Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1551/2021 17.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev xıdır İnqilab oğlu iddiaçı İddiaçı qızının cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X3 və Cavabdeh3 qarşı "Notariat hərəkətlərinin düzgün hesab edilməməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi tələbi"nə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı İddiaçı qızının cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X3 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X1 miras qalmış Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 41A saylı evin 29 saylı mənzilinə münasibətdə Xaçmaz rayon 1 saylı Notariat ofisi tərəfindən aparılmış 02 iyul 2006-cı il tarixli, 2V/1-212 reyestr nömrəli əməliyyatın düzgün hesab edilməməsi və X2 adına miras qalmış əmlaka mülkiyyət hüququnun qeydiyyatı haqqında çıxarışın etibarsız sayılması və onların yaratdığı hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə öz tələbini əsaslandırdığı hallara dair sənədlər- Xaçmaz rayon 1 saylı Notariat ofisində rəsmiləşdirilmiş 02 fevral 2006-cı il tarixli, 2V/1-212 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə, özünün və digər vərəsələrin doğum haqqında, valideynlərinin ölüm haqqında şəhadətnamələri əlavə edilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı qızının cavabdehlər Xaçmaz rayon 1 saylı Notariat ofisinə, X3 və Cavabdeh3 qarşı "Notariat hərəkətlərinin düzgün hesab edilməməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun yaratdığı hüquqi nəticələrin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1551/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1551/2021
17.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver