Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-16/2020 02.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair mülki işə Xaçmaz şəhərində tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən və ona məxsus olan 0.10 ha torpaq sahəsinin eni 3.2 metr və uzunluğu 32 metr olan 102 kv. hissəsindən cavabdehlərin çıxarılması, ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğu və 3.5 metr hissəsinin təyinatı üzrə istifadəsi və cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində ona dəymiş 840 manat maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən və ona məxsus olan 0.10 ha torpaq sahəsinin eni 3.2 metr və uzunluğu 32 metr hissəsinin, ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğu və 3.5 metr hissəsi cavabdehlər tərəfindən istifadə edilir. Cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində ona 840 manat maddi ziyan dəymişdir. Bu səbəbdən o, özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki,İddiaçı onun oğludur. Cavabdehlər qonşularıdır. RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Xaçmaz rayonunun Qımıl-qışlaq kəndində yerləşən 0.10 ha torpaq sahəsi oğlu İddiaçı məxsusdur. Cavabdehlər həmin torpaq sahəsinin eni 3.2 metr və uzunluğu 32 metr hissəsini, ümumi istifadə üçün nəzərdə tutulmuş gediş-gəliş yolunun 52 metr uzunluğunda və 3.5 metr enində hissəsini istifadə edirlər. Cavabdehlərin torpaq sahəsindən qanunsuz istifadə etmələri nəticəsində oğluna 840 manat maddi ziyan dəymişdir. Bu səbəbdən oğlu özünə məxsus olan torpaq sahəsindən istifadə edə bilmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, öz torpaq sahəsindən istifadə edir və iddiaçıya məxsus torpaq sahəsindən, onun yolundan istifadə etmir. Ona görə iddianı əsassız sayır və iddianın rədd edilməsini xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan RX seriyalı ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və xx.xx.2014-cü il tarixli №-AA 007150 saylı Torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2499 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli, **********07 saylı mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən və ona məxsus olan 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsi cavabdehlər tərəfindən istifadə edilir. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla məxsus olan torpaq sahəsi ilə cavabdehlərə məxsus torpaq sahəsi üst-üstə düşmür. İddiaçı məxsus torpaq sahəsinə yol nəzərdə tutulmuşdur və həmin yolun 13 kv.metr hissəsi İddiaçı tərəfindən, 109 kv.metr hissəsi isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli X6 bildirişdən müəyyən olunur ki, aparılmış ekspertiza xərci 50 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 20 (iyirmi) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının cavabdehin qanunsuz özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması ilə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və qeyd edilən tələbin əsaslılığını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə xüsusi mülkiyyətində olan qeyri yaşayış obyektinə mövcud olan yolun cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq bağlanılmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə tədqiqatı zamanı iddiaçı xüsusi mülkiyyətində olan qeyri yaşayış sahəsinə nəzərədə tutulmuş yolun cavabdeh tərəfindən bağlanıldığını iddia etsə də, cavabdeh iddianı qəbul etməyərək, özünə məxsus obyektdən istifadə etdiyini bildirmiş və iddiaçının mülkiyyətində olan qeyri yaşayış sahəsinə nəzərdə tutulmuş yoldan istifadə etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda sadalananlara məcmu halında hüquqi qiymət verərkən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası qısmən əsaslı olduğundan qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsindən və həmin torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalıdır. Məhkəmə iddia tələbinin 840 (səkkiz yüz qırx) manat maddi ziyanın ödənilməsinə dair hissəsi barədə qeyd edir ki, iddiaçı tərəfindən maddi ziyanın vurulmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia tələbi maddi ziyanın ödənilməsinə dair hissədə təmin edilməməlidir. Eyni zamanda iddia tələbi qısmən təmin edildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X6 bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pulun yarısı – 25 (iyirmi beş) manat məbləğində pul İddiaçı, yarısı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməli, iddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun yarısı – 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağlanmış yolun açılması və mülkiyyət hüququnun bərpası tələbinə dair iddiası qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin 25 kv.m hissəsindən və həmin torpaq sahəsinə gedən yolun 109 kv.metr hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin X6 bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pulun yarısı – 25 (iyirmi beş) manat məbləğində pul İddiaçı, yarısı isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun yarısı – 10 (on) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-16/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-16/2020
02.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver