Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-140/2024 01.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdehlər Qanuni nümayəndə və Cavabdeh3, cavabdehlərin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X1, Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X1, Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh2 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə hazırlıq iclasına gəlməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə vəsatət göndərərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər iş üzrə icraatın dayandırılması üçün heç bir əsas olmadığını bildirərək vəsatətin təmin edilməməsini və işin baxılmamış saxlanılmasını xahiş etmişlər. Məhkəmə iddiaçının vəsatətini nəzərdən keçirib hesab edir ki, icraatın dayandırılmasına heç bir əsas yoxdur. Belə ki, vəsatətə yalnız Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanlanmış ərizənin surəti əlavə olunub, lakin həmin ərizənin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib-göndərilməməsi, habelə göndərildiyi təqdirdə icraata qəbul edilib-edilməməsi barədə heç bir məlumat yoxdur. Belə olan halda, mülki işin icraatı digər məhkəmənin icraatında işin olması səbəbindən dayandırıla bilməz. Bundan başqa, məhkəmə onu da qeyd edir ki, hazirki mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və artıq 7 aydır ki, məhkəmənin icraatındadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 172.1-ci maddəsinə əsasən işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. Həmin Məcəllənin 172.2-ci maddəsinə görə işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Göründüyü kimi, hazirki mülki iş üzrə qanunvericiliklə müəyyən edilmiş müddət başa çatdığından, iclasın təxirə salınması işin süni şəkildə uzadılmasına səbəb olacaqdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli Qərarın 2-ci bəndində məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X1, Qanuni nümayəndə, Cavabdeh2 və Cavabdeh3 qarşı evdən istifadə hüququnun kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-140/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-140/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver