Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1392/2020 04.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı1, İddiaçı2 və onların vəkili X2 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilərək mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum valideynləri X3 və X14, habelə mərhum baba və nənələri X9 və X4 miras qalmış ünvan 2ində yerləşən yaşayış evinə, 0.31 hahəyətyanı, habelə 0.83 ha pay torpaq sahəsinə münasibətdə mirasın tərəflərindən qəbul edilməsi faktını müəyyən etməklə mirasdan paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışlar ki, ünvan 2ində yerləşən 0.31 ha həyətyanı torpaq sahəsi mərhum nənələri X11, mərhum ataları X23 və mərhum anaları X7 məxsus olmuşdur. Onların hüquqları torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa X15 və X8 0,83 ha pay torpaq sahəsi məxsus olmuş, hüquqları torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə rəsmiləşdirilmişdir. Bundan başqa həyətyanı torpaq sahəsinin üzərində 1968-ci ildə tikilmiş yaşayış evi vardır və həmin ev mərhum babaları X12 adına qeydiyyata alınmış və adına qeydiyyat vəsiqəsi işlənmişdir. Həmin evdə hazırda cavabdeh yaşayır. X17 xx.xx.2000-ci ildə, X11 xx.xx.2017-ci ildə, X13 isə xx.xx.2009-cu ildə vəfat etmişlər. Əmir Osmanovun və Aybikə Osmanovanın vəfatından sonra birinci növbəli vərəsə olan ataları İqrar Osmanov qeyd olunan mülkdə yaşamaqla mirası faktiki qəbul etmişdir. Valideynləri xx.xx.1997-ci ildə rəsmi nikah əsasında ailə qurmuşlar. Analarının vəfatından sonra miras onun 1-ci dərəcəli vərəsələri onlar tərəfindən və ataları tərəfindən qəbul edilmişdir. Analarının vəfatından sonra ataları Cavabdeh ilə evlənmiş və bu nikahdan 2012-ci ildə Zəhra adlı övladları olmuşdur. Atalarının xx.xx.2019-cu il tarixdə vəfatından sonra qanunda nəzərdə tutulmuş qaydada və müddətdə mirasın qəbul edilməsi üçün notariat orqanına rəsmi müraciət etmişlər və miras tərəflərindən qəbul edilmişdir. Qeyd olunanlar nəzərə alınmaqla göstərilən əmlakdan payları müəyyən edilməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişlər. İş üzrə cavabdeh və üçüncü şəxslər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatlarını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 216 saylı 30222018 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon X10 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X12 və X5 mülkiyyətinə 0,83 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 130F saylı 30222018 kodlu şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon X10 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarına əsasən X5, Osmanov İqrarƏmir oğlunun və X6 mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan 1988-ci il tarixli, inventar nömrəsi 196, reyestr nömrəsi 269 olan texniki pasportdan və DƏDRX-nin xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinə dair X12 adına 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X17 xx.xx.2000-ci ildə, X11 xx.xx.2017-ci ildə, X13 xx.xx.2009-cu ildə, X23 xx.xx.2019-cu ildə vəfat etmişlər. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37 nömrəli arayışından müəyyən olunur ki, X17 1940-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X24, qızı Gülxar Osmanova, oğlu Etibar Osmanov, qızı Gülbəniz Osmanova, nəvəsi İddiaçı1, nəvəsi İddiaçı2, nəvəsi Zəhra Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu X16 həyat yoldaşı Cavabdeh idarə edir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/1 nömrəli arayışından müəyyən olunur ki, X23 1969-cu il tarixdən xx.xx.2019-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Həyat yoldaşı Cavabdeh, qızı İddiaçı1, qızı İddiaçı2. Ölümündən sonra evi və təsərrüfatı mərhumun həyat yoldaşı Cavabdeh idarə etmişdir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/2 nömrəli arayışından müəyyən olunur ki, X13 1977-ci il tarixdən xx.xx.2009-cu ilədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2009cu il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. Qızları İddiaçı1 və İddiaçı2. Ölümündən sonra evi və təsərrüfatı mərhumun qızları idarə etmişdir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli 37/3 nömrəli arayışından müəyyən olunur ki, X11 1960-cı il tarixdən xx.xx.2017-ci il tarixədək Xaçmaz rayon Susayqışlaq kəndində yaşamış, orada da xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır. X24, qızı Gülxar Osmanova, oğlu Etibar Osmanov, qızı Gülbəniz Osmanova, nəvəsi İddiaçı1, nəvəsi İddiaçı2, nəvəsi Zəhra Osmanova. Ölümündən sonra evi və təsərrüfatı mərhumun oğlu X16 həyat yoldaşı Cavabdeh idarə edir. İş materiallarında olan iddiaçıların notariat kontoruna yazdıqları ərizələrindən görünür ki, ünvan 2i ünvanında yerləşən torpaq sahələrinə və əmlaka qanun üzrə (vəsiyyətnamə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişlər. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisinin 33 nömrəli xx xxxxxx 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, X17, X11, X13 və X14 miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahələrinə və evə dair qanun üzrə vərəsəlik qaydasında adlarına rəsmiləşdirilməsi ilə əlaqədar müraciətə bildirilmişdir ki, vərəsəlik işi ilə əlaqədar təqdim olunmuş hüquq müəyyənedici sənədlər notariat ofisinə tam şəkildə təqdim edilməmişdir və bilavasitə vərəsəlik işi mübahisə xarakteri daşıdığı üçün notariat hərəkətinin aparılması mümkün olmamışdır. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi iddianın predmeti olan miras əmlaklar ilk olaraq iddiaçıların ata və anası tərəfindən faktiki olaraq qəbul edilmiş, onların vəfatından sonra isə iddiaçıların özləri tərəfindən faktiki olaraq qəbul edilmişdir. İş materiallarında olan sənədlərdən də müəyyən olunur ki, X1 və X5 5 övladı olmuşdur. (Sədaqət Osmanova, Gülxar Osmanova, Etibar Osmanov, Gülbəniz Osmanova və İqrar Osmanov) İş materiallarına əlavə olunmuş şəhadətnamədən müəyyən olunur ki, X23 xx.xx.2012-c il tarixdə Osmanova (Əliyeva) Nargilə Əmrah qızı ilə nikaha daxil olmuş və nikahlarından xx.xx.2013-cü il tarixdə bir övladları (X19) anadan olmuşdur. Qeyd olunan sənədlərdən də göründüyü kimi İqrar Osmanov vəfat etdiyi zaman 1-ci növbə üzrə 4 vərəsəsi olmuşdur. (Aynur, Aidə, Nargilə və Zəhra) Həmçinin iş materiallarından görünür ki, Aynur və X22 övladlarıdırlar və 1-ci növbə üzrə vərəsələr hesab olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252.2-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1253.1-ci maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. 1253.2-ci maddəsinə əsasən əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə uyğun olaraq mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd edir ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Beləliklə iş materiallarından, tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıların babası və nənəsi Əmir Osmanovun və Aybikə Osmanovanın vəfatından sonra birinci növbə vərəsələrdən biri olan ataları X26 rayonu Susayqışlaq kəndində yerləşən mülkdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. İddiaçıların analarının və atalarının vəfatından sonra isə miras iddiaçılar tərəfindən faktiki olaraq qəbul edilmişdir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 7-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X12 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş ünvan 2ində yerləşən yaşayış evinin, JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5, X16 və X6 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsinin və JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X12 və X5 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsinin iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən vərəsəlik qaydasında mirası əmlak şəklində qəbul etmələri faktı müəyyən edilsin. JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5, X16 və X6 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X6 paylı mülkiyyətinə düşən 0,1033 ha torpaq sahəsinin - ½ hissəsinə İddiaçı1, ½ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınsın. JN-130F nömrəli 30222018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X5, X16 və X6 mülkiyyətinə verilmiş 0,31 ha torpaq sahəsindən mərhum X16 paylı mülkiyyətinəvə miras payına düşən 0,12396 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınsın. JN 216 saylı 30222018 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X12 və X5 mülkiyyətinə verilmiş 0,83 ha torpaq sahəsindən mərhum X16 miras payına düşən 1/5 hissənin, yəni 0,166 ha torpaq sahəsinin - ¼ hissəsinə İddiaçı1, ¼ hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınsın. X1 “269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən” mülkiyyətində olmuş ünvan 2ində yerləşən yaşayış evindən mərhum X16 miras payına düşən 1/5 hissənin - 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə isə İddiaçı2 vərəsəlik hüququ tanınsın. Qətnamə miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqlarının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.
Məhkəmə qərarları › İş №2(067)-1392/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1392/2020
04.11.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver