Məhkəmə qərarları › İş №2(067)-1496/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1496/2024

12.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1496/2024 12.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Mirhəsən qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondunun nümayəndəsi X9 iştirakları ilə İddiaçı Cavabdehna qarşı qulluq edilmə faktının müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, mərhum anası 1921-ci il təvəllüdlü, İ qrup əlil X10 onun 70 yaşından sonra öldüyü xx.xx.2007-ci il tarixədək tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1959-cu ildə Xaçmaz şəhərində doğulmuşdur. 1977-ci ildə X16 ilə ailə qurmuşdur və bu nikahdan bir övladı vardır. 1978-ci ildə boşanaraq ata evinə qayıtmış və hal-hazıradək ata evində yaşayır. X1 1909-cu il təvəllüdlü olmaqla xx.xx.1950-ci ildə 1921-ci il təvəllüdlü Cəmiyeva (Yəhyayeva) Gülbanı Mirzə qızı ilə ailə qurmuşlar. Atam X2 Vətən Müharibəsi iştirakçısıdır, 1941-1945ci illlərdə döyüşlərdə iştirak etmişdir. O, 1 qrup əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. X37 Ekspert Komissiyasının müvafiq rəyində göstərilir ki, İ qrup əlil olmaqla kənar şəxsin qulluğuna ehtiyacı vardır. X4 da İ qrup ümumi xəstəlikdən əlil olmaqla əlavə köməyə ehtiyacı olmuşdur. Bu da X37 Ekspert Komissiyasının müvafiq rəyində öz əksini tapmışdır. Hər iki valideyni ilə birgə yaşamış, 70 yaşlarından sonra onların hər ikisinə o, baxaraq, qulluq etmişdir. Həqiqətən də 70 yaşlarından sonra qoca və xəstə valideynlərimnə qulluq etməyi, onlara baxmağı və ehtiyaclarının ödənilməsini tərəfindən edilməsi qonşuların iştirakı ilə tərtib edilmiş və inzibati ərazi nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 2736 saylı rəsmi aktla təsdiqini tapır. Hazırda onun 65ə yaxın yaşım var. Yaxın vaxtlarda pensiyaya çıxacağam, sığorta stajın müəyyən edilməsi pensiya məsələsinin həlli üçün əhəmiyyət kəsb edir. Belə ki, onun 22 il 6 ay sığorta stajı vardır. Əmək pensiyası almaq üçün əmək stajı çatmır. Ahıl valideynlərinə, yəni yaşları 70dən sonra onlara qulluq etdiyi müddət sığorta stajına daxil ediləcəyi halda tam əmək pensiyası almaq hüququ əmələ gələcəkdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialına etdiyi müraciətə 15 mart 2024-cü il tarixli, 3-17- 1/2-J-64618/2024 saylı cavab məktubunda göstərilir ki, sığorta stajı 19 il 11 ay 18 gün təşkil edir. Valideynlərinə qulluq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim ediləcəyi təqdirdə pensiya təminatı hüququna yenidən baxıla bilər. İkincisi, o, 2001-ci ildən sonra, yəni İ qrup əlil olan X4nın xx.xx.2007-ci il tarixdə vəfat edən gününə qədər ona qulluq göstərmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı Xaçmaz rayon Məhkəməsinə 18 aprel 2024-cü il tarixli etrizaz ərizəsi ilə müraciət edərək, İddiaçı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi" tələbinə dair 2(067)-1496/2024 nömrəli iş üzrə ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı etiraz ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlü İddiaçı mərhum valideyni 1921-ci ii təvəllüdlü X10 70 yaşının tamam olduğu tarixdən vəfat etdiyi tarixədək qulluq etmə faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və digər fəaliyyət müddətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1,3-cü bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamma səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153,2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və va digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qevri-mümkünlüyü nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmişdir. Həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsini vaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə ki, sözügedən məcəllənin 310-cu maddəsində ərizənin məzmunu və ərizəyə baxılması qaydası qeyd edilmişdir ki, həmin qaydaya əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin İddiaçıyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri iddiaçının ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Qeyd etmək istəyir ki, İddiaçıyə məxsus 10 aprel 1984-cü il tarixli əmək kitabçasından görünür ki, o, 16.08,1979-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin, X6 X7 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli 59 nömrəli arayışdan görünür ki, İddiaçı 19,11,2001-cİ il tarixədək əmək müqaviləsi əsasında işləmişdir. Göründüyü kimi, İddiaçı anasına qulluq etdiyini ərizə etdiyi dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur və bu səbəbdən İddiaçı həmin dövrlər ərzində həm işləyib, həm də anasına qulluq edə bilməzdi. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, həm qanunvericiliyin, həm də Ali Məhkəmənin Plenumunun sözügedən Qərarına asasan iddiaçının hüquqi fakt qismində müəyyən etmək istədiyi tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia ərizəsini müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ondan başqa iki bacısı vardır. Valideynlərinin evində yaşamış və 1-ci qrup əlil olan atasına və anasına o, baxmışdır. Ailə qurmuşdur, lakin cəmi 1 il 6 ay ailləli olmuşdur. 19 yaşından valideynlərinin himayəsində olmuş, onlar xəstə olduğuna görə ikinci dəfə ailə qurmamışdır. 2001-ci ilə qədər Mərkəzi Poçtda işləmiş və 22 il iş stajı vardır. 25 il iş stajı təsdiqləndiyi üçün əmək pensiyası ala bilmir. Bu səbəbdən də ərizə təəbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi fondunun nümayəndəsi X17 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, arayış 2024-cü ildə tərtib olunmuşdur. Ali Məhkəmənin qərarına əsasən aktlar və arayışlar quuluq edilən şəxsin sağ olarkən verilməlidir. İddiaçı xəstəyə, ahıla qulluq edərkən eyni zamanda da işləmişdir. 2001-ci ildə işləməsə belə aktları mötəbər sübut hesab edə bilmirlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 ifadəsində göstərmişdir ki, İddiaçı qonşusu, həm də qohumudur. İddiaçının xəstə anasına qulluq göstərdiyini təsdiq edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 ifadəsində göstərmişdir ki, iddiaçının xəstə anasına və atasına qulluq göstərdiyini təsdiq edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qanunda şəxsin öhdədə olması faktının müəyyən edilməsi nəzərdə tutulub. Mövcud qanunvericilikdə bu faktın qeyri-məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmayıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İE seriyalı 452048 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X18 1921-ci ildə doğulmuşdur. Onun atası X27, anası X14r. İE seriyalı 066843 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 ilə X19 xx.xx.1950-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar. İV-CQ seriyalı 371101 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X11 xx.xx.1992-ci ildə ölmüşdür. AZ-İ seriyalı 238795 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 xx.xx.2007-ci ildə ölmüşdür. xx.xx.1992-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, X13 İ qrup əlildir. xx.xx.1991-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, X11 İ qrup əlildir. xx.xx.2005-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir. xx.xx.2006-cı il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir. xx.xx.2007-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir. xx.xx.2008-ci il tarixli əlillik haqqında arayışdan müəyyən olunur ki, İddiaçı İİ qrup əlildir. İddiaçı əmək kitabçasından müəyyən olunur ki, o, xx.xx.1979-xx.xx.1980-cı, xx.xx.1981-xx.xx.1982-ci, xx.xx.1982-xx.xx.1983-cü, xx.xx.1984-xx.xx.2000-ci, xx.xx.2000xx.xx.2001-ci illərdə müxtəlif idarələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının arayışından müəyyən olunur ki, İddiaçı 2-ci qrup əlildir. AZ-İ seriyalı, 238795 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 22 may 2007-ci il tarixdə vəfat etmişdir. Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 aprel 2024-cü il tarixli, 1056 saylı arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən ünvan 1 ünvanında yaşayır, mrəhum X15 xx.xx.1992-ci ildə vəfat etmiş, X13 xx.xx.2007-ci ildə vəfat etmişdir. Vəfat edən günə kimi onlar qızı İddiaçı himayəsində olmuşdurlar. Cavabdeh Xaçmaz rayon Məhkəməsinə ünvanladığı 05 iyul 2024-cü il tarixli, 3-17- 1/2-155863/2024 saylı məktubdan müəyyən olunur ki, Nazirliyin elektron informasiya ehtiyatlarındakı (pensiya, sosial müavinət, təqaüd) məlumatlara əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yaşa görə sosial müavinət təyin edilib və ödənişi davam etdirilir. 01.01,2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarında məktubda qeyd etdiyiniz istiqamət üzrə 1991-2001-ci və 2001-2007-ci illərdə 70 yaşdan yuxarı şəxsə qulluq edənlərə pensiya, müavinət və təqaüd ödənilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4- cü maddəsinə əsasən ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Məhkəmənin gədiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci bəndində məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir. Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.8-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı ahıllara qulluq dövrü patronajın təyin edilməsi barədə qərar, qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələr və qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən sosial sığorta stajına daxil edilir. Əmək pensiyaları haqqında Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı 1977-ci ildə X16 ilə nikaha daxil olmuş, 1978-ci ildə nikahına xitam verərək valideyinlərinin yanına köçmüş və hal-hazıra qədər orada yaşamaqdadır. İddiaçı atası X11 05 iyun 1992-ci il tarixdə, X4 isə 22 may 2007-ci il tarixdə vəfat etmişlər. Vəfat edən günə kimi onlar qızları İddiaçı himayəsində olmuşlar. Bu hal Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 aprel 2024-cü il tarixli, 1056 saylı arayışı ilə sübuta yetirilir. Bundan başqa iş materialları ilə müəyyən olmuşdur ki, X13 İ qrup əlil olmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.4-cü bəndindən müəyyən olunur ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Belə ki, Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 aprel 2024cü il tarixli, 1056 saylı arayışından və şahidlərin də ifadələrindən göründüyü kimi, İ qrup əlil, ahıl 1921-ci il təvəllüdlü X13 2001-ci ildən İddiaçı öhdəsində olmuşdur. Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə tələbə qarşı etiraz ərizəsini göndərmiş və həmin etirazında tələbə qarşı dəlillərinin əsası kimi iddiaçının anasına qulluq etdiyini göstərdiyi dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmasını və bu səbəbdən iddiaçının həmin dövrlər ərzində həm işləyib, həm də anasına qulluq edə bilməsinin mümkün olmadığını qeyd etmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 1979-cu ildən 2001-ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuş, ahıl anasına qulluq etdiyi 2001-2007-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmamış, anası 2001-ci ildən iddiaçının öhdəsində olmuşdur. Buna baxmayaraq, Cavabdeh qeyd olunan halı nəzərə almayaraq, 1991-2001-ci və 2001-2007ci illərdə 70 yaşdan yuxarı şəxsə qulluq edən şəxs kimi iddiaçıya pensiya təyin etməmiş, eyni zamanda ahıl şəxsə (yaşı 70-ə çatmış şəxsə) qulluq edilməsi müddətini iddiaçının sığorta stajına daxil etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı qərarlarının 16.1-ci bəndinə əsasən inzibati mübahisələr hüquqi təbiətinə görə mülki mübahisələrdən (kommersiya mübahisələrindən) fərqli olduğundan mülki tələblər (kommersiya mübahisələri üzrə tələblər) inzibati məhkəmə icraatı qaydasında qaldırılan ərizəlarla, inzibati ərizə tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan ərizəlarla birləşdirilə və onlara birgə baxıla bilməz. Həmin qərarın 16.2-ci bəndinə əsasən inzibati-iqtisadi İnzibati məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş ərizə ərizəsindəki tələblərdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, ərizənın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, əizəçiyə mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iddiaçının tələbi ilə bağlı onu da qeyd edir ki, iddiaçı tələbində 1921-ci il təvəllüdlü ahıl, İ qrup əlil X4na onun 70 yaşından sonra öldüyü xx.xx.2007-ci il tarixədək tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, məhkəmə bu tələbin tam təmin edilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, əmək kitabçasının surətindən də göründüyü kimi iddiaçı 1979-cu il tarixdən 2001-ci il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ona görə də iddiaçının işlədiyi müddət ərzində anasına qulluq etmə faktınının təsdiqi məsələsinə birinci intansiya məhkəməsində baxıla bilməz. Bu məsələ inzibati məhkəmənin səlahiyyətində olduğuna görə məhkəmə tələbin bu hissədə təmin edilməsini məqsədə müvafiq saymır. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının izahatı, şahidlərin ifadələri və yazılı sübutlarla iddiaçının 2001-ci il tarixdən etibarən əmək fəaliyyəti ilə məşğul olmamaqla 1921-ci il təvəllüdlü ahıl X4na qulluq etməsi faktı öz təsdiqini tapdığına görə və qanunvericilikdə şəxsin öhdədə olması faktının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən müəyyən edilməsi nəzərdə tutulduğundan, iddia tələbi bu hissədə təmin edilməli və 1921-ci il təvəllüdlü, ahıl X8 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktı müəyyən edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddai tələbi qismən təmin edilməli və 1921-ci il təvəllüdlü, ahıl X8 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktı müəyyən edilməli, tələbin qalan hissəsi ilə bağlı iddiaçının inzibati məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, ərizə tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizə ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1921-ci il təvəllüdlü, ahıl X8 2001-ci ildən vəfat etdiyi 22 may 2007-ci il tarixədək İddiaçı öhdəsində olması faktı müəyyən edilsin. Tələbin qalan hissəsi ilə bağlı iddiaçının inzibati məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar