Məhkəmə qərarları › İş №2(067)-1574/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1574/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1574/2020 21.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən 1000 manat maddi, 10000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 onun qardaşıdır. Onlara məxsus Xaçmaz rayonu, Həsənqala kəndində yaşayış evi vardır və öz evlərində yaşayırlar. Cavabdeh1 uzun müddət -2001-ci ildən 2012-ci ilədək Xaçmaz rayonunun Ağyazı kəndində yaşamışdır. Omərhum atası X3 miras qalmış evdə yaşayır. Cavabdehlər ata evində onun yaşadığını, mirasın onun tərəfindən qəbul edilməsini bildikləri halda əsassız olaraq ona qarşı müxtəlif iddialar qaldırmışlar və onu çoxsaylı məhkəmə çəkişmələrinə dartmışlar. Habelə əsassız olaraq digər orqanlara, o cümlədən Vergilər Nazirliyinə taksi fəaliyyəti ilə məşğul olması barədə iki dəfə yalan məlumat vermiş, Xaçmaz Rayon Polis Şöbəsinə əsassız şikayətlər etmişlər. Ona qarşı əsassız iddialar qaldırdıqlarına görə və ondan əsassız olaraq digər orqanlara şikayətlər etdiklərinə görə o, işindən və təsərrüfatından arılmağa, etiraz ərizələri və izahatlar yazmağa, yuxarı məhkəmələrə getməyə məcbur olmuşdur. Bütün bunlara görə xeyli miqdarda maddi vəsaiti çıxmış, habelə həyəcan, stress və sarsıntılar keçirmişdir. Bir sözlə cavabdehlərin onun üzərinə gəldikləri 2017-ci ildən gərgin vəziyyətdədir. Cavabdehlərdən Cavabdeh1 atasından miras qalmış evə, həyətyanı torpaq sahəsinə münasibətdə pay tələb etmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(105)-3526/2017 saylı qətnaməsi ilə iddia rədd edilmiş, Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla kifayətlənməyən cavabdehlər bu dəfə qisas almaq üçün Cavabdeh2 adından torpaq sahəsinin Həsənqala Bələdiyyəsinə məxsus olduqlarını bildikləri halda əsassız olaraq həmin sahənin geri tələb edilməsi və yaşayış evinin sökülməsi tələbi ilə ona qarşı iddia qaldırmış,Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsilə iddia rədd edilmişdir. Bundan sonra onlar Sumqayıt Apellyasiya Məhkəməsinə və Ali Məhkəməyə apellyasiya və kassasiya şikayətləri vermiş, lakin şikayətlərinin heç biri təmin olunmamış, qətnamə qüvvəsində qalmışdır. Əsassız məhkəmə çəkişmələrinə görə ən azı 10 dəfə Xaçmaz Rayon Məhkəməsinə, 8-10 dəfə Sumqayıt Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə getməyə məcbur olmuşdur. Əsassız şikayətlərə görə dəfələrlə Xaçmaz Rayon Polis Şöbəsinə gedərək, saatlarla gözləməli olmuş, Vergilər Nazirliyinin Quba Vergilər İdarəsinə gedərək orada izahatlar verməli olmuşdur. Bütün bu işlərə görə 3000 manatdan artıq xərci çıxmışdır. Mənəvi zərərin əvəzini isə 10000 manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, maddi və mənəvi ziyanla bağlı məhkəməyə təqdim edəcəkləri sübutların olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir.X1 iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq xx xxxx 2020-ci il tarixli 30878 saylı ekspert rəyi ilə razı olduğunu və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək, izahatlarında iddiaçıya qarşı heç bir qanunsuz hərəkət etmədiklərini, özlərinin konstitusion hüquqlarını qorumaq üçün məhkəmədə iddia qaldırdıqlarını və iddiaçı kimi özlərinin də pul xərclədiklərini bildirərək, iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(067)-1556/2017 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı miras əmlakın qəbul edilməsi faktının və həmin əmlakda payın ½ hissədə müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(067)-1556/2017 saylı qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Ali Məhkəmənin xx xxxx 2018-ci il tarixli, 2(102)-3564/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh1 Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)- 3526/2017 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(105)-3526/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-47/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən geri tələb edilməsi və tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 3197/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-47/2019 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(067)-47/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx xxxxxx 2020--ci il tarixli, 2(102)-540/2020 saylı qərarı ilə iddiaçı Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 3197/2019 saylı qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3197/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1.-ci madəsinə əsasən qanunvericiliyə müvafiq qaydada qaldırılmış iddialara görə çəkilmiş xərclərin tutulmasının tələb edilməsi əsaslı hesab edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehlərin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, işin hallarından cavabdehlərin iddiaçıya qarşı təqsirli hərəkəti nəticəsində ona ziyan vurmaları müəyyən edilmədiyindən iddia tələbi əsaslı bhesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ : İddia İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətinə Xacmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar