Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1381/2020 15.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddiası üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxx 2009-cu il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi və ona verilmiş ünvan 1 20 saylı ünvanda yerləşən 0.04 ha torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına **********94-10301 reyestr nömrəli hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrinin ləğv edilməsi və onun ünvan 1 ev 20 ünvanında mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx xxxxxx 1989-cu ildə cavabdeh qardaşı Cavabdeh2 0.04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün indiki Şəhriyar küçəsi 20 nömrəli evin ərazisi verilmişdir. 1995-ci il tarixdə ona indiki Sara Xatun küçəsi ev 1-də yerləşən 0.04 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün verilmişdir. Qardaşı ilə onun aldığı torpaq sahəsi səhv düşmüşdür. O, səhvən qardaşı Cavabdeh2 adında olan torpaq sahəsində yəni Şəhriyar küçəsi ev 20-də yerləşən fərdi yaşayış binası tikmişdir. Qardaşı Cavabdeh2 isə ona məxsus torpaq sahəsində fərdi yaşayış evi tikmişdir. O, uzun müddət Rusiyada olduğu zaman Cavabdeh2 oğlu Cavabdeh1la razılaşmışlar ki, Şəhriyar küçəsi 20 ünvanında olan torpaq sahəsini bağışlama müqaviləsi ilə Bəxtiyarın adına rəsmiləşdirə bilər. Cavabdehlər öz aralarında razılaşaraq onun tikdiyi evə oğlu Cavabdeh1 adına çıxarış almışlar. Cavabdehlərin belə bir bağışlama əməliyyatı aparmağa hüquqları yoxdur. Onun orada qeydiyyatda olduğuna baxmayaraq onlar saxta yollarla arayış almışlar. Cavabdeh2 onun xəbəri olmadan notariusa gedərək sözü gedən torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini xx xxx 2009-cu ildə Cavabdeh1 bağışlamışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişlər. İş üzrə üçüncü şəxslər DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi və Xaçmaz rayon 1 saylı notariat kontoru rəsmi məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə üçüncü şəxslərin gəlməməsini səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli 797 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, İddiaçı şəhərin 21-ci kvartalından fərdi ev tikmək üçün 400 kv.metr torpaq sahəsi ayrılması haqqında RİHB-nın xx xxxx 1995-ci il tarixli 78 saylı sərəncamına əsasən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli 479 nömrəli arxiv çıxarışından müəyyən olunur ki, Cavabdeh2 Xaçmaz şəhərinin 18-ci kvartalından fərdi ev tikmək üçün Xaçmaz rayon XDS İcraiyyə Komitəsinin 320 saylı qərarına əsasən 400 kv.metr torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan X3 təsdiq edilmiş xx xxx 2009-cu il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 70,4 kv.metr, köməkçi sahəsi 18,6 kv.metr, ümumi sahəsi 89 kv.metr olan 20 nömrəli fərdi yaşayış evini (yarımçıq tikinti) Cavabdeh1 bağışlamışdır. Tərəflər bağışlanan yarımçıq tikilini 6000 manata qiymətləndirmişlər. Həmin bağışlama müqaviləsinə tərəflər imza etmişlər. İş materiallarında olan Xaçmaz şəhər İƏV-nin 37 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 1 20 saylı ev onun adına qeydə alınıb. Pasport qeydiyyatında heç kəs yoxdur. Aşağıdakı ailə üzvləri vardır: Cavabdeh2, X2 və X1. İş üzrə tədqiq edilmiş sənədlərdən, tərəflərin izahatlarından müəyyən olunur ki, Cavabdeh2 ona məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 70,4 kv.metr, köməkçi sahəsi 18,6 kv.metr, ümumi sahəsi 89 kv.metr olan 20 nömrəli fərdi yaşayış evini (yarımçıq tikinti) Cavabdeh1 bağışlamış, həmin müqavilə təsdiqlənməklə müvafiq qeydiyyata alınmışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli bağışlama müqaviləsinin ləğvinə dair tələbini əsaslandıracaq hər hansı əlavə sübutları məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçı qeyd olunan bağışlama müqaviləsi üzrə müqavilənin tərəfi kimi iştirak etməmiş, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421-ci maddəsində (müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları) sadalanan əsasların mövcudluğuna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bağışlama müqaviləsinin tərəfi olmadığından həmin müqavilənin ləğvinə dair iddiası təmin edilməməlidir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddianın digər hissəsi də əsassızdır. Beləliklə məhkəmə araşdırması zamanı və iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində cavabdehlər arasında bağlanmış xx xxx 2009-cu il tarixli bağışlama müqaviləsini mübahisələndirir. Məhkəmədə mübahisələndirilən bağışlanma müqaviləsində iddiaçı tərəf deyildir, qeyd olunan sənədin iddiaçıya heç bir aidiyyəti yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1381/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1381/2020
15.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver