Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-159/2022 20.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi-vəkili Vəkil, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı servitut və sair tələbinə dair iddiası üzrə mülki işə 20 iyul 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Nəzərov X3 Yaşar Nəcməddin oğluna qarşı xx.xx.2018-ci il tarixdə Xaçmaz rayonu 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında X1 aldığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0,1 ha torpaq sahəsinə cavabdehə məxsus torpaq sahəsindən piyada və avtomobillə keçid servitutunun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra tərəflər məhkəməyə barışıq sazişi təqdim etmiş və hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək, onun təsdiq olunmasını xahiş etmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən:
1. Tərəflər mübahisəli ərazidə 5 metr enində yol açılması barədə razılığa gəlmişlər və yerində faktiki olaraq 5 metr yol açılmış və çəpər çəkilmişdir.
2. Cavabdeh öhdəsinə götürür ki, iddiaçıya həmin yoldan istifadəyə heç bir maneçilik törətməyəcək.
3. Həmin yolun ayrılmasına və yoldan istifadəyə görə heç bir haqq müəyyən olunmur.
4. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə, tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bi saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərə barışıq sazişinin təsdiq edilməsi üzrə prosessual hərəkətlərin nəticələrini izah edərək hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.2-1. Tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Belə olan halda məhkəmə hesab edir ki, bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun.
1. Tərəflər mübahisəli ərazidə 5 metr enində yol açılması barədə razılığa gəlmişlər və yerində faktiki olaraq 5 metr yol açılmış və çəpər çəkilmişdir.
2. Cavabdeh öhdəsinə götürür ki, iddiaçıya həmin yoldan istifadəyə heç bir maneçilik törətməyəcək.
3. Həmin yolun ayrılmasına və yoldan istifadəyə görə heç bir haqq müəyyən olunmur.
4. Gələcəkdə hər hansı bir tərəf barışıq sazişinin şərtlərini icra etməzsə, tərəflər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilərlər. Tərəflər bu saziş üzrə öhdəliklərini vicdanla yerinə yetirəcəklər. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər.
Hakim Anar Sadıqov