Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-146/2025 17.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə və "xxxx" KB ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon 1 saylı notariat ofisində 8i-8492 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat ofisində 8İ-8492 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydi üzrə ondan və X2 206 manat 78 qəpik məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik dövlət rüsüumu olmaqla,cəmi 10331 manat 88 qəpik pul tutularaq tələbkar "xxxx" ASC-nin hesabına ödənilməlidir. İcra qeydi ilə razı deyil. O, "xxxx" KB-nın ASC-nin Xaçmaz filialına borcunun bir hissəsini ödəmişdir. İcra qeydi ilə tanışlıqdan sonra ona tam məlum olur ki, bank faiz və cəriməni əsas borca yükləmiş, əsas borcu şişirtmişdir. Lakin notarius onun banka ödənişlərini, faiz və cərimələri əsas borca yükləndiyini nəzərə almadan icra qeydini vermişdir. Bundan basqa icra qeydinin yuxarı hissəsində qeydin tarixi xx.xx.2023-cü ildə aparıldığı, aşağı hissəsində isə xx.xx.2023-cü il tarixdə aparıldığı qeyd edilmişdir. Buradan da icra qeydinin ziddiyətli, qanuna uyğun olmadığı tam görsənir. Əsas borc, faiz və cərimə ilə bağlı ekspertiza təyin olunsa bu zaman onun haqlı olduğu, bank tərəfindən borc məbləğinin şişirdildiyi aydın olacaqdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, düzgün hesablama aparılmamışdır. Sonuncu dəfə 250 manat pul ödəmiş, çıxılacağını demişlər, amma çıxılmamışdır. O, bankdan 2022-ci ildə 10000 manat pul almış, 2000 manat da çox pul ödəmişdir. Amma aldığı məbləğdən də çox pul hesablanmışdır. 1 ay ödəniş etməmişdir. Hər ay 583 manatdan pul ödəməli idi. 600 manat ödəmişdir. 1 dəfə 600 manatdan da çox ödəmişdir. Qeyd olunan ödənişləri hansı aylarda ödədiyini xatırlamır. İş üzrə cavabdehlər "xxxx" KB ASC-nə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılsa da, nümayəndələri heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli 316micXCHZ/22-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Boreverən Borcalana 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32(oluz iki) faiz, minimum İ(bir) ay, maksimum 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək müddət ərzində, bu Müqavilə çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verir və ona bank hesabı (cari, ssııda) açır. Borcaian isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Borsverənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icra qeydindən müəyyən olunur ki, İddiaçı (AA*******, xx.xx.2021 - Asan-Quba; FİN: xxxxxxx; d/t: -3.07.1963), Xaçmaz şəhəri X4 küç. 37 ünvanında qeydiyyatda olan X2 (AA2037272, xx.xx.2020 - Asan-Quba; FİN: 2KQ5HJX; d/t: xx.xx.1985) 316micXCHZ/22 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10100 manat 10 qəpik tutulsun. Bundan əlavə təklif etmişdir ki, borcludan İddiaçı, X2 206 manat 78 qəpik (iki yüz altı manat yetmiş səkkiz qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 10331 manat 33 qəpik (on min üç yüz otuz bir manat səksən səkkiz qəpik) pul tutulsun. Həmin icra qeydi xx.xx.2023 tarixdə aparılmışdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 100 manat rüsum ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspert Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə İddiaçı cavabdeh "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixlərə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: xx.xx.2023cü il (icra qeydinin tərtib edildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 1577,04 manat. xx.xx.2024-cü il (müqavilə müddətinin bitdiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769.23 manat. xx.xx.2024-cü il (iddiaçının iddia verdivi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 164,26 manat. xx.xx.2024- cü il (ekspertizanın təvin edildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 277,42 manat. xx.xx.2025- cü il (ekspertizanın keçirildiyi) tarixə: əsas borc üzrə 8760,68 manat, faiz borcu üzrə 2769,23 manat, 5% hesablanmaqla gecikdirilmiş faiz borcu 472,10 manat. Qeyd edilir ki, tərəflər arasında imzalanmış kredit müqaviləsində cərimə bəndi nəzərdə tutulsa da, təqdim olunmuş iş materiallarında cərimə hesabı üzrə silinmələri özündə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyi üçün İddiaçı sualda soruşulan tarixlərə cərimə borcu hesablanmadı. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən də məlum olur ki, icra qeydində göstərilən məbləğlər düzgün hesablanmış və bu o deməkdir ki, icra qeydinin ləğv edilməsini üçün heç bir əsas mövcud deyil. Belə olan halda, iddia tələbi əsassızdır məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə və "xxxx" KB ASC-nə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-146/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-146/2025
17.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver