Məhkəmə qərarları › İş №2(067)-1581/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1581/2024

27.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1581/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh Bababkişi oğluna qarşı “müəyyən olunmuş torpaq paylarının naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh Bababkişi oğluna qarşı torpaq sahəsinin bölünməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli 12 nömrəli qərarı ilə “Torpaq mülkiyyət hüququna dar”JN-0001 kod 30206058 olan dövlət aktına əsasən X3, X2, İddiaçı2 Kənd təsərrüfatı məhsullarının istehsalı üçün ümumbirgə mülkiyyətlərinə verilmiş 1.23 ha. torpaq sahəsi üzərində, Xaçmaz rayon Məhkəməsinin 2(067)-661/2017 nömrəli xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 1/3 hissədə Cavabdeh, 1/3 hissədə Nümayəndə vərəsəlik əsasında, İddiaçı2 isə Xaçmaz rayon Aqrar islahat Komissiyasının qərarı ilə mülkiyyətinə verilən 1/3 hissəsdə müəyyən olunmuş torpaq payları,hər birinə,o cümlədən Cavabdeh, Nümayəndə və İddiaçı2 bərabər 0.41 ha. ölçüdə naturada torpaq üzərində ayrılb verilməsi və iddia ərizəsinə görə öcənilmiş 100 manat dövlət rüsumu cavabdehdən iddiaçların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-cı maddəsini tətbiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar Nümayəndə və İddiaçı2 Cavabdeh Bababkişi oğluna qarşı “müəyyən olunmuş torpaq paylarının naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar