Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-147/2020 03.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdehşah qızının iştirakları ilə İddiaçı Cavabdehşah qızına qarşı “Qeyri yaşayış və yaşayış binasının sökülməsi tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehşah qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 21 nömrəli ünvanda cavabdeh tərəfindən yeni tikilən qeyri-yaşayış və yaşayış binasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 A ünvanında yaşayır. Cavabdehşah qızı isə ünvan 21 saylı evdə uzun müddətdir ki, onunla qonşuluqda yaşayır. Bu vaxta qədər aralarında heç bir münaqişələri olmamışdır. Əvvəllər onun həyətindən su arxı axmış, cavabdeh öz çirkab sularını həyətinə axıtmışdır. Su arxı çirkab suları yuyub aparmışdır. Dövlət tərəfindən kanalizasiya çəkildiyi üçün su arxı bağlandıqdan sonra cavabdeh öz çirkab sularını kanalizasiyaya qoşmamış və həmin suları onun həyətinə axıtmaqda davam edir. Çay suyu olmadığına görə cavabdehin axıtdığı çirkab sularının üfunətindən mülkdə oturmaq mümkün olmur. Qonşuların əksəriyyəti çirkab suları kanalizasiyaya axıtmağa başlasalar da, cavabdeh öz çirkab sularını kanalizasiyaya qoşmur. Dəfələrlə ona müraciət etsə də müsbət nəticəsi olmamışdır. Bu səbəbdən o, məcbur olub Xaçmaz rayon Gigiyena və Epidemiologiya Mərkəzinə ərizə yazaraq tədbir görülməsini xahiş etmişdir. Müraciəti əsasında həmin təşkilatın, Xaçmaz bələdiyyəsinin, X6 işçiləri gəlib ərazini yoxlamış və qeyd olunan fakt öz təsdiqini tapdıqdan sonra cavabdehə bu barədə xəbərdarlıq etmişlər. Cavabdeh vəd vermişdir ki, 7 gün ərzində həyətində quyu qazdıracaq və suları həmin quyuya axıdacaqdır. Lakin cavabdeh hakimiyyət nümayəndələrinin də tələbinə baxmamış, öz qanunsuz hərəkətlərini davam etdirməkdədir. O, cavabdehdən çirkab sularını mülkiyyətinə axıtmasına son qoymasını tələb etdikcə o, həyətində əlavə tikintilər apararaq çirkab sularının axıdılmasını daha da çoxaltmışdır. Həyətində evi olmasına baxmayaraq əlavə ticarət obyekti (bərbərxana) inşa etdirərək çirkab sularını onun həyətinə axıtmağa başlamışdır. Onun inşa etdirdiyi obyektlər tikinti norma və tələb qaydalarına ziddir. Bu tikililərin layihə və smeta sənədləri yoxdur. Tikintilər arasında onun evi ilə ara məsafəsi saxlanılmamış, tikintiyə icazə verilməsi barədə qərarın olmaması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilən (9-cu bənd) ara məsəfəsi ilə bağlı müfəssəl qaydaların tələbinə ziddir. Məcburiyyət qarşısında qalaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını, ünvan 21 nömrəli ünvanda Cavabdehşah qızı tərəfindən yeni tikilən qeyri-yaşayış və yaşayış binasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdehşah qızı iddianı qəbul etməyərək izahatında göstərdi ki, ünvan 21 saylı yaşayış evi əri X4 məxsusdur. O, həmin evdə uşaqları ilə birlikdə yaşayır. Özü İİ qrup əlildir. İddiaçı onların qonşularıdır. O, öz həyat yoldaşı X4 məxsus həyətyanı törpaq sahəsində müəyyən tikinti-təmir işləri aparmış, orada əlavə bir otaq tikmiş, başqa şəxsin torpaq sahəsində deyil, kənar sərhədlərə müdaxilə etmədən öz həyətyanı torpaq sahələrində abadlıq işləri görmüşlər. Maddi imkanları olmadığından həmin tikintiyə dair reyestrdən çıxarış sənədi ala bilməmişlər, lakin gələcəkdə apardıqları tikiliyə mülkiyyət sənədi alacaqlar. Onun tərəfindən heç bir qanunsuz tikili aparılmamış və iddiaçının həyətinə tərəfindən heç bir çirkab suları axıdılmamışdır. O, apardığı tikililərə dair müvafiq layihə sənədi almışdır. Onların yaşadıqları evin arxası dərə yatağı olmaqla həyətyanı sahə küçədən çox aşağı səviyyədə olduğundan əraziyə mütəxəssislər dəvət etsə də həyətindən küçə istiqamətinə kanalizasiya xəttinin quraşdırılması texniki cəhətdən mümkün olmamışdır. Digər tərəfdən Xaçmaz şəhərinə kanalizasiya xəttləri quraşdırılarkən onun həyətyanı sahəsi və yaşayış evi çox çökəkdə olduğundan onun yaşadığı ünvan kanalizasıyanın çəkiliş layihəsinə salınmamışdır. Bu səbəbdən o, mütəxəssislərin məsləhəti ilə öz hesabına evin arxa hissəsində kanalizasiya quyusu qazıtdırmış və üstünü bağlatdırmış, evinin və həyətində olan tikililərin kanalizasiya və yağış sularını kanalizasiya boruları vasitəsilə həmin quyuya axıdır, quyu dolduqda suyu oradan çəkdirir. İddiaçının çirkab su adlandırdığı sular yağış sularıdır, həmin sular da yığılaraq quyuya axır və iddiaçının mülkiyyətinə aid əmlaklara heç bir zərər yetirmir. Onun həyətindən iddiaçının həyətinə heç bir çirkab və digər sular axmır. İddiaçı ona qarşı qərəzli münasibətdə olduğundan hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddianın əsassız olduğundan təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MA seriyalı, ******* nömrəli, **********11-10301 reyestr nömrəli, xx xxxxxxx 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 21 A saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan may 1998-ci il tarixli, 3741 inventar nömrəli, 4423a reyestr nömrəli fərdi yaşayış evinə dair texniki pasportun surətindən görünür ki, ünvan 21 saylı ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı Cavabdehşah qızının əri X2 adına qeydə alınmışdır. İş materiallarında olan «ARCHİPLANS» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanaraq təsdiq edilmiş layihə-planlaşdırma sənədinin surətindən görünür ki, ünvan 21 saylı ünvanda yerləşən X2 həyətyanı torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi layihələndirilmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Təhmasmib Kərimovun xx xxxx 2020-ci il tarixli, 4078 saylı rəyinin nəticə hissəsindən görünür ki, Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyriyaşayış sahəsi və yaşayış sahəsi lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur. Tikinti işləri aparılmış ərazi 4m x 10m ölçüdə olmaqla 40 kv.m sahəni əhatə edir və cavabdehin həyətinə giriş qapısının sol tərəfində, iddiaçıya məxsus olan fərdi yaşayış evindən 1-1,5 m aralıda inşa edilmişdir. Eyni zamanda sözügedən tikilinin arxa hissəsində 2,6m x 2,4m ölçüdə kanalizasiya quyusu inşa edilmişdir. Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda, həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyri-yaşayış sahəsi və yaşayış sahəsinin çirkab suları kanalizasiya boruları vasitəsilə həmin tikilinin arxasında inşa edilmiş 2,6m x 2,4m ölçüdə olan kanalizasiya quyusuna axıdıldığı müəyyən olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdehşah qızının yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz tikintilər aparmış, cavabdeh bu tikintilərin, eləcə də yaşayış evinin çirkab sularını onun həyətinə axıtmaqla onun mülkiyyətinə qəsd edən hərəkətlərə yol verir. Bu səbəbdən iddiaçı cavabdehin yaşadığı evin və evin yerləşdiyi həyətyanı sahəsində apardığı tikililərin sökülməsini xahiş edir. Cavabdehşah qızı öz etirazını onunla əsaslandırmışdır ki, yaşadığı ünvan 21 saylı evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində olan tikililərin çirkab suları tərəfindən İddiaçı yaşadığı evin həyətinə axıdılmır, onun yaşadığı evin və evin həyətində olan tikililərin yağış və çirkab suları borular vasitəsilə həyətindəki tikililərin arxasında qazıtdırdığı kanalizasiya quyusuna axır və iddiaçıya heç bir maneçiliyi və zərəri toxunmur, həyətyanı torpaq sahəsində apardığı tikililər müvafiq qaydada layihələndirilmiş, həmin tikililərə dair gələcəkdə mülkiyyət sənədi alacaqdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Göründüyü kimi bu zaman İddiaçı üzərinə Cavabdehşah qızının yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz tikintilər aparmasını, cavabdehin bu tikintilərin, eləcə də yaşayış evinin çirkab sularını onun həyətinə axıtmaqla onun mülkiyyətinə qəsd edən hərəkətlərə yol verməsini sübutetmə yükü düşür. Əksinə olaraq, Cavabdehşah qızının üzərinə yaşadığı ünvan 21 saylı evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində olan tikililərin çirkab sularının tərəfindən İddiaçı yaşadığı evin həyətinə axıdılmamasını, onun yaşadığı evin və evin həyətində olan tikililərin yağış və çirkab suları borular vasitəsilə həyətindəki tikililərin arxasında qazıtdırdığı kanalizasiya quyusuna axıtdığını və iddiaçıya heç bir maneçiliyi və zərəri toxunmadığını, həyətyanı torpaq sahəsində apardığı tikililərin müvafiq qaydada layihələndirildiyini sübutetmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmüşdür ki, Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyri-yaşayış sahəsi və yaşayış sahəsi lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun aparılmadığı müəyyən olunmuşdur. Tikinti işləri aparılmış ərazi 4m x 10m ölçüdə olmaqla 40 kv.m sahəni əhatə edir və cavabdehin həyətinə giriş qapısının sol tərəfində, iddiaçıya məxsus olan fərdi yaşayış evindən 1-1,5 m aralıda inşa edilmişdir. Eyni zamanda sözügedən tikilinin arxa hissəsində 2,6m x 2,4m ölçüdə kanalizasiya quyusu inşa edilmişdir. Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda, həyətyanı torpaq sahəsində tikdiyi kommersiya məqsədləri üçün olan qeyriyaşayış sahəsi və yaşayış sahəsinin çirkab suları kanalizasiya boruları vasitəsilə həmin tikilinin arxasında inşa edilmiş 2,6m x 2,4m ölçüdə olan kanalizasiya quyusuna axıdıldığı müəyyən olunmuşdur. Beləliklə məhkəmə tədqiqatı zamanı İddiaçı iddia tələbinin əsası kimi irəli sürdüyü hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı cavabdehin mülkiyyətinə qəsd edən hərəkətlərə yol verməsinin əsasını təşkil edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə olaraq aparılmış məhkəmə araşdırması zamanı iş materialları ilə Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda yerləşən yaşayış evinin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində olan tikililərin yağış və çirkab sularının cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 21 A saylı ünvanda yerləşən evin həyətinə axıdılmadığı, cavabdehin yaşadığı evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsində mövcud olan tikililərin yağış və çirkab sularının kanalizasiya boruları vasitəsilə həyətində qazdırmış olduğu kanalizasiya quyusuna axıdıldığı öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə araşdırması zamanı ekspert rəyi ilə Cavabdehşah qızı tərəfindən yaşadığı ünvan 21 saylı ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmadan tikinti işləri aparıldığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmadan tikinti işləri aparması iddiaçının maraqlarına toxunmur, cavabdeh lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmayan tikilini yaşadığı evin həyətyanı torpaq sahəsində aparmışdır, cavabdehin apardığı tikinti «ARCHİPLANS» Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən müvafiq qaydada layihələndirilmişdir. Həmçinin məhkəmə hesab edir ki, ekspert rəyi ilə Cavabdehşah qızının yaşadığı ünvan 21 saylı ünvanda yerləşən yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsində lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmadan tikinti işləri apardığı müəyyən olunsa da bu hal iddiaçının maraqlarına toxunmadığından həmin tikililərin sökülməsinin mübahisələndirilməsi lazımi icazə alınmaqla şəhərsalma və tikinti normalarına uyğun olmadan aparılan tikililərə nəzarət funksiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aiddir. Bundan əlavə məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının sökülməsini mübahisələndirdiyi ünvan 21 saylı ünvanda yerləşən fərdi yaşayış evi qanunsuz tikinti deyildir, həmin fərdi yaşayış evinə dair 1998-ci ildə cavabdehin əri X3 adına texniki pasport işlənmiş, həmin texniki pasport həmin vaxt fəaliyyət göstərmiş Xaçmaz rayon Dövlət Texniki İnventarlaşdırma Mülkiyyət X1 tərəfindən müvafiq qaydada inventarlaşdırılmaqla qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə İddiaçı Cavabdehşah qızına qarşı qeyri yaşayış və yaşayış binasının sökülməsi tələbinə dair iddiası təmin edilə bilməz. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdehşah qızına qarşı qeyri yaşayış və yaşayış binasının sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. İddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 20 manat pul iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev