmaz rayonu Yegüc kəndi ərazisində ona məxsus pay torpaq sahəsində baş vermiş yanğın hadisəsi zamanı sahədə olan 20 ədəd 3 illik fındıq ağaclarının yanması nəticəsində 840 ianat məbləğində maddi ziyan dəymişdir. Onun sahəsinə 29000 mindən yuxarı zərər dəymişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti xx.xx.2017ci il 23/Ş-3812 saylı məktubu ilə Daxili İşlər Nazirliyinə onun məktubunu göndərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Tədqiqat İdarəsi 2017-ci il 006-5***-*******40/349 saylı məktubu ilə ona rəsmi bildirmişdir ki, onun rəhbərlik etdiyi “Sevinc-Ş” kəndli fermer təsərrüfatının yandırılması və əmlakın oğurlanmasına dair şikayəti üzrə Xaçmaz R.P.Ş-də araşdırmanın obyektiv aparılması barədə Azərbaycan Respublikasının birinci Vitse-Prezidentinin katibliyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatından daxil olmuş müraciətə baxılmışdır. Müəyyən olunmuşdur ki, pay torpağının, bağ sahəmisin yandırılması fakt üzrə Xaçmaz R.P.Ş-də araşdırma aparılaraq toplanmış sübutlara istinad etməklə əməldə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Həmin qərar Xaçmaz rayon Prokuroru tərəfindən əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, pay torpağının bağ sahəsindən yeraltı su borularının çıxararaq daşınması faktı əsasında Xaçmaz RPŞ-də araşdırma aparılaraq toplanmış sübutlara istinad etməklə cinayət hadisəsi olmadığına görə 11 mart 2017-ci ildə C.P.M-nin 39.1.1 maddəsisənə əsasən cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Baş İstintaq və Tədqiqat İdarəsi tərəfindən 06 iyul 2017-ci ildə həmin qərarın əsaslılığının yoxlanılması üçün cinayət -prosessual qanunvericiliyinin tələblərinə əsasən Xaçmaz rayon prokurorluğuna göndərilmişdir. Tədqiqat zamanı izahat alınmış X9 göstərmişdir ki, onun da pay torpağına 700 manat maddi ziyan dəydiyini bildirmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, onlar, heç bir üzrlü səbəb göstərmədən məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, 29 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasi FHN-i əməliyyat istintaq idarəsindən 05 avqust 2014-cü il tarixində ona məxsus fındıq baginda yanğın hadisəsi ilə bağlı toplanmış materialı Xaçmaz RPŞ-nin TB-nə daxil olmuşdur. Aparılmış araşdırma zamanı müyyən olunmuşdur ki, 05 avqust 2014-cu il tarixində Xaçmaz rayonu, Yergüc kəndi ərazisində Maraqlı şəxs1, Maraqlı şəxs2 məxsus pay torpaq sahələrində yanğın hadisəsi baş vermiş, yanğın hadisəsi zamanı onun 20 ədəd 3 illik fındığ ağaclarının yanmış, yanğın nəticəsində ona 840 manat maddi ziyan dəyməsi müəyyən olunmuşdur. Tədqiqat zamanı izahatı alınmış Maraqlı şəxs1 göstərmişdir ki, yanğın onun pay torpaq sahsində baş vermiş, sonradan onunla qonşu olan Maraqlı şəxs2 məxsus pay torpaq sahəsinə keçmiş, yanğın nəticəsində onun fındığ ağacları yanmış və nəticədə ona 700 manat maddi ziyan dəymişdir. Bir daha sübutdur ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin yanında Mənzil İstismar İdarəsinin aqronomu X4 21 sentyabr 2014-cu il tarixli rəyindən də görünür ki, onun bağ sahəsində baş verən yanğın nəticəsində ona 840 manat maddi ziyan dəymişdir. Həmin yanğının cavabdehlər tərəfindən qəsdən törədilməsini hesab edir. Ona görə də cavabdehlərdən 1540 manat mənə dəymiş ziyan, 10.000 manat isə mənəvi zərər tələb edir. Cavabdeh onun torpaq sahəsinə qanunsuz girərək otu biçib aparmışdır. Onun bir neçə dəfə belə qanunsuz hərəkətləri olmuşdur. Məhkəməyə təqdim etdiyi sənədlərin surətlərini polis şöbəsindən əldə etmişdir. Əsillərini əldə etmək üçün Polis Şöbəsinə müraciət etmiş, lakin həmin iş materiallarının məhv edildiyini bildirmişlər. Məhkəmə iclasında mütəxəssis X4 izahatında göstərmişdir ki, yağın baş verən gün tarixi yadında deyildir. Amma dəymiş ziyanla bağlı rəyi o, yazmışdır. Həmin torpaq sahəsinə baxış keçirmişlər və orada olan fındığ kolları yanmışdır. Torpaq sahəsinin yuxarı tərəfindən 840 manat məbləğində İddiaçı, aşağı tərəfindən isə 700 manat məbləğində Maraqlı şəxs2 ziyan dəymişdir. Bununla bağlı rəyi tərəfindən yazılaraq Xaçmaz RPŞ-nin TB-nə təqdim edilmişdir. Rəyin əslini təhqiqatçıya vermiş, onda surəti qalmamışdır. Ona görə məhkəməyə təqdim edə bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, mütəxəssisin izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş 04 iyul 2024-cü il tarixli, 3-13-73/2-18512/24 saylı məktubun məzmunundan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi üzrə xx.xx.2014-cü il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə toplanmış material, Azərbaycan Respublikası DİN-in xx.xx.2005-ci il tarixli, 018 nömrəli əmrinin Q36-001-15, Q03-15 və Q6-001-14 qərarlarına əsasən RPŞ-in arxivində saxlanılan, saxlama müddəti ötmüş praktiki və tarixi əhəmiyyətini itirmiş məxfi və qeyri məxfi əmrlərin, göstərişlərin, qərarların, müxtəlif məsələlərə dair yazışmaların əsasən materialın saxlama müddətdi ötdüyü üçün məhv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci bəndindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tələbində İddiaçı iş materiallarına əlavə etdiyi surət şəklində olan “cinayət işinin rədd edilməsi haqqında” qərarını iddia tələbinin əsaslığını sübut edən fakt kimi göstərsə də, həmin sənədin həqiqiliyi və mövcud olması şübhə doğurur. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənəd işin obyektiv həlli və həmin faktın varlığı barədə güvənli nəticə çıxarmaq üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1302/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1302/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver