Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-135/2021 01.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0655 ha torpaq sahəsindən istifadə hüquqlarının itirmiş hesab edilməsi, onların pasport qeydiyyatından həmin evdən və torpaq sahəsindən çıxarılması, eləcə də tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun onlardan müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X5 onun qardaşıdır. O, həyat yoldaşı Cavabdeh2 və oğlu Ələmdar Orucovla birlikdə Xaçmaz şəhəri S.Əskərova küçəsində yerləşən 40 saylı evdə yaşamışdır. Həmin ev onun anası Firaqə Əlimərdanovadan miras qalmışdır. Anası evini və torpağını ona vəsiyyət etmişdir. O, da həm vəsiyyət, həm də digər ailə üzvlərinin razılığı ilə həmin əmlakı öz adına keçirmişdir. O, qardaşı Ramizlə razılaşaraq ona Xaçmaz şəhərində 0,04 ha həyətyanı torpaq sahəsi alması üçün 4500 manat məbləğində pul vermişdir. Qardaşı da notariat kontoruna ərizə vermişdir ki, ondan heç bir tələbi yoxdur və üzərlərinə öhdəlik götürmüşlər ki, özünə ev tikib şərait yaradandan sonra miras evdən çıxacaqlar. Bundan sonra o, anasına məxsus 0,04 ha həyətyanı torpaq sahəsinə bitişik olan 0,0355 ha torpaq sahəsini qanuni yolla Xaçmaz bələdiyyəsi ilə alqısatqı edərək həmin torpaq sahəsinə birləşdirmiş və reyestr idarəsindən 21,7 kv.metr sahəsi olan ev və 0,0655 ha torpaq sahəsinə RX seriyalı ******* saylı çıxarış almışdır. X9 2019-cu ilin may ayında vəfat edmişdir. Qardaşının razılıq ərizəsindən artıq 3 il keçmişdir. O, özünə məxsus həmin evə və torpaq sahəsinə baş çəkməyə gedəndə cavabdehlər onu oraya buraxmırlar və orada tikili tikmək istədiklərini bildirirlər. Bununla onun mülkiyyətçi hüquqları pozulur. Qeyd olunanlarla əlaqədar o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdeh X1 izahatında göstərmişdir ki, iddianı hazırda qəbul etmir. Ona görə ki, o, özü üçün həyətyanı torpaq sahəsi almış və orada ev tikməyə başlamışdır, evin yarısını tikmişdir. İddiaçı ona bir il möhlət versə özü onun evindən və torpağından könüllü çıxacaq. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh2 izahatında iddianı qəbul etməmiş və göstərmişdir ki, iddiaçı onun mərhum ərini içizdirib sənədə imza etdirmişdir. Onun da miras evdən payı var. İddiaçı onu və övladını miras evdən və torpaqdan çıxara bilməz. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh iddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutunun olmadığını göstərmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 1942 saylı 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Orucov X2 rayonu Xaspoladoba kəndində yaşayır. İş materiallarında olan AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən müəyyən olunur ki, Orucov X2 şəhəri S.Əskərova küçəsi 40 saylı ünvanda qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan X5 tərəfindən notariat kontoruna verilən xx.xx.2017-ci il tarixli ərizədən müəyyən olunur ki, onun İddiaçı heç bir tələbi yoxdur və ailəsi ilə birlikdə üzərlərinə öhdəlik götürmüşlər ki, özlərinə ev tikib şərait yaradandan sonra miras evdən çıxacaqlar. İş materiallarında olan DƏDRX-nin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı Çıxarışından müəyyən olunur ki, ünvan 2 saylı fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi İddiaçıdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Beləliklə, işin araşdırılmış hallarından Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin İddiaçı məxsus olduğu və cavabdehlərin həmin evdə yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını pozduqları müəyyən olunur. Buna görə də, iddia tələbi cavabdehlərin Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0655 ha torpaq sahəsindən istifadə hüquqlarının itirmiş hesab edilməsi və onların həmin evdən və torpaq sahəsindən çıxarılmasına dair hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evindən paspoert qeydiyyatından çıxarılmalarına dair hissəsi barədə qeyd edir ki, iddia tələbinin qeyd edilən hissəsi inzibati orqanın üzərinə vəzifə qoyulması ilə bağlı olduğundan həmin hissədə iddia əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutlaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, pasport qeydiyyatından, evdən və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,0655 ha torpaq sahəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu dövlət rüsumu cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada tutlaraq İddiaçı ödənilsin. Bu qətnamə Xaçmaz şəhəri S.Əskərova küçəsi, 40 saylı ünvanda yerləşən ümumi sahəsi 21,7 kv.m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-135/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-135/2021
01.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver