Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-136/2022 24.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdehin iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ailə münasibətləri üzrə mübahisələr nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən olunması və uşaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2012-ci il tarixli rəsmi nikah qeydinin pozulması, birgə nikahlarından olan himayəsindəki xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 600 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2009-cu il tarixdə cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuşdur. Müəyyən səbəblərə görə nikahları xx.xx.2012-ci il tarixdə rəsmiləşdirmişdir. Birgə nikah dövründə 3 övladları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Uzun müddətdir ki, ailə münasibətlərinə tamami ilə son qoymuşlar. Ailə münasibətlərinin pozulmasının səbəbi xasiyyətlərinin uyğun gəlməməsi, cavabdehin ailəyə biganə yanaşması, ailəyə baxmaması və sair kimi hərəkətləri olmuşdur. Nikahları formal xarakter daşıyır. Cavabdehin hərəkətləri dözülməz hal aldığından boşanmaq fikiri qətidir. Ona görə də nikahın pozulması ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Uşaqlar onun himayəsindədirlər ona görə də cavabdehdən aliment tələb edir. Onun vəziyyəti ağırdır, heç bir gəlir yeri yoxdur. Ona görə də 3 uşağın saxlanması üçün 600 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdehin hər-cür imkanı və gəlirləri var. Cavabdeh fərdi işlərlə məşğuldur və onun qazancı müntəzəmdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, birgə nikahdan olan uşaqlarından Günəş və Elgün atalarının, Zəhra isə onun himayəsindədir. Hər üç uşağın onun himayəsinə verilməsini və cavabdehdən uşaqların saxlanması üçün aliment tutulmasını xahiş edir. Barışıq üçün vaxt istəmir, boşanmaq fikri qətidir. Cavabdeh də boşanmağa razıdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli 11/59 saylı rəyinə etirazı yoxdur. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 3 övladları xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. O da boşanmaq istəyir. Ona görə barışıq üçün vaxt verilməsinə ehtiyac yoxdur. Hazırda uşaqlardan Günəş və Elgün onun, Zəhra isə iddiaçının himayəsindədir. O da hər üç uşağın onun himayəsinə verilməsini istəyir. Uşaqlar özləri iddiaçının yanında qalmaq istəmirlər. Ona görə hər üç uşağın onun himayəsinə verilməsini istəyir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli 11/59 saylı rəyinə etirazı olmadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 735476 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 368112 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 084054 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ seriyalı 817271 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli 11/59 saylı rəyindən müəyyən olunur ki, xx.xx.2010-cu il təvəllüdlü X1, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müəyyən olunur. Cavabdeh və İddiaçı fərdi - psixoloji xüsusiyyətlərində azyaşlı uşaqlarının emosional-iradi sferasına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Uşaqlar - X1, X3 və X2 normal psixi inkişafı baxımından hər iki valideyni ilə görüşlərinin və ünsiyyətinin təmin olunması psixoloji cəhətdən məqsədəmüvafiqdir. Boşanmadan sonra uşağın hansı valideynjrıin himayəsində yaşamasının məqsədəuyğun olması və bu halın gələcəkdə uşağın psixoloji vəziyyətinə və psixi inkişafına necə təsir göstərəcəyinin müəyyən olunması məhkəməpsixoloji ekspertizasının səlahiyyətinə aid deyildir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 13 aprel 2022-ci il tarixli Ekspertiza Xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 21.1.-ci maddəsinə müvafiq olaraq, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2.-ci maddəsində göstərilən hallarda nikah, onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1.-ci maddəsinə görə, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.2.-ci maddəsinə uyğun olaraq, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə, nikah pozulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, tərəflər nikahın pozulmasına təkid etdiyindən, onların birgə yaşamaları və ailənin qorunub saxlanması qeyri-mümkün olduğundan iddia bu hissədə təmin olunmalı və tərəflərin aralarındakı rəsmi nikah pozulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.-ci maddəsində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1.-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məhkəmə uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından anadan olan yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvvəllüdlü X2 boşanmadan sonra İddiaçı yanında qalması məqsədəuyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu gündən yəni xx.xx.2021-ci tarixdən başlayaraq Cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 450 manat məbləğində sabit alimentin alınaraq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment tələbi barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment tələbi haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 450 manat müəyyən olunduğundan, iddianın qiyməti 450 manat x 12 aya=5400 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə hesab edir ki iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılmalı, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mülki iş məhkəməyə daxil olunduğu gündən yəni xx.xx.2021-ci tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan cəmi 100 manat pul Cavabdehdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SFİFT BİK CTREAZ.22 hesabına köçürülməlidir. Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixində bağlanmış rəsmi nikah qeydi pozulsun. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvvəllüdlü X6 anası İddiaçı himayəsində saxlanılsınlar. xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mülki iş məhkəməyə daxil olunduğu gündən, yəni xx.xx.2021-ci tarixdən başlayaraq Cavabdehdən hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 450 manat sabit məbləğdə aliment alınaraq İddiaçı verilsin. Cavabdeh 74 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan cəmi 100 manat pul Cavabdehdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SFİFT BİK CTREAZ.22 hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-136/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-136/2022
24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver