Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1502/2023 20.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, İddiaçı birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi və ayrılmasına dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi və ayrılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, İddiaçı işin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etməmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-681/2023 saylı və xx.xx.2023-cü il tarixli 2(067)-1030/2023 saylı qərardadlarından görünür ki, İddiaçı birgə mülkiyyətdə olan torpaq sahələrindən payların müəyyən edilməsi və ayrılmasına dair ərizə ilə məhkəməyə müraciət etsə də, həmin ərizələr məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməməsi səbəbindən geri qaytarılmış və iddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna baxmayaraq, İddiaçı məhkəmə qərardadlarında qeyd olunan nöqsanları aradan qaldırmadan eyni qaydada məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, İddiaçı məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı torpaq sahələrindən payların müəyyən edilməsi və ayrılmasına dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıyə izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1502/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1502/2023
20.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver