Məhkəmə qərarları › İş №2(067)-1478/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1478/2024

03.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1478/2024 03.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı cavabdeh İsmayıl Abdurəhmanlıya qarşı rəsmi nikah qeydinin pozulmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İsmayıl Abdurəhmanlıya qarşı rəsmi nikah qeydinin pozulmasına dair qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Bel ki, iddia ərizəsindən və əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırki tələbi ilə bağlı Xaçmaz rayon məhkəməsinin keçmiş sədri olmuş hakim İsmayıl Abdurəhmanlını cavabdeh qismində qeyd etməklə, arvadı X1 ilə aralarında olan xx.xx.1993-cü il tarixli rəsmi nikah qeydinin pozulmasına dair qətnamə qəbul etməsini tələb etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı X2 ilə xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuşlar. Həmin nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli 2-69 saylı qətnaməsi ilə pozulmuş və qətnamə xx.xx.2005-ci il tarixdə qanunui qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, göstərilən tələblər üzrə araşdırmanın aparılması məhkəmənin səlahiyyətlərinə aid deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 153, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh İsmayıl Abdurəhmanlıya qarşı rəsmi nikah qeydinin pozulmasına dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar