Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1477/2024 03.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdeh sədr səlahiyyətlərini icra edən hakim Xıdır Quliyevə qarşı qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(105)-840 saylı qətnamə, qərardadın, xx.xx.2021-ci il tarixli 2(102)-6100 saylı qərarın ləğvinə, tələblərinin cavabdeh X1 üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh sədr səlahiyyətlərini icra edən hakim Xıdır Quliyevə qarşı qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(105)-840 saylı qətnamə, qərardadın, xx.xx.2021-ci il tarixli 2(102)-6100 saylı qərarın ləğvinə, tələblərinin cavabdeh X1 üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh qismində Xaçmaz Rayon Məhkəməsinin sədr səlahiyyətlərini icra edən hakim Xıdır Quliyevi qeyd etsə də, qanuni qüvvədə olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-840/2021 saylı qətnaməsinin, Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-447 saylı qərardadının ləğv edilməsini, bundan başqa suvarma suyunun maneəsiz veriməsi tələblərinin cavabdeh X2 üzərinə vəzifə olaraq qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə qanuni qüvvəyə minmiş Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-840/2021 saylı qətnaməsi və Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)-447 saylı qərardadı mövcud olduğundan, həmin məhkəmə aktlarının ləğv edilməsi məsələsinə baxılması qeyri mümkündür. Ona görə də həmin tələblər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. MPM-nin 153.5.-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Eyni zamanda iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan iddia tələbləri ilə əlaqəsi olmayan digər bir tələbi, yəni suvarma suyunun maneəsiz verilməsi tələblərinin cavabdeh X2 üzərinə vəzifə olaraq qoyulması tələbini birləşdirmiş, lakin bu zaman üzərinə vəzifə qoyulmasını xahiş etdiyi X3 iddia ərizəsində cavabdeh qismində qeyd etməmişdir. MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə ...cavabdehin və ...soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməliodir. MPM-nin 149.3.-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-nin 152.1.7.-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən iddiaçıya izah olunmalıdır ki, suvarma suyunun maneəsiz verilməsi tələblərinin cavabdeh X2 üzərinə vəzifə olaraq qoyulması tələbində yol verdiyi nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 153 və 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh sədr səlahiyyətlərini icra edən hakim Xıdır Quliyevə qarşı qanuni qüvvədə olan xx.xx.2021-ci il tarixli, 2(105)-840 saylı qətnamə, qərardadın, xx.xx.2021-ci il tarixli 2(102)-6100 saylı qərarın ləğvi və cavabdeh X1 üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər. HAKİM: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №2(067)-1477/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1477/2024
03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver