Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1500/2021 04.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə «İddiaçı” Sığorta ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : «İddiaçı" Sığorta ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Chevrolet Cruze” markalı 90NP436 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1397.03 manat sığorta ödənişi və iddia ərizəsinin verilməsi ilə bağlı 30.40 manat dövlət rüsumu, cəmi 1427.43 manatın Cavabdeh tutularaq iddiaçı «İddiaçı" Sığorta ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 03.07.2013-cü il tarixində idarə etdiyi Vaz 21074 markalı 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobil ilə “Chevrolet Cruze” markalı 90NP436 dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş hadisə zamanı Cavabdeh təqsiri olması Xaçmaz rayon DYPŞ-nin 03.07.2013-cü il tarixli 964479 saylı İnzibati Xəta haqqında protokolunda öz əksini tapmışdır. İddiaçı Sığorta ASC tərəfindən sığortalanmış «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilə 6465 manat maddi ziyan dəymişdir. Sığorta hadisəsi ilə bağlı VAZ 2107 markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortası olan “xxxx” Şirkəti tərəfindən 4767.98 manat ödənmişdir. İddiaçı Sığorta ASC tərəfindən zərər aradan qaldırılaraq azadolma məbləği çıxılmaqla 1397.02 manat ödəmişdir. Ona görə də «İddiaçı" Sığorta ASC tərəfindən ödənilmiş 1397.02 manatın cavabdehdən tutularaq iddiaçı «İddiaçı" Sığorta ASCnin xeyrinə verilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı «İddiaçı" Sığorta ASC məhkəmənin ünvanına teleqram göndərərək işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin ünvanına etiraz ərizəsi göndərərək, mülki işə onun iştirakı olmadan baxılmağı və ona qarşı olan iddianın iddia müddətini tətbiq etməklə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq etməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 12.05.2012 saylı fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsindən müəyyən olunur ki, «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta ASC tərəfindən sığortalanmışdır. İş materiallarında olan “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə səhhətə və əmlaka dəyən zərərə dair 1-871/14 №-li AKTdan müəyyən olunur ki, Cavabdeh 14.12.2012-ci il tarixli PSS********** №-li ”Avtonəqliyyat vasitəsi sahiblərinin” mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, X1 məxsus və Cavabdeh tərəfindən idarə olunan Vaz 21074 markalı, 90 RV992 dövlət qeydiyyat nişanlı avtomobil ilə 03.07.2013-cü il tarixində Xaçmaz rayonu Yalama-Nabran şosse yolunun 2-ci kilometrində ötmə əməliyyatı apararkən qarşı yola çıxmış və qarşı yolda hərəkət edən «Chevrolet Cruze” markalı ** NP *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmişdir. Sığorta ödənişi məbləği 4 767.98 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, sığorta hadisəsi 03.07.2013-cü il tarixdə baş vermiş, iddia ərizəsi isə məhkəməyə 04.05.2021-ci il tarixdə, yəni 6 ildən sonra daxil olmuş və bununla da Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından, cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyindən iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1500/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1500/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver