Məhkəmə qərarları › İş №2(067)-1632/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1632/2020

07.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1632/2020 07.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icraata başlamaq haqqında icra məmurunun qərarının dəyişdirilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icra məmuru X3nun 166506/2019-26-3 saylı iş üzrə xx.xx.2019-cu il tarixində İcraata başlamaq haqqında qərarının dəyişdirilərək həmin iş üzrə icra sənədini icrası mümkün olmaması səbəbi ilə Xaçmaz rayon məhkəməsinə qaytarılması haqqında qərar qəbul edilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etsə də o hazırkı iddiaya Xaçmaz Rayon Məhkəməsinin baxmalı olduğunu göstərmişdir. Qeyd olunan qərardan Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etsə də sonuncu məhkəmə də 2-l(105)-286/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarında hazırkı iddia tələbinin baxılması üçün Xamaz rayon məhkəməsinə aid olduğunu qərara almışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2974/2018 nömrəli qətnaməsi ilə X5 adma DƏDRX-də qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışa əsasən Xaçmaz şəhəri yeni yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsindən, xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən və xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən 1/3 İddiaçı, 1/3 hissəyə X2, 1/3 hissəyə X6 vərəsəlik üzrə payları müəyyən edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Cavabdeh böyük icra məmuru X3 xx.xx.2019-cu il tarixində İcraata başlamaq haqqında qərar qəbul edərək, qərarında icraata başlanmasını, borclu X2 10 gün müddətində icranı könüllü olaraq təmin etməsini, icra təmin edilməzsə, borclu barədə məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun əmlakının siyahıya almaması və həmin əmlakın üzərinə həbs qoyulmasını, qərarın surətinin onun qəbul etdiyi tarixdən bir gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqana göndərilməsini, qərardan onun surətinin alınmasından 10 (on) gün müddətində məhkəməyə şikayət verilə bilməsini göstərimişdir. Aşağıda qeyd olunan hallara görə Cavabdeh böyük icra məmuru X3 xx.xx.2019-cu il tarixində İcraata başlamaq haqqında qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, Cavabdeh böyük icra məmuru X3 xx.xx.2019-cu il tarixində İcraata başlamaq haqqında qərarında “X5 adına DƏDRX-də qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışa əsasən Xaçmaz şəhəri yeni yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsindən, xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən və xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən 1/3 İddiaçı, 1/3 hissəyə X2, 1/3 hissəyə X6 vərəsəlik üzrə payları müəyyən edilməsinin icra olunması qərara alınsa da həmin payların hansı qaydada bölünməsi müəyyən edilməmişdir. Belə ki, 3 ayrı-ayrı olan torpaq sahəsinin 3 şəxs arasında aydın şəkildə bölünməsi ona görə mümkün deyildir ki, hər biri 0.04 ha olan 3 torpaq hissəsinin 2-si İddiaçı ilə onun keçmiş əri X8 ilə birləşdirilmiş və həmin torpaqlardan 0.08 ha-da ev tikilmişdir. Hazırda isə həmin ev İddiaçı istifadəsində və sahibliyindədir. Hazırkı iş üzrə icranın mümkünsüzlüyü həmçinin ona görədir ki, məhkəmə qərarında konkret olaraq torpağın boşaldılması və ya torpağın kiməsə verilməsi vəzifəsi müəyyən edilməmiş və ya bu cür vəzifənin kiməsə həvalə edilməsi halı qət edilməmişdir. Bu halda məhkəmə qərarlarının hansı qayda ilə icra edilməsi halı heç cür mümkün deyildir. İcra haqqında Qanunun 70.4-cü maddəsində qeyd olunur ki, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Digər tərəfdən mübahisələndirilən qərarın qərara aldım hissəsində həmçinin göstərilir ki, borclu X7 10 gün müddətində icranı könüllü olaraq təmin etsin.Halbuki, qeyd olunan əmlaklar - torpaq sahələri X2 istifadəsində və sahibliyində deyildir. Bu halda həmin qərarın sonra gələn digər hissələri də öz qüvvəsini itirir. Belə ki, qeyd olunan tələblərdən sonra X2 əmlakının üzərinə həbs qoyulması və digər məcburi icra tədbirlərinin həyata keçirilməsi göstərilmişdir ki, bu halda da onun əmlakının üzərinə həbs qoyulması və digər məcburi icra tədbirinin görülməsi halları istisna olunur. Bu həm də ona görə belədir ki, icra vərəqəsində X2 və ya İddiaçı və ya digər tərəfin üzərinə hər hansı hərəkətlərin icra edilməsi vəzifəsi qoyulmamışdır. Digər tərəfdən qeyd olunan mülki iş üzrə o, vəkili ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmiş, və həmin əlavə kassasiya ərizəsinə hazırda baxılmaqdadır. Belə ki, mübahisələndirilən qərarda İddiaçı adı səhv yazılmışdır. Həmin qərarda onun ata adı İmran kimi göstərilmişdir ki, bu da məhkəmə qərarlarının icrasında çətinlik yaradaraq İddiaçı, yoxsa İddiaçı İmran qızının adının rəsmiləşdirilməsində absurd yarada bilər. Cavabdeh Xaçmaz icra və probasiya şöbəsi onun ünvanına mübahisələndirilən qərarı göndərməklə, göndərilən konvertin üzərinə X6 adını yazaraq ona da həmin qərarı göndərmişdir ki, sonuncu ilə onun heç bir əlaqəsi və münasibəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2974/2018 nömrəli qətnaməsi ilə X5 adma DƏDRX-də qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışa əsasən Xaçmaz şəhəri yeni yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsindən, xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən və xx xxxx 2013-cü il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.04 ha torpaq sahəsindən 1/3 İddiaçı, 1/3 hissəyə X2, 1/3 hissəyə X6 vərəsəlik üzrə payları müəyyən edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Cavabdeh böyük icra məmuru X3 xx.xx.2019-cu il tarixində İcraata başlamaq haqqında qərar qəbul edərək, qərarında icraata başlanmasını, borclu X2 10 gün müddətində icranı könüllü olaraq təmin etməsini, icra təmin edilməzsə, borclu barədə məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun əmlakının siyahıya almaması və həmin əmlakın üzərinə həbs qoyulmasını, qərarın surətinin onun qəbul etdiyi tarixdən bir gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqana göndərilməsini, qərardan onun surətinin alınmasından 10 (on) gün müddətində məhkəməyə şikayət verilə biləcəyi göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, iddiaçıya iddia ərizəsi ilə deyil, icra məmurunun qərarından şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 8.2.-ci maddəsinə əsasən İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 8.5-ci maddəyə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İşin hallarından müəyyən edilir ki, icra məmuru tərəfindən İcra haqqında Qanunun tələblərinə müvafiq qaydada Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2974/2018 nömrəli qətnaməsinin icrasının təmin edilməsi üçün icraata başlanılmış, borclu X1 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra təmin edilməzsə, borclu barədə məcburi icra tədbirlərinin görülməsi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulması, icra sənədinin icrasının təmin edilməsi üçün borclunun əmlakının siyahıya almaması və həmin əmlakın üzərinə həbs qoyulmasını, qərarın surətinin onun qəbul etdiyi tarixdən bir gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və digər orqana göndərilməsini, qərardan onun surətinin alınmasından 10 (on) gün müddətində məhkəməyə şikayət verilə biləcəyi göstərilmişdir. İcra məmuru tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Bununla yanaşı iddiaçıya İcra haqqında Qanunun 8.5-ci maddəsinə müvafiq olaraq icraata başlamaq haqqında qərardan iddia ərizəsi ilə deyil, qərardan şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı icraata başlamaq haqqında icra məmurunun qərarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçıya İcra haqqında Qanunun 8.5-ci maddəsinə müvafiq olaraq icraata başlamaq haqqında qərardan iddia ərizəsi ilə deyil, qərardan şikayət qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar