Məhkəmə qərarları › İş №2(067)-1589/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1589/2023

04.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1589/2023 04.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Xaçmaz rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 184 manat 65 qəpik ödənilməsi tələbi ilə Xaçmaz rayon 1 saylı notariat ofisində aparılmış 8İ-10937 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsi, rüsum kimi ödədiyi 30 manat məbləğində pulun "xxxx" MMC-dən alınaraq ona verilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon 1 saylı Notariat Ofisi 81-10937 reyestr nömrəli xx.xx.2022-ci il tarixli icra qeydi ilə ondan 159 manat 65 qəpik əsas borc və 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 184 manat 65 qəpik pul tutularaq «Azərfon” MMC-nin hesabına ödənilməsi tələb edilmişdir. Həmin icra qeydi barəsində Xaçmaz rayon İcra və Probasiya Şöbəsindən məlumat almışdır və dərhal həmin icra qeydinin ləğv edilməsi üçün məhkəməyə müraciət edir. Belə ki, o, "xxxx" MMC ilə heç vaxt müqavilə bağlamamışdır, həmin təşkilat ilə heç bir münasibətm olmamışdır və onların xidmətindən istifadə etməmişdir. 75 yaşlı qoca bir insandır. Heç telefondan belə istifadə etmir. Odur ki, başa düşə bilmir ki, "xxxx" MMC ona qarşı belə tələb niyə irəli sürmüşdür. O, Bakı şəhər qeydiyyatında olmaqla Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayır. Odur ki, icra qeydinin Xaçmaz rayon notariat Ofisində aparılması başa düşülən deyil. Belə ki, notariat haqqında qanunun 76-cı maddəsinə əsasən icra qeydi fiziki yaşadığı rayon notariat ofisində həyata keçirilməlidir. Bundan başqa “Azərfon» MMC ilə heç bir müqavilə bağlamamışdır və heç bir müqaviləyə imza atmamışdır. Ona görə də "xxxx" MMC tərəfindən belə əsassız tələbin qoyulması tamamilə qanunsuzdur və ləğv edliməlidir. “Azərfon» MMC tərəfindən verilmiş notariat icra qeydi haqqında ərizədə bügünə müqaviləsinin xx.xx.2022-ci il tarixdə bağlandığı və öhdəliyin yaranma tarixi xx.xx.2022-ci il tarix göstərdiyi halda, ona bildiriş xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri, H.Aslanov küçəs, 2A ünvanına göndərildiyi göstərilmişdir ki, (o, Köhnə Xaçmaz kəndində yaşayıram) bu da həmin abunə müqaviləsinin mövcud olmasına dəlalət edir. Ona görə də hesab edir ki, icra qeydi ləğv edilməlidir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak edən zaman iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, ekspert rəyi ilə tanışdır, rəyi qəbul edir və iddiasının təmin olunmasını xahiş edir. İddiaçı və cavabdehər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişlər, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 05 sentyabr 2019-cu il tarixli, AZF- SL/2019/1709 saylı müqaviləyə əsasən abunə nömrələri və simkartlar abunəçinin istifadəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli icra qeydinin surətindən görünür ki, Bakı şəhəri Gəncə prospekti 20A 70 ünvanında qeydiyyatda olan İddiaçı ********** nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 159.65 manatın tutulması barədə icra qeydi verilmişdir. - Notariat İcra Qeydi haqqında Ərizədən görünür ki, "xxxx" MMC-nin xeyrinə tutulmalı olan məbləğ 159.65 manat məbləğdir. - İddiaçı adına verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1949-cu ildə anadan olmaqla Bakı şəhəri Gəncə prospekti 20A 70 ünvanında qeydiyyatdadır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-4/1323 saylı rəyindən görünür ki, İddiaçı və "xxxx" MMC-nin adından və AZF-SL/2019/1709 saylı abunə müqaviləsinin 8ci vərəqində “Abunəçi”nin adından qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə "xxxx" MMC arasında 05 sentyabr 2019-cu il tarixli, AZF-SL/2019/1709 saylı müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən icra qeydi verilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1.4-cü maddəsinə əsasən notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 2-ci hissəsinə əsasən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın İİ bölməsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilmişdir ki, icra qeydi almaq üçün təqdim olunur: müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndinin 2-ci hissəsində göstərilmişdir ki, notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Həmin Təlimatın 162-ci bəndinin 1-ci hissəsində göstərilmişdir ki, icra qeydi təqdim edilmiş sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, icra qeydinə əsasən yönəldilən tutmanın (borcun) məbləği mübahisəsiz olmadığından, eləcə də İddiaçı mübahisələndirilən icra qeydinin verilməsinə əsas olmuş müqavilədən məlumatlı olmamasından, eyni zamanda həmin müqavilədə olan imzanın İddiaçı tərəfindən icra olunmaması səbəbindən, iddia əsaslıdır. Belə ki, ekspert rəyindən aydın olur ki, İddiaçı ilə "xxxx" MMC-nin adından və AZF- SL/2019/1709 saylı abunə müqaviləsinin 8-ci vərəqində “Abunəçi”nin adından qrafasındakı imza- İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Qeyd edilənlər isə məhkəməyə borcun mübahisəsiz olmadığı nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8i-10937 nömrəli xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq cavabdeh Xaçmaz rayon notariat ofisindən 110 manat tutularaq X1 hesabına ödənilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia təmin olunduğundan, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət edi: İddia təmin edilsin. Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş tutmanın yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli, 8İ-10937 nömrəli icra qeydi ləğv edilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq cavabdeh Xaçmaz rayon 1 saylı notariat ofisindən 110 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ**********00********) İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar