Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-15/2022 10.03.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələbi və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Xaçmaz rayonu Gödəkli kəndində yerləşən və cavabdeh X12 qanunsuz sahibliyindən 0,30 ha torpaq sahəsinin qaytarılmaqla mülkiyyətində olan torpaq sahəsinin tamlığının bərpa olunması və torpaq sahəsində əkilmiş fındıq ağaclarından fındığı və otu yığmaqla ona vurulmuş 3000 manat maddi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1.76 ha torpaq sahəsi ayrılmışdır və həmin vaxtdan torpaq sahəsindən istifadə edirlər. Bu yaxınlarda torpaq sahəsi üzrə qonşuları X18 onlara qarşı guya onun istifadəsində olan torpaq sahəsinin onlar tərəfindən istifadə edilməsi barədə iddia qaldırmışdır. Cavabdehin bu iddiası Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmişdir. Bundan sonra onlar torpaq sahəsinin ərazisini və tamlığını müəyyən etmək üçün Dövlət Reyestr Xidmətinin əməkdaşına torpağın ərazisini ölçdürdükdə onlara ayrılmış torpağın 0.30 ha sahəsinin onların istifadəsində olmadığı müəyyən edilmişdir. Onların torpaq sahəsi üzrə qonşu olan X18 qanunsuz olaraq torpaq sahəsini zəbt etmişdir, bağda olan otu çalır və fındığı yığır. O, zəbt olunmuş sahənin boşaldılması üçün cavabdehə, Polis İdarəsinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etsə də, həmin idarənin əməkdaşları gəlib torpaq sahəsini ölçdükdə cavabdeh gəlməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə müraciət etmişdir və iddianın təmin edilməsini xahiş edir. İddiaçı nümayəndəsi X9 ərizə ilə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən cavabdeh X12 əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X9 iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş, 0.18 ha torpaq sahəsinin qanunsuz sahiblikdən alınaraq istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ona və ailə üzvlərinə Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1.76 ha torpaq sahəsi ayrılıb. Torpaq qonşusu X18 onun 0,18 ha torpaq sahəsini zəbt edib. X17 torpaq sahəsini Cavabdeh satın alıb. O, torpaq sahəsinin geri qaytarılmasını xahiş edir. İddia ərizəsində cavabdehin 0,30 ha torpaq sahəsindən qanunsuz istifadə etdiyini qeyd etmişdir, amma faktiki olaraq cavabdeh tərəfindən onun 0,18 ha torpaq sahəm istifadə olunur. 0,18 ha torpaq sahəsi mülkiyyətində olan 1.76 ha torpaq sahəsinin tərkib hissəsidir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh onun həyat yoldaşıdır. Onların mülkiyyətində olan 0,57 ha torpaq sahəsinə dair Cavabdeh adına mülkiyyət sənədi var. Qeyd olunan torpaq sahəsini onlar X3 almışlar, o, da həmin torpaq sahəsini vaxtilə iddiaçının nəvəsindən satın alıb. 0,57 ha torpaq sahəsi onun özünün mülkiyyətimdə olan torpaq sahəsi ilə yanaşı yerləşdiyinə görə oranı satın almışlar. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunub və rəy alınıb. Ona görə də hesab edir ki, yenidən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmasına zərurət yoxdur. İddianın rədd edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.11.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 0.57 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə cavabdeh X15 məxsusdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2020-ci il tarixli 10/3717 nömrəli rəyinə əsasən Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsindən cavabdeh X18 tərəfindən istifadə edilirmir və Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.11.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışa əsasən cavabdeh X15 məxsus olan 0.57 ha torpaq sahələri üst-üstə düşmür. İş materiallarında olan Ekspertiza xərclərinə dair 14.12.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23.09.2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında olmuş 2(067)- 51/2021№-li mülki işin qərardadındakı sualların cavablandırılması zamanı məlum olduki, mübahisəli torpaq sahəsi cavabdeh X18 tərəfindən istifadə olunmur və mübahisə predmeti olan həmin torpaq sahəsinin mülkiyyət və istifadə hüququ başqa şəxsə aiddir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Xaçmaz Rayon Məhkəməsinin icraatında 2(067)-51/2021№-li mülki işin qərardadındakı sualda qoyulmuş X1 və ailə üzvlərinə ayrılmış 1.76 ha torpaq sahəsi ilə ƏMDX elektron baza materiallarındakı məlumatlara əsasən iddiaçının torpaq sahəsinin ölçüləri arasında fərq yrandığından və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.11.2013-cü il tarixli, RX seriyalı ******* saylı, **********68 reyestr nömrəli çıxarışın mülkiyyətçisi X18 deyil digər mülkiyyətçi olduğundan bu sualın cavablandırılması mümkün olmamışdır. İş materiallarında olan Ekspertiza xərclərinə dair 23.09.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN 157, KOD 30204028 saylı aktdan müəyyən olunur ki, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində iddiaçı X2 və ailə üzvlərinə 1.76 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan AZE 0******* seriya nömrəli notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı, soyadı və atasının adı İddiaçıdur. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24 iyun 1998-ci il tarixli qərarına əsasən ona və ailə üzvlərinə Xaçmaz rayonunun Gödəkli kəndi ərazisində 1.76 ha torpaq sahəsinin verilməsini əsas gətirərək, həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə etməsini və mülkiyyətində olan torpağın tamlığını bərpa edilməsini xahiş etsə də, yuxarıda göstərilən sənədlərdən açıq-aşkar görünür ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasını təsdiq edən hüquqi sənəd mövcud deyil. Belə ki, iş materiallarında olan AZE 0******* seriya nömrəli notarial qaydada təsdiq olunmuş şəxsiyyət vəsiqəsinin surətində iddiaçının adı İddiaçı qeyd olunsa da, iş materiallarında iddiaçının ehtimalına görə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən Torpağın mülkiyyətə verilməsinə dair JN 157, KOD 30204028 saylı aktda əsasən 1,76 ha torpaq sahəsi Xaçmaz rayonu, Gödəkli kənd sakinləri X2, X10 və X4 verilmişdir. Məhkəmə İddiaçı Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən 1,76 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin olmadığını nəzərə alaraq, həmin torpaq sahəsindən 0,18 ha hissəsini özgənin qanunsuz istifadəsində olmasına dair iddia tələbi ilə müraciət etməyə subyektiv hüququn olmaması kimi qiymət verir və iddia tələbinin rədd olunması qənaətinə gəlir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X14 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1.-ci madəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi əsassız hesab olunduğundan rədd edilməlidir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan cəmi 100 manat pul İddiaçıdan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SFİFT BİK CTREAZ.22 hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan cəmi 100 manat pul İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SFİFT BİK CTREAZ.22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-15/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-15/2022
10.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver