Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1305/2021 19.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Gülməmmədova (Neymətova) Günel Aydəmir qızının ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarından görünür ki, iddiaçının tələbi digər şəxsin qeydiyyatdan çıxarılması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehin qeydiyyatdan çıxarılmasına dair ərizə ilə müvafiq polis orqanına müraciət etməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında Azərbaycan Republikası Qanununun 9-cu maddəsində yaşayış yerindən qeydiyyatdan çıxarılmasının əsasları təsbit olunmuşdur. Həmin müddəaya əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan digər hallarla yanaşı, yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Qeyd olunan maddənin məzmunundan ilk növbədə belə aydın olur ki, vətəndaşlar yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanı tərəfindən çıxarılır. Buna əsas kimi isə şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınması (buna dair müvafiq icra hakimiyyəti orqanlarının məlumatları), habelə şəxsin yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi göstərilmişdir. İddiaçı ərizəsindən görünür ki, o, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair tələbi irəli sürməyərək, onun qeydiyyatdan çıxarılmasını tələb etmişdir. Digər tərəfdən iddiaçı qeyd olunan tələblə Xaçmaz rayon Polis Şöbəsinə müraciət etməmiş və birbaşa məhkəmədən cavabdehin mənzil qeydiyyatından çıxarılması məzmununda qətnamə qəbul etməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilsin. İddiaçıya müvafiq polis orqanına müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1305/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1305/2021
19.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver