Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1549/2020 24.07.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı maraqlı tərəf Xaçmaz rayon Notariusuna qarşı qəyyumluğun müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı maraqlı tərəf Xaçmaz rayon Notariusuna qarşı əmlakvə paytorpağı üzərində qəyyumluğunmüəyyənedilməsinə dair ərizə ilə məhkəməyə müraciətetmişdir. Qanunvericilikdə əmlakvə paytorpağı üzərində qəyyumluğun müəyyən edilməsi müəyyən edilməmişdir və belə bir iddianın məhkəmə baxışının predmeti olması qeyrimümkündür. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyati olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-cü maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət edilməmiş Xaçmaz Rayon Notariusu maraqlı tərəf qismində göstərilmişdir. İddia icraatı qaydasında baxılan işlərdə “maraqlı tərəf” adlanan tərəf olmur, bir qayda olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən iddia icraatı qaydasında iddiaçı və cavabdeh tərəf qismində iştirak edir. Azərbaycan Respublikası MPM-in 50.1, 50.2 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyinə görə iddiaçının xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon məhkəməsinə ödədiyi 30 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı maraqlı tərəf Xaçmaz rayon Notariusuna qarşı əmlak və pay torpağı üzərində qəyyumluğun müəyyən edilməsinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla və iddia tələbini dəqiqləşdirməklə yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi baxılmaq üçün qəbul edilməkdən imtina edildiyinə görə iddiaçının xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon məhkəməsinə ödədiyi 30 manat məbləğində dövlətrüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1549/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1549/2020
24.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver